Bakıda Novruz aksessuarları neçəyə satılır?
Digərləri 19 Mar 2023 22:07:00 337 0
Martın 20-si və 21- ölkəmizdə Novruz bayramı qeyd olunur. Hər kəs bu gündən bayram süfrəsi üçün hazırlıqlar görməyə başlayıb. Növbənöv təamlar, şirniyyatlar bişirməklə yanaşı, həm də adətə görə Novruz bayramının rəmzlərindən olan Novruz xonçasını da bəzəmək lazımdır. Son illər xonçanı bəzəmək üçün növbənöv aksessuarlar satılır.
Bu xəbəri də oxu: Reklama dair ümumi tələblər dəyişir
Son.az bildirir ki, musavat.com-un əməkdaşı belə aksessuarların satıldığı ünvanlardan birində, 28 may metrostansiyasının yaxınlığında yerləşən topdan və pərakəndə satış bazarında olub, qiymətlərlə maraqlanıb.
Bazarda olduğumuz zaman öyrəndik ki, boş səbətlərin qiyməti 5 manatdan başlayır, ən böyüyü 19 manatdır. Milli geyimli bəy və xanım kuklalarının qiyməti 4-10 manat arasında dəyişir. Buta formasında bölmələri olan naxışlı kiçik qutular 4-6 manata, nisbətən böyük olanlar 20-30 manat satılır. Şamlar 0,50 -1 manatdır.
Növbənöv səmənilər isə müxtəlif qiymətlərə satılır: ən kiçikləri 2-2.50 manat, ürək formasında olanlar 7-15 manat, bəzəkli səmənilər isə 10 manatdan təklif olunur. Yumurta bəzəmək üçün şəkilli kağızlar 0.50 AZN-dir. Xırda aksessurlara gəlincə, 0,10, 0,20 AZN-ə satılır. Suvenir kuklaların qiyməti isə 6-8 manatdan başlayır. Araqçın 12 manata satılır.
Bəs alıcılar qiymətlərlə bağlı nə düşünürlər?
Musavat.com olaraq onların da fikirlərini aldıq. Bakı sakini Aydan Qədirova bildirdi ki, başqa yerlərə baxanda burada qiymətlər münasibdir: "Ancaq ötən illərlə müqayisədə qiymətlər bahalaşıb. Amma nə edək? Müqəddəs bayramımızdır. Adam istəyir süfrəsi gözəl görünsün".
Digər alış-veriş edən Tamilla Bayramova bildirdi ki, qiymətlər normaldır:
İqlim dəyişikliyi və məhdud su resursları şəraitində Kür çayının a�
"Dedim ki, bir iş görmək lazımdır, Mələkxanım Əyyubova mənə 10 m
"Bəzən deyirlər ki, əsəbisən. Deyirəm ki, toxunmayın mənə, atası
Fransa prezidenti Emmanuel Makron seçiciləri arasında populyarlığını itir
İstisna deyil ki, kriminal hesablaşmanın qarşısını almaq üçün düşmə
Qızların saç rəngi ilə xarakteri arasındakı əlaqə araşdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında Novruz bayramı il
Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələnin təhlükəsizlik
İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanı kralı Salman bin Əbd