"Bu məsələ real olduqca Ermənistanın pozucu addımları da intensivləşir"


Siyasət 26 Mar 2023 11:36:00 161 0

"Bu məsələ real olduqca Ermənistanın pozucu addımları da intensivləşir"

Azərbaycanın Qarabağ bölgəsində vəziyyət və onunla bağlı məsələni daha da gərginləşdirmək üçün Ermənistanın durmadan təxribatlar törətməsi aşkardır..Nə qədər paradoksal olsa da, elə bu gərginliyin içində başqa bir reallıq da var. Belə ki, sülh sazişinin imzalanması ehtimalı da güclü olaraq qalır. Necə deyərlər, son 33 ildə Cənubi Qafqazda ermənilərin aqressiv siyasəti nəticəsində yaranmış siyasi konfiqurasiyanın əsas keyfiyyəti hələ tam dəyişməyib. Hərbi gərginliyin və hətta döyüş fraqmentlərinin içində güclü sülh şansları da saxlanmaqdadır.

Bölgənin hərbi gərginlik alovları içində bu sülh şansları təbii ki, öz-özünə yaranmır və öz-özünə mövcud deyil. Onu yaradan və ayaqda saxlayan qüvvələr var, baxmayaraq ki, təcavüzkar erməni radikalları və onların himayəçiləri hərbi gərginliyi daim artıran işlər görürlər.

Bölgədə sülh sazişi şanslarının hələ də qaldığını göstərən bir neçə faktı xatırlatmağa ehtiyac var.Bu faktlar zəif də olsa mövcud sülh şanslarının "Yaradıcı demiurqunun " kim və hansı qüvvə olduğunu göstərir.

Birinci fakt, bu günlərdə bizim Prezident " bunlarsız sülh sazişi olmayacaq" kimi sərt və birmənalı bəyanat verməklə sülh tərəfdarlarının nəinki ümidlərini qırmadı, üstəlik real olan sülh şansının yeni aydın şərtlərini də bəyan etdi."

Ermənistanın 30 illik təcavüzü, 44 günlük müharibə və postmüharibə reallıqları sülh danışıqları prosesində öz əksini tapmalıdır, bunsuz müqavilə imzalana bilməz". Prezident İlham Əliyevin bu sözləri sülh sazişinin şərtləri olmaqla bərabər həm də sazişin bəzi çərçivə elementlərinin ehtiva edilməsi deməkdir. Sülh sazişinin mətnində belə müddəalar mütləq öz əksini tapmalıdır ki, Ermənistanın təcavüzü nəticəsində 30 il davam etmiş işğal rejimi Azərbaycanın 44 günlük ədalətli Vətən müharibəsi nəticəsində sona yetirildi və hazırkı sülh sazişi üçün möhkəm əsaslara çevrilmiş postmüharibə reallıqları yaradıldı.Yalnız belə bir sxem üzərində qurulmuş saziş mətninin uzunmüddətli sülh üçün qarant ola biləcəyinə yəqin kimsə şübhə etməz.Beləliklə , müharibədən dərhal sonra saziş mövzusunu aktuallaşdıran və Ermənistanı da buna baş əydirən Azərbaycan prezidenti sülh təşəbbüskarlığını bu gün də davam etdirdiyini bir daha göstərdi.Sülh məsələsinə münasibətdə Ermənistanın mövqeyi isə reqres,yerində sayma, geri yuvarlanma və pozucu jestlərlə xarakterikdir.İlk başlanğıcda İlham Əliyevin sülh sazişi ideyasını yaxına belə buraxmayan və " nə sülh, hələ münaqişə həll edilməyib" deyən Ermənistanın baş naziri indi dəyişməyə məcbur edilib, İlham Əliyevin sülh təkliflərinə reaksiya verir, hətta özü də təkliflər səsləndirir,açıq şəkildə " biz saziş imzalamağa hazırıq" kimi yekə -yekə bəyanatlar verir, sazişin əleyhinə açıq çıxa bilmir, gücü ancaq ona yetir ki, müəyyən pozucu təkliflərlə sazişin inzalanması perspektivini daim uzadır.Əsas odur ki,Ermənistan sazişin qaçılmazlığına itaət etməyə məcbur edilib.Yəni sülh sazişi məsələsi dalana girməyib, çünki sazişin bir həlledici tərəfi olan Azərbaycan prezidenti bunu ardıcıl şəkikdə istəyir.

İkinci fakt, bu günlərdə ABŞ-ın dövlət katibi Blinken əslində İlham Əliyevin aktivinə yazılan bəyanat verdi." Azərbaycan və Ermənistan liderləri ilə yaxınlarda görüşdüm .Çox şişirtmək istəmirəm.Tərəflər ən yaxında sülh imzalamağa yaxındır".Bura onu da əlavə edək ki, ötən ilin noyabrında Azərbaycan prezidenti dekabrın sonuna kimi sazişin imzalana biləcəyini bəyan etmşdi, dünyaya bildirilmişdi ki, Azərbaycan buna hazırdır.Dekabrın əvvəllərində Ermənistan tərəfinin Moskva görüşündən qaçması ilə sülh şansı müvəqqəti itirildi və bütün dünya gördü ki, bunun müqəssiri Ermənistandır .Blinken tərəflərin sülh sazişinə yaxın olduqlarını İlham Əliyevdən 4 ay sonra təkrar etməklə əslində Ermənistanın yox, ilk növbədə Azərbaycanın sülhə hazır olduğunu mesajlamış oldu.

Lakin reallıqdır ki, saziş şansı real olduqca Ermənistanın pozucu addımları da intensivləşir. Ermənistanın pozuculğu özünü əsasən 4 istiqamətdə göstərir.

1.Azərbaycanla sərhəd bölgələrdə daim təxribatlar törədir və bu təxribatlar təəssüf ki , bir çox hallarda Azərbaycan hərbiçilərinin və sivillərin itkisi ilə nəticələnir.Bu il martın 20-də Zəngilan rayonu ərazisində ermənilərin törətdiyi sərhəd təxribatını misal göstərmək göstərmək olar.

2.Qarabağın erməni sakinləri ilə rəsmi Bakının inteqrasiya təmaslarını pozmaq, onu perspektivsiz istiqamətlərə yönəltmək cəhdləri göstərmək, erməni sakinlərdə inteqrasiya təmaslarına inamın yaranmasına imkan verməmək, erməni sakinlərin hüquq və təhlükəsizliyi ilə bağlı mifik beynəlxalq mexanizm ideyasını gündəmdə saxlamağa cəhd etmək və sair.

3.Postmüharibə reallıqlarının həqiqi mahiyyətini dünyanın nəzərində təhrif etmək və üçtərəfli razılaşmaların bütün fundamental prinsiplərini sabotaj etmək.

Nəhayət, 4.Azərbaycanın Qarabağ bölgəsi hüdudlarında,xüsusən də Laçın yolunda gərginlik artıran hərəkətləri intensivləşdirmək..

Bu bölgədə Ermənistanın və sülhməramlıların birgə addımları o qədər pozucu rol oynayır ki, bunların sülh sazişinə necə ağır zərbə vurduğunu görməmək mümkün deyil.

Qarabağ bölgəsi bütünlüklə və Laçın yolu xüsusilə erməni təxribatlarının ən rəngarəng formalarda nümayiş meydanına çevrilib.

Əvvəla, Azərbaycanın Laçln yolunun əsas hissəsində ekofəalların nəzarətini qurması təsdiqlədi ki, Xankəndinə qanunsuz,əlavə gırginlik yaradan silah -sursatın daşınması barədə şübhələr əsaslı imiş və Azərbaycan ekonəzarət addımını zamanında atdı.

2.Ermənistan Xankəndinə silah-sursat daşınmasının alternativ yollarını axtarmağa başladı və Xankəndi-Turşsu-Şuşa torpaq yolu ilə qanunsuz hərbi daşınma marşrutunu kəşf etdi.Həm də daşımalar sülhməramlıların zirehli texnikasının müşayiəti altında baş verdi və verməkdədir .Ermənistanın bu alternativ yolda pozuculuğu o həddə çatdı ki, hətta martın 5-də bu pozuculuğa mane olmaq istəyən Azərbaycan hərbiçiləri ilə toqquşma törətdilər.İtkilər verildi.Azırbaycan bu qanunsuz daşımalarla barışmayacağını Ermənistana və sülhməramlılara xatırlatmağa məcbur olsa da, qarşı tərəflərin gərəkli nəticəni çıxarmaması ona səbəb oldu ki , Azərbaycan öz qüvvələri ilə torpaq yolunda qanunsuz daşımaların qarşısını almaq mexanizmlərini tətbiq etdi.

3.Azərbaycanın ciddi uğurlarından biri o oldu ki ,hazırda Ermənistanın Xankəndindən Şuşaya Xəlfəllidən yan keçən yeni torpaq yolunun çəkilişi üzərində iş apardığını görüntülərlə ifşa etdi.Dünya gördü ki, Ermənistan dayanmır və hər dəfə yeni -yeni qanunsuz marşrutların axtarışındadır.

4.Ermənistanın 10 noyabr və digər razılaşmalara uyğunlaşmaq yerinə Qarabağ bölgəsində hərbi istehkamların yeni tikintilərinə vüsət verməsi onun yeni nüharibə hazırlıqlarının aşkar əlamətləri sayılır.

5 .Ermənistanın hərbi-siyasi rəhbərliyi, hətta ictimai -siyasi elitası tərəfindən aqressiv ritorikanın gücləndirilməsi də bu ölkənin möhkəm sülhdə qəti maraqlı olmadığını və bölgəni yeni müharibəyə sürüklədiyini sübut edir...

Bütün bunlar bölgədə sülhün sonrakı taleyi ilə bağlı hansı qənaətlərə gəlməyə əsas verir?

Əvvala,Hazırda sülh sazişi ehtimalı yüksək olsa da,Ermənistanın pozuculuğu da güclüdür,bu işdə təəssüf ki ,onun sülhməramlılarla sıx işbirliyi içində olduğunu təsdiqləyən sübutlar Azərbaycanın əlindədir.

2.Azərbaycan Rusiyanı məlumatlandırmaqla ,lakin heç bir reaksiyanın olmadığını əsas götürməklə özü gərəkən addımları atdı və alternativ hərbi daşınmaları öz nəzarətinə götürməklə bölgədə dayanıqlı sülhün taleyinə nə qədər önəm verdiyini bir daha nümayiş etdirdi.

3.Azərbaycan Ermənistanla sülhmıramlıların qanunsuz hərbi daşımalarda əməkdaşlığına dözməyəcəyini ən kəskin şəkildə göstərməklə sülhməramlıların da məsuliyyət daşıdığına diqqət cəlb etdi.

4.Azərbaycan XİN və MN-in son iki bəyanatı bir daha sübut etdi ki, Azərbaycan hətta indiki mürəkkəb hərbi-siyasi şəraitdə də sülhə doğru aydın fəaliyyət gündəminə malikdir,bəzi beynəlxalq vasitəçilərin həqiqi sülh şansları açmaq səylərinə tam dəstək verir və baş verəcək daha gərgin proseslərin bütün məsuliyyətinin Ermənistanın üzərində olduğunu sübut etməklə beynəlxalq ictimaiyyətə birbaşa dəqiq istiqamət göstərir.Prezident İlham Əliyevin bu kontekstdə dünyaya çağırış xarakterli fikirləri yerinə düşməklə daha təsirli rol oynayır." Əgər beynəlxalq ictimaiyyət sülh sazişinin imzalanmasında maraqlıdırsa,Ermənistanı təxribatlara son qoymağa məcbur etməlidir".Bu, təxribatların birbaşa müəllifi olan Ermənistanla bərabər o beynəlxalq dairələrin də məsuliyyət daşıdığına işarədir ki, Ermənistanın hərəkətlərini ya sadəcə seyr edir,ya da Ermənistana heç bir real təzyiq xarakterində olmayan " pasifist" çağırışlar edirlər.

5.Bu günlərdə Azərbaycan prezidenti Vətən müharibəsindən sonra növbəti təqdirəlayiq nümunəni yaratd.Necə ki, 30 ildə çağırışlarımıza məhəl qoymayan dünya birliyini fakt qarşısında qoyaraq BMT qətnamələrini özü təkbaşına icra etdi, eynisini son günlərdə də təkrarladı.Belə ki , qanunsuz yüklərin Xankəndinə daşınmasına son qoyulması tələbinə etinasız yanaşan Ermənistanı və sülhməramlıları fakt qarşısında qoydu və Xankəndinə alternativ torpaq yollarla qanunsuz yükdaşımalarını təklikdə, öz imkanları ilə və öz üsulunda nəzarətə götürdü. Azərbaycan tələb etdisə bunu icra etmək lazımdır, əks halda Azərbaycan bunları özü edəcək.

6.Nəhayət ,Azərbaycan dünyanı qaçılmaz məntiqi bir sxemlə üz-üzə buraxdı.Sülhə doğru real addım atmaq üçün bölgədə əlavə gərginliyin qarşısı alınmalıdır, bunun üçün separatçı bölgəyə qanunsuz silah-sursat daşınmasına son qoyulmalıdır, bunun üçünsə Laçın yolunun başında sərhəddə Buraxılış -nəzarət və keçid məntəqəsi qurulmalıdır....

Aydın Quliyev, "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert

İlkindən atasıyla bağlı paylaşım  FOTO like
  • 26 Mar 11:24  
Şou-biznes İlkindən atasıyla bağlı paylaşım FOTO

Aparıcı-aktyor İlkin Həsəni sosial şəbəkədə atasıyla bağlı paylaş

arrow Ətraflı
Keçmiş məhkum heroinlə tutuldu  FOTO like
  • 26 Mar 11:12  
Kriminal Keçmiş məhkum heroinlə tutuldu FOTO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iki həftə �

arrow Ətraflı
Tramp ABŞı “banan respublikası” adlandırdı like
  • 26 Mar 11:00  
Dünya Tramp ABŞı “banan respublikası” adlandırdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Co Baydenin dövründə �

arrow Ətraflı
Çin və Honduras diplomatik əlaqələri bərpa etdi like
  • 26 Mar 10:48  
Dünya Çin və Honduras diplomatik əlaqələri bərpa etdi

Honduras Tayvanla diplomatik əlaqələri kəsdikdən sonra Çin Xalq Respublika

arrow Ətraflı
Ceyhun Bayramov Çavuşoğlu ilə regional vəziyyəti müzakirə etdi like
  • 26 Mar 10:36  
Siyasət Ceyhun Bayramov Çavuşoğlu ilə regional vəziyyəti müzakirə etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiy�

arrow Ətraflı
Putin teztez Kremldəki mənzilində gecələdiyini açıqladı like
  • 26 Mar 10:24  
Dünya Putin teztez Kremldəki mənzilində gecələdiyini açıqladı

Rusiya Prezidenti Vladimir Putin tez-tez Kremldəki mənzilində gecələdiyini

arrow Ətraflı
Karyerasına görə 5 illik sevgi bitdi like
  • 26 Mar 10:12  
Şou-biznes Karyerasına görə 5 illik sevgi bitdi

Aktyor Kolin Farrel 5 il münasibətdə olduğu sevgilisi Kelli Maknamaradan ayr

arrow Ətraflı
Belarusda bu şəxslər öldürüləcək like
  • 26 Mar 10:00  
Dünya Belarusda bu şəxslər öldürüləcək

Belarusda dövlətə xəyanətə görə məmurlara ölüm cəzası nəzərdə tu

arrow Ətraflı
Sevgilisinə xəyanət edən qızı belə "tutdular"  VİDEO like
  • 26 Mar 09:48  
Digərləri Sevgilisinə xəyanət edən qızı belə "tutdular" VİDEO

Sevgilisinə xəyanət edən qız telefonunu ondan gizlədərkən ətrafdakılar

arrow Ətraflı
Bərdədə pulemyot satmaq istəyərkən tutuldu  FOTO like
  • 26 Mar 09:36  
Kriminal Bərdədə pulemyot satmaq istəyərkən tutuldu FOTO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əmə

arrow Ətraflı
Xankəndi yolunda etiraz aksiyası 105 gündür davam edir  FOTO like
  • 26 Mar 09:24  
Digərləri Xankəndi yolunda etiraz aksiyası 105 gündür davam edir FOTO

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
İlham Əliyev 1 həftə əvvəl XƏBƏRDARLIQ etmişdi  Ordumuz like
  • 26 Mar 06:00  
Siyasət İlham Əliyev 1 həftə əvvəl XƏBƏRDARLIQ etmişdi Ordumuz

Ermənistan sülhə mane olmaq üçün danışıqlardan çəkilir. Bunu qarşı

arrow Ətraflı
Taksi sürücüsünün qadın sərnişinə qəsdən toxunması kameraya düşdü  VİDEO like
  • 26 Mar 04:44  
Dünya Taksi sürücüsünün qadın sərnişinə qəsdən toxunması kameraya düşdü VİDEO

Qadın sərnişinə qarşı seksual xarakterli hərəkətlər edən taksi sürü

arrow Ətraflı