Millət vəkilindən AÇIQLAMA: “Bütün deputatlara silah verilə bilər”


Digərləri 29 Mar 2023 14:01:00 304 0

Millət vəkilindən AÇIQLAMA: “Bütün deputatlara silah verilə bilər”

Ötən gecə Milli Məclisin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında törədilən sui-qəsd cəhdi narahatlığa səbəb olub.

Hər kəsi düşündürən məsələ odur ki, hədəf yalnız Fazil Mustafa idi, yoxsa digər deputatların da həyatları təhlükədədir? Ümumiyyətlə deputatlara təhlükəsizlik üçün silah verilə bilər?

Son.az xəbər verir ki, məsələ ilə bağlı oxu.az-a açıqlama verən Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, Milli Məclis deputatın təhlükəsizliyi qorumalıdır.

Onun sözlərinə görə, hətta deputatın istəyindən asılı olaraq, ona cangüdən təhkim edilə, eləcə də müəyyən dövr üçün silah da verilə bilər:

"Amma bu deputatın öz seçimindən asılıdır, istəyindən asılı olaraq qəbul edə və ya etməyə bilər. İstənilən halda, mən hesab edirəm ki, Milli Məclis daha önəmli qərar qəbul etməlidir. Bütövlükdə qanunsuz silah gəzdirmə, silah saxlama ilə bağlı Cinayət Məcəlləsindəki maddələr, sanksiyalar sərtləşdirilməlidir. Polis də axtarışlarını ciddi şəkildə aparmalıdır. Çünki həm hipermarketə, həm də deputata hücum avtomatla törədilirsə, bu, adi hadisə deyil.

Başa düşə bilmirəm ki, insanlar hansı məqsəd ilə avtomat alıb saxlamalıdır evdə? Bu mənada hesab edirəm ki, biz o silah saxlamaq və gəzdirməyə qarşı sanksiyaları daha da ciddiləşdirməliyik, qanunlar sərtləşdirilməlidir.

Bu ərəfələrdə ayıq-sayıqlığı artırmaq üçün müxtəlif mümkün bütün yollardan istifadə etməliyik".

Bəs deputatlar silah gəzdirə bilərlər? Bu məsələdə qanun nə deyir?

Belə ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 12-1. maddəsində deputatın təhlükəsizliyi ilə bağlı belə bir bənd var:

"Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir".

Ağsu rayonunda yol tikintisinə 7,8 milyon manat ayrılıb like
  • 29 Mar 13:55  
Siyasət Ağsu rayonunda yol tikintisinə 7,8 milyon manat ayrılıb

Prezident İlham Əliyev "Ağsu rayonunun Ağsu-Kürdəmir-Bəhrəmtəpə (

arrow Ətraflı
SON DƏQİQƏ: Tanınmış polkovnikin oğlu SAXLANILDI like
  • 29 Mar 13:17  
Digərləri SON DƏQİQƏ: Tanınmış polkovnikin oğlu SAXLANILDI

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın oğlu

arrow Ətraflı
Kamaləddin Qafarov: “Siyasi dialoq günün labüd reallığıdır” like
  • 29 Mar 13:10  
Siyasət Kamaləddin Qafarov: “Siyasi dialoq günün labüd reallığıdır”

"Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci il aprelin 14-d�

arrow Ətraflı
Dünya Bankı Azərbaycanda su resurslarının idarə olunmasının yeni modelini hazırlayır like
  • 29 Mar 13:06  
Digərləri Dünya Bankı Azərbaycanda su resurslarının idarə olunmasının yeni modelini hazırlayır

Dünya Bankı Azərbaycan üçün şəhər ətrafında və kəndlərdə su resur

arrow Ətraflı
31 Mart soyqırımı gerçəkləri və çıxaracağımız dərslər like
  • 29 Mar 13:00  
Digərləri 31 Mart soyqırımı gerçəkləri və çıxaracağımız dərslər

1918-ci il martın 31-də Azərbaycanda törədilən soyqırımından 105 il ke�

arrow Ətraflı
Bakıda əfqan qız özünü “zapravka”da yandırmaq istədi like
  • 29 Mar 12:55  
Digərləri Bakıda əfqan qız özünü “zapravka”da yandırmaq istədi

Bakıda əcnəbi ölkə vətəndaşı intihara cəhd edib.

arrow Ətraflı
HAVA necə olacaq? like
  • 29 Mar 12:46  
Digərləri HAVA necə olacaq?

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Daha bir narkoşəbəkə çökdürüldü like
  • 29 Mar 12:44  
Kriminal Daha bir narkoşəbəkə çökdürüldü

Müxtəlif şərti adlar altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmiz

arrow Ətraflı
Nigar aparıcıları tənqid etdi like
  • 29 Mar 12:22  
Şou-biznes Nigar aparıcıları tənqid etdi

Xəbər verdiyimiz kimi, Əməkdar artist Nigar Şabanova ilə aparıcı Rövşa

arrow Ətraflı
Son 30 ildə İsrail və Azərbaycan arasında əlaqələr inkişaf edib like
  • 29 Mar 12:15  
Siyasət Son 30 ildə İsrail və Azərbaycan arasında əlaqələr inkişaf edib

Son 30 ildə İsrail və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqəl�

arrow Ətraflı
Peşəkarlıq Erası like
  • 29 Mar 12:05  
Digərləri Peşəkarlıq Erası

Memarlıq Azərbaycan xalqının ən qədim, ən möhtəşəm sənət növlərin

arrow Ətraflı