Azərbaycanda "ağıllı" şəhər və kəndlərin yaradılması üzrə rəqəmsal xəritə hazırlanacaq
Digərləri 29 Mar 2023 13:28:00 279 0
Azərbaycanda "ağıllı" şəhər və kəndlərin yaradılması üzrə rəqəmsal xəritə hazırlanacaq.
Bu xəbəri də oxu: Avtomobil motosikletlə toqquşdu ölən var
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov Azərbaycana texniki yardım proqramının reallaşdırılmasına həsr olunmuş tədbirdə deyib.
A.Əzimov Azərbaycanda "ağıllı" şəhər və kəndlər konsepsiyasının "ağıllı" infrastruktur və xidmətlərin, sosial məşğulluğun, "ağıllı" menecment və digər vasitələrin işlənməsini əhatə etdiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti Qarabağda bu konsepsiyanın reallaşdırılmasına başlayıb və bu gün dünyanın aparıcı ölkələri, o cümlədən Avropa İttifaqı bizim təcrübəmizi tətbiq etməkdə maraqlıdır.
"Bu gün Azərbaycanın bu və ya digər bölgəsində "ağıllı" şəhər və kəndlərin yaradılması üzrə vasitələrin qiymətləndirilməsi və işlənməsi istiqamətində işlər görülməkdədir. Biz həmçinin investisiya planlarını və imkanlarını qiymətləndiririk. Adıçəkilən və digər işlər həyata keçirildikdən sonra müvafiq rəqəmsal xəritə hazırlanacaq", - o deyib.
A.Əzimov "ağıllı" şəhər və kəndlər layihələrinin icrasının Azərbaycanın investisiya mühitini yaxşılaşdırmağa və ölkənin texniki imkanları genişləndirməyə imkan verəcəyini əlavə edib.
Son.az
Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın oğlu
"Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci il aprelin 14-d�
Dünya Bankı Azərbaycan üçün şəhər ətrafında və kəndlərdə su resur
1918-ci il martın 31-də Azərbaycanda törədilən soyqırımından 105 il ke�
Bakıda əcnəbi ölkə vətəndaşı intihara cəhd edib.
Müxtəlif şərti adlar altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmiz
"Kamera görüntülərinə baxmışam, qardaşım atəş açılan zaman çe
Xəbər verdiyimiz kimi, Əməkdar artist Nigar Şabanova ilə aparıcı Rövşa
Son 30 ildə İsrail və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqəl�
Heydər Əliyevlə ilk tanışlığım 1968-ci ildə maestro Niyazinin evində o
Fransada pensiya islahatına qarşı keçirilən nümayişlərdə polislə etira
Azərbaycan və İsrail İranın təhdidini bölüşür.