Fazil Mustafanın xanımı: “Gülləni bədənindən evdə çıxarmışdılar”
Digərləri 29 Mar 2023 14:34:00 303 0
Ötən gün yaşadığı evin qarşısında terrora məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın son durumu açıqlanıb.
Bu xəbəri də oxu: Şadlıq saraylarında qiymətlər artdı
Bu barədə lent.az-a danışan deputatın həyat yoldaşı Zülfiyyə xanım bildirib ki, həkimlər sağlıq durumu ilə əlaqədar hələlik onun ayılmasını istəmirlər:
"Qanaxması olduğu üçün Fazil Mustafa bu gün yenidən əməliyyat olundu. Hazırda durumu ilə bağlı dəqiq heç nə bilmirik. Amma həkimlər hələlik ayılmamasını məsləhət bilirlər".
Yoldaşı Fazil Mustafanın bədənindəki güllənin həkimlər tərəfindən evdə çıxarıldığını deyib:
"İkinci əməliyyat qanaxması olduğu üçün həyata keçirildi. Güllə isə hadisədən dərhal sonra elə evdə həkimlərin müdaxiləsi nəticəsində bədənindən çıxarılmışdı". Xatırladaq ki, 2023-cü ilin martın 28-i saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 "Z" ünvanında "Kalaşnikov" konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.
Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin sürətli bərpasın
"Park Cinema"dan yerli və Türk filmlərinə SUPER endirim
"CinemaPlus" kinoteatrlarşəbəkəsində30 martdan etibarən Türkiy�
Türkiyənin dörd yanında siyasi böhranlar, qarşıdurmalar, müharibələr,
"Fazil Mustafaya tibb personalı tərəfindən bütün zəruri xidmətlər
Ötən gecə Milli Məclisin deputatı Fazil Mustafaya yaşadığı evin qarşı
Prezident İlham Əliyev "Ağsu rayonunun Ağsu-Kürdəmir-Bəhrəmtəpə (
Azərbaycanda "ağıllı" şəhər və kəndlərin yaradılması üzr�
Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın oğlu
"Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci il aprelin 14-d�
Dünya Bankı Azərbaycan üçün şəhər ətrafında və kəndlərdə su resur
1918-ci il martın 31-də Azərbaycanda törədilən soyqırımından 105 il ke�
Bakıda əcnəbi ölkə vətəndaşı intihara cəhd edib.