"Ölkədə aktiv inkişaf gedir, buna görə də..."
Digərləri 29 Mar 2023 19:00:00 266 0
Dünya Bankı (DB) Azərbaycanda layihələrə yardım kontekstində digər məsələlərlə yanaşı, Çindən Avropaya yükdaşımaları həyata keçirməyə imkan verən Orta Dəhlizin inkişaf perspektivlərini nəzərdən keçirir.
Bu xəbəri də oxu: Ən etibarlı 3 bürc onlara gözüyumulu güvənə bilərsiniz
Bu barədə Trend-ə bu gün Dünya Bankının Azərbaycan üzrə regional meneceri Sara Maykl deyib.
"Ölkədə aktiv inkişaf gedir, bu səbəbdən Dünya Bankının Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi proqramların tələb olunan və aktual sahələri əhatə etdiyindən əmin olmaq istəyirik", - deyən DB nümayəndəsi bu cür sahələrdən birinin Orta Dəhlizin inkişafı olduğunu bildirib.
Onun sözlərinə görə, hazırda DB Azərbaycanda növbəti proqramlar tsiklini tamamlayıb və bununla əlaqədar olaraq hökumət və Dünya Bankı yeni yardım sazişini müzakirə etməkdədir. Yeni saziş çox güman ki, Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası ilə sıx əlaqədar olacaq.
Yeni proqramın, həmçinin bərpa olunan enerji mənbələri sahəsi, o cümlədən, "yaşıl" enejiyə keçidlə əlaqədar olacağı gözlənilir.
Bankın nümayəndəsinin sözlərinə görə, Dünya Bankı yeni proqramlar tsiklinin Azərbaycanda insan potensialının inkişafına imkan yaradacağına, habelə, təhsil, səhiyyə və sosial xidmətlər sahələri ilə əlaqədar olacağına inanır.
Sara Maykl, həmçinin, Dünya Bankının Azərbaycan hökumətinə aktual əməkdaşlıq istiqamətlərində texniki yardım göstərməyə davam edəcəyini bildirib.
Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstandan keçərək daha sonra Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Hazırda Orta Dəhliz Avropaya ən qısa və ən qənaətli marşrut təklif edir.
Kahramanmaraşdakı zəlzələlərlə bağlı dəqiq proqnozu ilə tanınan avst
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Vətəndaş Q
Rusiya Dövlət Dumasına saxta nikahla əldə edilmiş Rusiya vətəndaşlığ�
Müğənni Nəfəsin (Günel Məmmədova) "7 Canlı" verilişində s
İsrailin Tel-Əviv şəhərində Azərbaycan səfirliyinin təntənəli açıl�
2023-2025-ci illər üçün Baş Kollektiv Sazişi təsdiq edilib.
Gədəbəyin Musa Yalı kəndinin satışa çıxarılması ilə bağlı yayılan
Günəşin səthində 31 mart tarixinə qədər Günəş küləyini Yerə doğru
"Titan Comics" Hollivud kinorejissoru Kventin Tarantino haqqında qraf
Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə Hərbi Dəniz Qüvv
Rusiya ilə münasibətlərini ifrat gərginlik həddinə çatdırmış Ermənis
Bakı Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etm