Coraba görə qaytarıb, xanımla gəl dedilər "Berlin Pub"da


Kriminal 24 Mar 2023 23:36:00 438 0

Coraba görə qaytarıb, xanımla gəl dedilər  "Berlin Pub"da

Qısa arayış...

2021-ci il avqustun 30-da Xətai rayonu Xocalı prospekti, 29 ünvanında yerləşən "Berlin PUB"da dava baş verib. Məlum olub ki, 1980-ci il təvəllüdlü Vüqar Mustafayev gecə saat 01:45-də Sabunçu Tibb Mərkəzində ölüb.   Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılan cinayət işi, sonra 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.    Könüllü polisə təslim olan Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Orxan Şahbazov barəsində məhkəmənin qərarı ilə həbsqəti imkan tədbiri seçilib.   KİV-də məlumat yayılıb ki, sosial şəbəkələrdə fitness-məşqçisi kimi tanınan Orxan Şahbazov məşhur simaların mühafizəçisi olub. Qətlə yetirilən Vüqar Mustafayev uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyində işləyib. İaşə obyektinə gəlincə, oranın iş adamı Ceyhun Həsənova məxsus olması, eyni zamanda onun  "Cinema klublar kralı" kimi tanınması bildirilib.

Hadisə baş verən məkanın yanında yerləşən yaşayış binasının sakinləri, yüksək səs-küy və davalar səbəbindən dəfələrlə polisə şikayət ediblər. Əksər hallarda mübahisələr küçədə baş verdiyindən obyektin rəhbərliyi məsuliyyətdən kənarda qalıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.   İstintaqla müəyyən edilib ki, avqustun 29-u saat 21 radələrində Vüqar Mustafayev, Valeh Muxtarov və Ramil Qədimov Xocalı prospekti, 29 ünvanında fəaliyyət göstərən "Berlin PUB"a daxil olmaq istəyəndə mühafizəçi Orxan Şahbazov geyimlərinə görə onları içəri buraxa bilməyəcəyini deyib. Orxan buna etirazını bildirən Valeh Muxtarovun üzünə yumruqla zərbə vurub. Həmin an arxasında, pilləkənin yuxarı hissəsində dayanmış Vüqar Mustafayev əli ilə Orxanın çiyininə toxunduqda, çevrilib onun da üzünə iki zərbə  endirib. Vüqar Mustafayev müvazinətini itirib, 2 metrdən çox olan hündürlükdən arxası üstə yıxılaraq, ölümlə bilavasitə əlaqəsi olan xəsarətlər alıb.   İş üzrə dindirilmiş Orxan Şahbazov bildirib ki, hadisədən 2 həftə əvvəl klubda "Berlin Pub"da mühafizəçi işləməyə başlayıb. Qapıda dayanaraq qonaqları qarşılayıb:

"Müdriyyətimin müəyyənləşdirdiyi qaydalara əsasən şəpit geyinmiş və corabsız şəxsləri içəriyə daxil olması qadağan edilib. Avqustun 29-da axşam 3 nəfər obyektə yaxınlaşanda gördüm ki, onlardan biri corabsız şəpit geyinib. Buna görə ona mülayim şəkildə bu geyimdə içəri daxil ola bilməyəcəyini, corab geyinməsini və yalnız bu halda gələ biləcəyini dedim. Uzaqlaşan şəxslər bir müddətdən sonra qayıdanda, həmin müştərinin də corab geyindiyini və bu səbəbdən içəriyə daxil olmalarına icazə verdim. Müştərilərə masalarda əyləşməyə kömək edən Sevinc Aslanova gələrək, həmin 3 nəfərin bir müddət əvvəl rezerv etdikləri yerin başqa şəxsə verildiyini bildirdi. Əvvəl mühafizəçi Elşən Quliyev, ardınca isə mən restorana daxil olduq. İçəri çox səs-küy olduğundan Elşən həmin 3 nəfərlə birlikdə yenə çölə çıxdılar. Bu problemi həll etmək üçün Sevincə onlar üçün başqa yer hazırlamağı təklif etdim. Qadın pandemiya ilə əlaqədar yaxın əyləşmək mümkün olmadığından, başqa yer hazırlanmasının mümkün olmadığını dedi. Bundan sonra çölə çıxaraq, həmin şəxslərə mülayim şəkildə bu gün əyləşmək üçün əlavə yerləri olmadığını və sabah gəlmələrini təklif etdim. Valeh Muxtarov kobud şəkildə mənə və Elşənə etirazını bildirməyə başladı. Valehin etirazına səssizcə qulaq asdıq.

Orxan Şahbazov

Bundan sonra obyekti icarə əsasında işlədən Ramil Hidayətovun göstərişinə əsasən, onları ordan uzaqlaşdırmaqdan ötrü, guya xanımsız içəri daxil olmağa icazə verilmədiyini bildirdim. Kobud tərzdə danışan Valehi səbrlə dinləməkdə davam etdim. İçkili olduqları üçün onlara cavab qaytarmadım. Lakin Valeh artıq söyüş söyməyə başlayanda əsəbləşib onu yumruqla vurdum. Həmin an sağ tərəfdən, boğazıma əli ilə kiminsə toxunduğunu hiss etdim. Uzun illər idmanla məşğul olduğum üçün mənə toxunan Vüqara da yumruqla zərbələr vurdum. Sonra Valehə tərəf getdim. Yenə onu vurmaq istəyəndə, Elşən məni saxladı və Vüqarın yerə yıxıldığını bildirdi. Pilləkənlə yuxarı qalxıb baxanda həqiqətən də həmin şəxsin yıxıldığını gördüm. Restoranın müdiri Ramilə "kömək edin, qaldıraq onu"  söyləyəndə, o mənə "dəymə, daha da pis olar" dedi. Elşən hara getdiyimi soruşanda özümü pis hiss etdiyimi və hara getdiyimi bilmədiyimi dedim. Həmin an şok vəziyyətində idim. Əsəbimdən mobil telefonumu sındırdım. Növbəti gün Bakı şəhər Baş Polis İdarəsinə gedərək, baş verən hadisə barədə məlumat verdim. Polis əməkdaşları mənə, yerə yıxılan şəxsin öldyünü bildirdilər".

Orxan Şahbazovun sözlərinə görə, mübahisənin davam etdiyi müddət ərzində mərhum onun ünvanına nalayiq ifadələr işlətməyib və onu vurmayıb. Vurduğu zərbənin təsirindən o müqavimətini itirib. Yanlarında olan üçüncü şəxs hadisədən əvvəl Valehdən və Vüqardan xahiş edirdi ki, getsinlər, lakin Valeh mübahisə etməkdə davam edirdi.

Hadisə olan yer   Zərərçəkmiş şəxsin hüquqi varisi Fərid Mustafayev ifadəsində göstərib ki, avqustun 29-da həyat yoldaşı ona zəng edərək, qardaşı Vüqarın ağır koma vəziyyətində Leyla Şıxlinskaya klinikasına gətirildiyini bildirib:

"Ora gedərkən, atam zəng edərək, axşam saatlarında kompüter-tomoqrafiyanın işləməməsi ilə əlaqədar onun həmin klinikada qəbul edilmədiyini və Vüqarın Sabunçu Tibb Mərkəzinə göndərildiyni xəbər verdi. Ora çatandan bir neçə saat sonra qardaşım öldüm. Xəstəxanada Valeh Muxtarovdan nə baş verdiyini soruşanda o, həmin axşam kluba getdiklərini, orda yaranan mübahisə zamanı mühafizəçinin ona və Vüqara yumruqla zərbələr vurduğunu danışdı. Valehin üzündə həqiqətən xəsarət izləri vardı. Təqsirləndirilən şəxsin ailə üzvləri qardaşımın yas mərasiminə gələrək, üzrxahlıq edib halallaşmaq istəsələr də, onlardan başqa vaxt gəlmələrini xahiş etdim".

Britaniya kəşfiyyat təyyarəsini Qara dənizə göndərdi like
  • 24 Mar 23:33  
Dünya Britaniya kəşfiyyat təyyarəsini Qara dənizə göndərdi

Bu gün Britaniyanın "Boinq RC-135" kəşfiyyat təyyarəsi Qara dən

arrow Ətraflı
Ramazanın 3cü gününün duası like
  • 24 Mar 23:26  
Digərləri Ramazanın 3cü gününün duası

Sabah Ramazan ayının üçüncü günüdür.

arrow Ətraflı
Yeni doğduğu qızını boğub torbada  yola atdı like
  • 24 Mar 23:24  
Dünya Yeni doğduğu qızını boğub torbada yola atdı

Rusiyanın Bryansk vilayətində yeni doğulmuş qızını öldürməkdə ittiha

arrow Ətraflı
Uşaqların gəzinti zamanı öskürməsi NƏYİN ƏLAMƏTİDİR? like
  • 24 Mar 23:20  
Digərləri Uşaqların gəzinti zamanı öskürməsi NƏYİN ƏLAMƏTİDİR?

Açıq havada gəzinti zamanı uşağın öskürməsi uşaq sağlamlığına fay

arrow Ətraflı
ABŞ Belarusa yeni sanksiyalar tətbiq edib like
  • 24 Mar 23:15  
Dünya ABŞ Belarusa yeni sanksiyalar tətbiq edib

ABŞ Belarusa qarşı yeni sanksiyalar tətbiq edib.

arrow Ətraflı
Qız musiqinin səsinə etiraz edən atasını like
  • 24 Mar 23:10  
Dünya Qız musiqinin səsinə etiraz edən atasını

Rusiya Voronej vilayətində qız atasına bıçaqlayaraq öldürüb.

arrow Ətraflı
İran sərhədimizdə like
  • 24 Mar 23:05  
Dünya İran sərhədimizdə

İran Azərbaycanın Naxçıvan sərhədinə yaxın ərazidə yeni hərbi təlim

arrow Ətraflı
İşdən əlavə saat çalışmaq like
  • 24 Mar 23:00  
Digərləri İşdən əlavə saat çalışmaq

Avstraliya Universitetinin doktoru Emi Zadou iş saatlarında sonra işləməyin

arrow Ətraflı
Zelenski müşavirini vəzifədən azad etdi like
  • 24 Mar 22:55  
Dünya Zelenski müşavirini vəzifədən azad etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Aleksandr Kamışini prezidentin ştatdank�

arrow Ətraflı
13 minlik  iftar menyusu... like
  • 24 Mar 22:50  
Digərləri 13 minlik iftar menyusu...

Mübarək Ramazan ayı dünəndən etibarən başlayıb. Bu dönəmdə restoranl

arrow Ətraflı
Xocavənddə erməni terrorçular belə yerləşib – like
  • 24 Mar 22:45  
Siyasət Xocavənddə erməni terrorçular belə yerləşib –

Xəbər verdiyimiz kimi, Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların m�

arrow Ətraflı
Ürək xəstəliyi ilə hamilə qalmaq olarmı? like
  • 24 Mar 22:41  
Digərləri Ürək xəstəliyi ilə hamilə qalmaq olarmı?

Hamiləlik dövründə ürək-damar sistemində böyük dəyişikliklər baş ve

arrow Ətraflı
Makron Leyenə nə təklifi etdi? like
  • 24 Mar 22:30  
Dünya Makron Leyenə nə təklifi etdi?

Fransa Prezidenti Emmanuel Makron Çinə səfər edəcək.

arrow Ətraflı
Tanınmış model taksi sürücüsü işləməyə başladı  FOTO like
  • 24 Mar 22:25  
Dünya Tanınmış model taksi sürücüsü işləməyə başladı FOTO

Rusiyalı musiqi prodüseri İosif Priqojinin model qızı Dana Priqojina taksi

arrow Ətraflı
Avtomobillərdən xaric olunan qazlar like
  • 24 Mar 22:21  
Digərləri Avtomobillərdən xaric olunan qazlar

Avtomobil qazı zərif cinsin nümayəndələri üçün risk yaradır. Onlarda d

arrow Ətraflı