Blinken Prezident İlham Əliyevə zəng edib


Siyasət 21 Mar 2023 18:45:00 153 0

Blinken Prezident İlham Əliyevə zəng edib

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken martın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Son.az bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub. Dövlətimizin başçısı qeyd edib ki, ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunub. Buna görə də bu yolun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır.

Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Bu xüsusda dövlətimizin başçısı Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb.

Prezident İlham Əliyev son həftələr ərzində Ermənistan tərəfinin Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürütdüyünü, Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəsin intensiv şəkildə pozulması hallarının müşahidə olunduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti bu xüsusda 2023-cü il martın 5-də qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində 2 hərbi qulluqçumuzun şəhid olmasını və Novruz bayramı günü - martın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistanın növbəti təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralandığını qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır və son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib.

Dövlətimizin başçısı bildirib ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir.

Dövlət katibi Antoni Blinken bir daha vurğulayıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək.

Dövlətimizin başçısı Münxendə keçirilmiş görüşün davamı olaraq Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazır olduğunu və bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət edildiyini də xatırladıb.

Son.az 

Quru dərilər üçün maska like
  • 21 Mar 18:40  
Digərləri Quru dərilər üçün maska

Soyuq havalarda quru dərilərdə problemlər yaranmağa başlayır. Yaşlanman�

arrow Ətraflı
Ermənistandan ərazimizə qanunsuz hərbi yüklərin daşınması davam edir like
  • 21 Mar 18:32  
Digərləri Ermənistandan ərazimizə qanunsuz hərbi yüklərin daşınması davam edir

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraz

arrow Ətraflı
Norveç Ukraynaya "Leopard"lar verdi like
  • 21 Mar 18:31  
Dünya Norveç Ukraynaya "Leopard"lar verdi

Norveç Ukraynaya səkkiz "Leopard-2" tankı və dəstək maşını ve

arrow Ətraflı
Hər kəsə yaraşacaq 5 SAÇ RƏNGİ like
  • 21 Mar 18:20  
Digərləri Hər kəsə yaraşacaq 5 SAÇ RƏNGİ

Saçın rəngləri dərinin, gözlərin və bir sıra digər amillərin asılı

arrow Ətraflı
Eyfel qülləsinin bir hissəsi hərraca çıxarılır like
  • 21 Mar 18:11  
Dünya Eyfel qülləsinin bir hissəsi hərraca çıxarılır

19-cu əsrin sonunda Eyfel qülləsi üçün hazırlanmış spiral pilləkən pa

arrow Ətraflı
Ailə üzvlərini erkən yaşda itirdi, necə öləcəyini əvvəlcədən bildi like
  • 21 Mar 18:00  
Kriminal Ailə üzvlərini erkən yaşda itirdi, necə öləcəyini əvvəlcədən bildi

Son.az Kulis.az-a istinadən Əməkdar artist, aktyor Elçin Həmidov haqqında

arrow Ətraflı
Hər gün buna daha da yaxınlaşırıq like
  • 21 Mar 17:51  
Dünya Hər gün buna daha da yaxınlaşırıq

Rusiyanı təcavüzə görə cəzalandırmaq üçün birgə işləməyə hazır

arrow Ətraflı
Kakaonun faydalarını bilirsiniz? like
  • 21 Mar 17:40  
Digərləri Kakaonun faydalarını bilirsiniz?

Kakao əsəb və xərçənglə mücadilədə önəmli vasitə hesab edilir.

arrow Ətraflı
Bulvarda Novruz şənliyində dəhşət: like
  • 21 Mar 17:34  
Digərləri Bulvarda Novruz şənliyində dəhşət:

Bakıda ata azyaşlı oğluna şiddət göstərib.

arrow Ətraflı
Erməni əsgər Azərbaycan tərəfə keçib? like
  • 21 Mar 17:32  
Siyasət Erməni əsgər Azərbaycan tərəfə keçib?

Martın 21-də Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqli

arrow Ətraflı
Qreta Tunberq Helsinki Universitetinin fəxri doktoru oldu like
  • 21 Mar 17:31  
Dünya Qreta Tunberq Helsinki Universitetinin fəxri doktoru oldu

Ekoloji fəal Qreta Tunberq, Finlandiya Prezidenti Sauli Niinistö və dünyanı

arrow Ətraflı
Üzünüzü dəyişdirmək üçün müxtəlif ÜSULLAR like
  • 21 Mar 17:20  
Digərləri Üzünüzü dəyişdirmək üçün müxtəlif ÜSULLAR

Fərqli üz görünüşünə və dəri xəttinə sahib olmaq istəyən qadın v�

arrow Ətraflı
Ukrayna "Kalibr" raketlərini vurdu like
  • 21 Mar 17:11  
Dünya Ukrayna "Kalibr" raketlərini vurdu

Rusiyanın "Kalibr NK" qanadlı raketləri dəmir yolu ilə daşınark

arrow Ətraflı
Ölkəyə qanunsuz yolla yarım milyona yaxın qızıl keçirmək istədi like
  • 21 Mar 17:02  
Kriminal Ölkəyə qanunsuz yolla yarım milyona yaxın qızıl keçirmək istədi

Martın 21-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları q

arrow Ətraflı
QMİ orucluq ayının başlanması ilə əlaqədar fətva verdi like
  • 21 Mar 16:53  
Digərləri QMİ orucluq ayının başlanması ilə əlaqədar fətva verdi

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan - orucluq ayının ba

arrow Ətraflı