Kürdə suyun səviyyəsi qalxdı: Qurumdan xəbərdarlıq...
Digərləri 19 Mar 2023 22:02:00 297 0
İqlim dəyişikliyi və məhdud su resursları şəraitində Kür çayının aşağı axarına digər çaylar üzrə daxilolmaların kritik səviyyədə azalması hesabına su təchizatında müəyyən çətinliklər müşahidə olunduğu üçün Mingəçevir su anbarından Kür çayına, Yuxarı Qarabağ kanalına və Yuxarı Şirvan kanalına buraxılan suyun həcmi artırılıb.
Bu xəbəri də oxu: Şəhidin qardaşı doğuldu
Bu barədə Son.az-a "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-dən ("Azmelsutəsərrüfat") bildirilib.
Məlumata görə, martın 17-dən Mingəçevir su anbarından Kür çayına saniyədə 160 kubmetr, Yuxarı Qarabağ kanalına 80 kubmetr və Yuxarı Şirvan kanalına 50 kubmetr su buraxılır.
"Qeyd edilən su sərfləri mart ayı üçün xarakterik olmayan, yəni yüksək səviyyədədir. Belə ki, ötən ilin müvafiq dövründə Mingəçevir su anbarından Kür çayına saniyədə 90 kubmetr, Yuxarı Qarabağ kanalına 70 kubmetr və Yuxarı Şirvan kanalına 45 kubmetr su buraxılırdı.
Araz çayı üzrə su ehtiyatlarının kəskin şəkildə aşağı olması səbəbindən bu mənbədən təmin edilən suvarma sahələrinin suya olan tələbatının ödənilməsi məqsədilə Yuxarı Qarabağ kanalı vasitəsilə Araz çayı hövzəsinə - Bəhrəmtəpə hidroqovşağına saniyədə 22,4 kubmetr su transferi həyata keçirilir", - "Azmelsutəsərrüfat"dan bildirilib.
Vurğulanır ki, ölkə Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çərçivəsində son bir neçə il ərzində yaradılmış ehtiyatlar hesabına Kür çayının aşağı axarında yaranmış çətinliklərin cari ilin suvarma mövsümündə operativ qaydada tam tənzimlənməsi nəzərdə tutulur.
"Dedim ki, bir iş görmək lazımdır, Mələkxanım Əyyubova mənə 10 m
"Bəzən deyirlər ki, əsəbisən. Deyirəm ki, toxunmayın mənə, atası
Fransa prezidenti Emmanuel Makron seçiciləri arasında populyarlığını itir
İstisna deyil ki, kriminal hesablaşmanın qarşısını almaq üçün düşmə
Qızların saç rəngi ilə xarakteri arasındakı əlaqə araşdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında Novruz bayramı il
Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələnin təhlükəsizlik
İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanı kralı Salman bin Əbd
ABŞ Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Szinpin arasında g