SEPAHın məxfi yığıncağı:


Digərləri 27 Mar 2023 11:24:00 194 0

SEPAHın məxfi yığıncağı:

2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri məxfi iclas keçirərək, İranda aylarla davam edən etiraz aksiyalarını müzakirə edib. Görüşün nəticələri dini rəhbər Əli Xameneiyə göndərilib.

Protokol 40 səhifədən ibarətdir. Əsas məruzəçilər SEPAH-ın yüksək rütbəli genaralları və SEPAH-da fəaliyyət göstərən ideoloji kadrlardan ibarət yüksək səviyyəli din xadimləridir.

"Tam məxfi arxiv" sənədi olan bu görüşün protokolunun surəti hakerlər tərəfindən ələ keçirilib və yayılıb.

Son.az Axar.az-a istinadən olduqca önəmli bu protokolun dərcinə davam edir:

Ali Baş Komandanlıq Aparatına

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin görüşlərinin arxivinə

10/13/1401 (hicri, miladi 3 yanvar 2023-cü il)

Təsnifat: (hərbi) məxfi, arxiv sənədi

İclasın mövzusu: İnqilab Keşikçiləri Korpusunun komandirlərinin çıxışlarının xülasəsi

Hüccətül-islam Abdullah Hacı Sadiqinin çıxışı:

- Məndən əvvəl danışan iki əziz qardaş üzərində düşünməyə dəyəcək maraqlı məlumatlar qeyd etdilər. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və SEPAH-a bağlı mədəni-ictimai təşkilatlar tərəfindən aparılan araşdırmalar və hesabatlarda bizə qardaşların irəli sürdüyü statistik məlumatları verməyib. Nəzərə almaq lazımdır ki, SEPAH-dakı Ali dini rəhbərin nümayəndələr qrupunun ölkə səviyyəsində ümumi hesabatlara və statistik məlumatlara çıxışı var və SEPAH-ın zədələnməsi məsələsinə umumi şəkildə və yuxarıdan baxanda, qrupların kiçik məsələləri onlar üçün əhəmmiyyət kəsb etmir.

Statistik göstəricilər həlledicidir. Bu rəqəmlərə görə biz sistemə güvənən və inanan qüvvələrin əlli faizindən çoxuna arxalana bilərik və yeni qüvvələr cəzb etməklə bu rəqəmi artıra bilərik.

Ölkənin mikro məsələlərini makro məsələlərdən üstün tutmaq istəyiriksə, təbii ki, statistik hesabatlarımızı yalnız tabelikdə olan qüvvələrlə (İslam Respublikasinin dəyərlərinə inanan qüvvələr nəzərdə tutulur - red.) məhdudlaşmaq lazımdır.

Tələbələrin vəziyyəti ilə bağlı yaxşı hesabat verdiyi üçün cənab Şahrudiyə də təşəkkür edirəm və bu problem həll oluna bilər. Lazımi büdcə təmin olunacaq. Amma biz Rəhbin ləyaqətinə, mövqeyinə iradlar irəli sürüb, bu məsələni tələbələrin dilindən qaldıra bilmərik.

Bu görüşdən öncə həyətdə olarkən Xətib cənabları ilə söhbət edirdik. Bəzi yüksək səviyyəli din xadimləri (müctəhidlər - red.) rəhbərin müqəddəs vücuduna cəsarət edir (onu tənqid edirlər - red.). Bəli, biz onların kim olduğunu bilirik. Amma gəlirinin və ailəsinin gücünün böyük hissəsini dini mədrəsədən və sistemdən alan dini tələbələrin artıq və yersiz danışmalarına icazə vermək olmaz.

Peyğəmbərə qarşı təhqirləri mən ilk dəfə eşidirəm. Qardaşımız bunu cənab Ejeiyə istinadən şikayət kimi bildirib. Bəlkə də zarafatla dediyib. Amma qeyd etmək lazımdır ki, İran İslam Respublikasında iğtişaşların baş verməsi İmam Zamanın bayrağına qarşı mübarizə deməkdir, vilayətin ələmdarı və şiə imaməti ilə döyüşmək deməkdir. Hesabatlarımız göstərir ki, SEPAH qüvvələri əvvəllər olduğu vəziyyətdə deyil. Yəni inanc baxımından zəifləyib. Amma bu o demək deyil ki, mənim əziz qardaşlarım (SEPAH üzvlərin nəzərdə tutur - red.) rəhbərin (Xameneinin - red.) arxasında dayanmayacaq.

Bizdə orduda müxtəlif bölmələrdə toqquşmaların olması ilə bağlı statistik məlumatlar və informasialar var. Onu idarə etmək lazımdır.

Burada söhbət bir-iki nəfərdən getmir. Söhbət altı yüz mindən çox müxtəlif qüvvələrdən ibarət silahlı qüvvələrdən gedir.

Hacı Qaani - Qüds korpusunun komandiri bildirir və onlar təsdiqləyirlər ki, bizdə ümumiyyətlə islam və ya dini inancları olmayan qüvvələr var, lakin onlar bu ölkə üçün döyüşürlər və biz həqiqətən öz qüvvələrimizdən gözlədiyimizi onlardan gözləmirik.

(Təhlükəsizlik qüvvələri arasında) bir tökülmə var və bu məsələdə heç bir şübhə yoxdur. Tökülmənin faizi ölkənin təhlükəsizlik qurumlarının məlumat və statistikasına görə, 12 faizdən 68 faizə qədərdir. Amma bunun ən yüksək rəqəmini götürsək belə, (bu 68 faiz) sistemlə qarşı-qarşıya gəlməyə hazırdırmı? Yoxsa status-kvoya etiraz edən tək onlardır?

Azərbaycan sərhəddini pozan 2 İran vətəndaşı saxlanıldı like
  • 27 Mar 11:17  
Digərləri Azərbaycan sərhəddini pozan 2 İran vətəndaşı saxlanıldı

Azərbaycan sərhəddini pozan 2 İran vətəndaşı saxlanılıb.

arrow Ətraflı
Rusiya xüsusi təyinatlıları Ermənistan dağlarında like
  • 27 Mar 11:13  
Dünya Rusiya xüsusi təyinatlıları Ermənistan dağlarında

Rusiya hərbi bazasının xüsusi təyinatlı hərbçiləri Ermənistanın dağl

arrow Ətraflı
Qəzada faciəvi şəkildə ölən Oqtay Əliyevin içinə köçə bilmədiyi VİLLASI like
  • 27 Mar 11:10  
Şou-biznes Qəzada faciəvi şəkildə ölən Oqtay Əliyevin içinə köçə bilmədiyi VİLLASI

22 mart 2023-cü ildə Saray qəsəbəsi yaxınlığında "Lexus" mark

arrow Ətraflı
Bu dəhliz böyük həcmdə malları daşımaq potensialına malikdir like
  • 27 Mar 10:51  
Digərləri Bu dəhliz böyük həcmdə malları daşımaq potensialına malikdir

Orta Dəhliz Avropa ilə Asiya arasında böyük həcmdə malların daşınması

arrow Ətraflı
"Böyük risk edib o vaxt Namiq Qaraçuxurlunun "Papanın gül balası" klipinə çəkilmişdim" like
  • 27 Mar 10:40  
Şou-biznes "Böyük risk edib o vaxt Namiq Qaraçuxurlunun "Papanın gül balası" klipinə çəkilmişdim"

"Şuşada kinoteatr olan məhəllədə yaşayırdım. Hər gün pəncərəd

arrow Ətraflı
Tətil günlərində yol qəzalarında ölənlərin sayı açıqlanıb like
  • 27 Mar 10:29  
Digərləri Tətil günlərində yol qəzalarında ölənlərin sayı açıqlanıb

Novruz tətili günlərində Azərbaycanda yol qəzalarında 7 nəfər ölüb.

arrow Ətraflı
PAdan Qarabağ ermənilərinə daha bir təklif: like
  • 27 Mar 10:21  
Siyasət PAdan Qarabağ ermənilərinə daha bir təklif:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ic

arrow Ətraflı
Bakı bulvarında intihar edən şəxs müəllim imiş like
  • 27 Mar 10:18  
Digərləri Bakı bulvarında intihar edən şəxs müəllim imiş

Martın 24-də Bakı şəhər Səbail rayonu ərazisində - Dənizkənarı Milli

arrow Ətraflı
Daha bir narkotik əməliyyatı: like
  • 27 Mar 09:56  
Kriminal Daha bir narkotik əməliyyatı:

Samuxda sakinlərindən narkotik aşkarlanıb.

arrow Ətraflı
Məşhur aktyor VƏFAT ETDİ like
  • 27 Mar 09:17  
Şou-biznes Məşhur aktyor VƏFAT ETDİ

Türkiyəli aktyor Köksal Engür vəfat edib.

arrow Ətraflı
“Ekoloji cinayətə son!”, “Stop ekoterror!” like
  • 27 Mar 09:11  
Siyasət “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı
İran ordusu Ermənistana girə bilər  Güneyli ekspert like
  • 27 Mar 08:59  
Siyasət İran ordusu Ermənistana girə bilər Güneyli ekspert

İranın Naxçıvanla sərhəddə hərbi qüvvələri cəmləşdirməsi ilk növ

arrow Ətraflı
Avtomobil motosikletlə toqquşub like
  • 27 Mar 08:52  
Digərləri Avtomobil motosikletlə toqquşub

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadis

arrow Ətraflı
ABŞ bu istiqamətə 6 milyard, Çin 1 trilyon cəlb edib like
  • 27 Mar 08:45  
Dünya ABŞ bu istiqamətə 6 milyard, Çin 1 trilyon cəlb edib

Pentaqon hərbi texnologiyaların inkişafında Çinlə rəqabəti üstələmək

arrow Ətraflı