Ermənistanın sülh təklifində nələr var?
Siyasət 24 Mar 2023 19:51:00 256 0
Ermənistan XİN başçısı Ararat Mirzoyan sülh sazişi ilə bağlı Bakıya ünvanladıqları təkliflərin bəzi detallarını açıqlayıb.
Bu xəbəri də oxu: Prezident İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verib
Son.az axar.az-a istinadən xəbər verir ki, Misirin "Qahirə Nyus" (AlQahera News) nəşrinə müsahibəsində Mirzoyan 2022-ci ilin dekabrından bir neçə təklif mübadiləsi aparıldığını bildirib.
Onun sözlərinə görə, Ermənistanın təkliflərindən biri delimitasiyanın kriteriyalarının dəqiqləşdirilməsidir:
"Dəqiq delimitasiya meyarları olmadan tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında danışarkən nəyi nəzərdə tutduğunu anlamaq mümkün deyil. Bu anlayış olmadan sülhə nail olmaq cəhdləri yeni toqquşmaya gətirib çıxaracaq".
Mirzoyan növbəti təklifin silahlı birliklərin sərhədyanı ərazilərdən geri çəkilməsi, etimad və təhlükəsizlik mexanizmi kimi silahsızlaşdırılmış zonanın yaradılmasına aid olduğunu bildirib:
"Bu problemin həlli mümkün eskalasiyanın qarşısını alacaq. Əlbəttə, vacib komponentlərdən biri Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələlərinə cavab verən beynəlxalq mexanizmin olmasıdır. Təəssüflər olsun ki, səylərimizə cavab olaraq danışıqlarda Azərbaycanın nəinki maksimalist mövqeyinin, hətta aqressiv hərəkətlərinin də şahidi oluruq".
O, danışıqların üç istiqamətini vurğulayıb: bütün regional kommunikasiyaların açılması, delimitasiya və sərhəd təhlükəsizliyi, Ermənistan və Azərbaycan arasında sülh münasibətlərinin qurulması haqqında saziş.
Mirzoyan iddia edib ki, Azərbaycan marşrutların keçdiyi ölkələrin suverenliyi altında fəaliyyət göstərməli olduğunu bəyan etməyə başlayanda (bu, Zəngəzur dəhlizindən imtina etmək deməkdir, başqa sözlə, 10 noyabr 2020-ci il sazişinin 9-cu bəndinə ziddir - red.) Ermənistan kommunikasiyaları blokdan çıxarmağa hazır olacaq.
O ki qaldı delimitasiyaya, Mirzoyan deyib ki, mövcud komissiyanın formalaşmasından bir neçə ay sonra Azərbaycan guya Ermənistana qarşı ərazi iddiası ilə çıxış edib (Qazaxın 7 kəndi və Naxçıvanın 1 kəndinin qaytarılması məsələsi nəzərdə tutulur - red.):
"Bakı aqressiyasını sərhədlərin delimitasiya olunmaması ilə əsaslandırmağa çalışır".
Mütəxəssislər ürək sağlamlığı üçün bir neçə qidadan imtinanı tö
ETSN martın 24-də atmosfer havasının keyfiyyəti barədə məlumat açıqlay
Rusiya və ya Çinlə silahlı münaqişə ABŞ üçün qaçılmaz deyil.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstan neftin
Venoz klapanların çatışmazlığı olduqda və ya damarların tonusu qan dama
Ermənistan Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı ümumilikd�
Ukrayna ordusunun strateji planlarına Krımın blokadası da daxildir.
Qara istiotu böyrək daşlarından xilas olmaq üçün istifadə etmək olar.
Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili Rusiya xüsusi xidmət orq
Ermənistan və Türkiyə 2023-cü ilin turizm mövsümünün əvvəlinə qədə
ABŞ Hərbi Hava Qüvvələrinin Suriyadakı iranyönlü birləşmələrin mövq
Hazırda Günəşdə ləkələr müşahidə olunsa da, fəallıq aşağı səviy
TikTok platforması bu il də Avroviziya mahnı müsabiqəsinin rəsmi sponsoru
Türkiyənin daxili işlər naziri Süleyman Soylunun səhhətində problemlər
Əbu-Dabidə insanların həyatını xilas etmək üçün uçan motosiklet burax