Qərb Nikolu dəstəkləyir, ancaq Bakı...
Digərləri 30 Mar 2023 13:08:00 230 0
Paşinyan hiss edib ki, onun müxtəlif avantürist təkliflərini dəstəkləməyə hazır olan beynəlxalq qüvvələr peyda olub.
Bu xəbəri də oxu: Bu müəllimlərə əlavə pul veriləcək
Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Solonnikov bölüşüb.
"Beynəlxalq qüvvələr öz oyunlarını oynayırlar. Onları Ermənistan maraqlandırmır, ancaq Rusiya ilə qlobal qarşıdurmada və Cənubi Qafqazda beynəlxalq münaqişənin yeni nöqtəsində maraqlıdırlar. Əgər burada Ukrayna ilə paralel olaraq yeni müharibə başlasa, AB və ABŞ çox razı qalacaq. Bu motivlərdən Ermənistanı Azərbaycana qarşı aqressiv hərəkətlərə, bəyanatlara sövq edəcəklər. Paşinyan buna inanır və düşünür ki, Qərb indi onu fəal şəkildə dəstəkləyəcək", - politoloq bildirib.
Solonnikov qeyd edib ki, Paşinyan daim Qərbi regiona çəkməyə çalışır:
"Bu, onun vəzifəsidir, Vaşinqton və Brüsseldən olan müvafiq kuratorlar tərəfindən qoyulmuş vəzifədir. Vəzifə ABŞ, Fransa, bütövlükdə AB-ni mümkün qədər bölgəyə sürükləməkdir. Qərbin missiyası Qarabağda yerləşdirilsə, bu, onun və Qərb qüvvələrinin qələbəsi olacaq.
Amma Azərbaycan diplomatiya yolu ilə hərəkət edəcək. Qarabağın qalan hissəsinin qaytarılması tədricən, səbirlə həyata keçiriləcək. Laçın yolu ilə Qarabağda yerləşən erməni silahlılarının təchizatı artıq kəsilir. Digər tədarük marşrutları da tədricən bağlanacaq. Bakı Qarabağın erməni icması ilə başladığı dialoqu davam etdirəcək. Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinin başa çatmasına 2,5 il qalıb. Bundan sonra missiya Qarabağı təhlükəsiz tərk edə bilər. Və heç nə Azərbaycanın öz ərazilərini birdəfəlik geri qaytarmasına mane olmayacaq".
Xalq artisti Valeh Kərimov Mingəçevir Dövlət Dram Teatrında quruluşçu re
Opera və vokal ifaçısı Lətifə Soyuöz İstanbuldaki iki mərtəbəli lüks
Ekologiya və təbii sərvətlər nazirinin keçmiş müavini Firdovsi Əliyevə
Putin aprelin 27-də Türkiyəyə səfər edəcək. Bu barədə Ərdoğan açıq
Martın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, aktyor, Əməkdar
Son.az bizim media-ya istinadən xəbər verir ki, müğənni Aysun İsmayılov
ABŞ Türkiyə də daxil olmaqla, Rusiya ətrafındakı dövlətləri zəiflətm
"Dərviş band" qrupu və Xalq artisti Niyaməddin Musayev son günlə
1988-1992-ci illər ərzində qeyd olunan cinayətlər planlı şəkildə davam
"Fazil Mustafa yaxın saatlardan sonra telefon zənglərinə özü cavab ve
Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin haz�
İranın müxalifət mediası 2022-ci ilin noyabrında Tanzaniya hakimiyyəti t�
I-IV sinifləri üçün "Azsaylı xalqların dili" fənni üzrə hazı