XİNdən Ermənistana çağırış


Siyasət 25 Mar 2023 14:56:00 148 0

XİNdən Ermənistana çağırış

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin 23 mart 2023-cü il tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Misirin "AlQahera" xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi fikirlərlə bağlı mediaya açıqlama verib.

Bu barədə Xarici İşlər Nazirliyindən xəbər verilib.

Qeyd olunub ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Misirin "AlQahera" xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla Ermənistan arasında sülh sazişinin layihəsi üzrə danışıqların mahiyyətini təhrif etməsi və beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq cəhdi tamamilə qəbuledilməzdir.

Ermənistan nazirinin bu açıqlamaları növbəti dəfə Ermənistanın sülh sazişi üzrə danışıqlarda nə dərəcədə manipulyasiyalara yol verdiyinin və prosesə qeyri-ciddi yanaşmasının bariz nümunəsidir.

Məlum olduğu kimi, sülh sazişi üzrə danışıqların tərəflər arasında razılaşdırılmış formatına və bu danışıqlarda müəyyən qaydalara əməl etməyə dair razılıqlara baxmayaraq, Ermənistan tərəfi dekabr ayında danışıqların növbəti raundunu boykot edib və danışıqları pozub. Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb.

Digər tərəfdən, Ermənistan tərəfi sülh sazişi layihəsinə təklif etdikləri bəzi elementləri kontekstdən çıxarmaqla şərh edir və ictimaiyyət arasında yanlış rəy formalaşdırır. Bu yanaşma prosesə heç bir müsbət töhfə vermir, əksinə sülh sazişi üzrə danışıqlara maneçilik törətmək məqsədi daşıyır.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin "hüquq və təhlükəsizliyi üçün beynəlxalq mexanizm" ilə bağlı Ermənistan xarici işlər nazirinin iddialarına gəldikdə isə qeyd etmək istərdik ki, bu məsələdə Azərbaycanın mövqeyi Ermənistana məlumdur. Bu barədə müddəanın Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq.

Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, bölgədə yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək. Azərbaycan tərəfi bu istiqamətdə erməni sakinlərlə dialoq aparılmasında qərarlıdır və bu məsələdə kənar müdaxilələrin qarşısı alınacaq. Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətdə növbəti görüşün Bakıda keçirilməsi barədə təklif irəli sürüb və Ermənistan bu istiqamətdə Azərbaycanın fəaliyyətinə mane olmamalıdır.

Bir daha, Ermənistan tərəfini sülh sazişi üzrə danışıqlar masasına qayıtmağa və bu istiqamətdə ciddi iş aparmağa çağırırıq. Azərbaycan sülh sazişi üzrə danışıqlarda dərhal iştirak etməyə hazırdır.

Bakıda kişi qaynı tərəfindən bıçaqlandı like
  • 25 Mar 14:48  
Kriminal Bakıda kişi qaynı tərəfindən bıçaqlandı

Bakıda kişi qaynı tərəfindən bıçaqlanıb.

arrow Ətraflı
Bakı metrosunda sərnişin qatarın altında qaldı like
  • 25 Mar 14:35  
Digərləri Bakı metrosunda sərnişin qatarın altında qaldı

Bakıda sərnişin metro qatarının yoluna düşüb.

arrow Ətraflı
Bu sürətlə getməsəniz, cərimələnəcəksiniz  Sürücülərin diqqətinə! like
  • 25 Mar 14:32  
Digərləri Bu sürətlə getməsəniz, cərimələnəcəksiniz Sürücülərin diqqətinə!

Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səvi

arrow Ətraflı
Vüqar Qurbanovdan generalın qardaşının yerinə təyinat like
  • 25 Mar 14:22  
Digərləri Vüqar Qurbanovdan generalın qardaşının yerinə təyinat

Sabunçu Tibb Mərkəzinə yeni direktor təyin edilib.

arrow Ətraflı
Ermənistan müharibə istəsə də, sülh müqaviləsi imzalayacaq like
  • 25 Mar 14:10  
Siyasət Ermənistan müharibə istəsə də, sülh müqaviləsi imzalayacaq

Bölgədəki vəziyyəti fasiləsiz gərginləşdirən Ermənistan yeni hərbi �

arrow Ətraflı
Sevda indi də Misirdə  FOTO like
  • 25 Mar 14:00  
Şou-biznes Sevda indi də Misirdə FOTO

Tez-tez yoldaşı Zakir Bayramovla müxtəlif ölkələrə səyahət edən müğ

arrow Ətraflı
"Bu şəxslər işsiz qalacaqlar" like
  • 25 Mar 13:36  
Digərləri "Bu şəxslər işsiz qalacaqlar"

"Jurnalistlər "ChatGPT" kimi süni intellekt vasitələrinin ort

arrow Ətraflı
Samirə İspaniyanın “Avroviziya” partisində  VİDEO  FOTO like
  • 25 Mar 13:24  
Şou-biznes Samirə İspaniyanın “Avroviziya” partisində VİDEO FOTO

"Avroviziya" təmsilçimiz Samirə Əfəndi İspaniyanın Barselona ş

arrow Ətraflı
İcadından hər birimizin yararlandığı milyarder vəfat etdi  FOTO like
  • 25 Mar 13:12  
Digərləri İcadından hər birimizin yararlandığı milyarder vəfat etdi FOTO

ABŞ-nin "Intel" şirkətinin yaradıcılarından Qordon Mur 95 yaşı

arrow Ətraflı
Tətilin son gününün havası açıqlandı like
  • 25 Mar 13:00  
Digərləri Tətilin son gününün havası açıqlandı

Martın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Hacı Nuranın səhhətində problem yarandı like
  • 25 Mar 12:22  
Şou-biznes Hacı Nuranın səhhətində problem yarandı

Aparıcı Hacı Nuran Hüseynovun səhhəti yenidən pisləşib.

arrow Ətraflı