Nicat Lənkəranskinin həbsinin sirri


Kriminal 19 Mar 2023 21:25:00 175 0

Nicat Lənkəranskinin həbsinin sirri

İstisna deyil ki, kriminal hesablaşmanın qarşısını almaq üçün düşmən tərəflər həbsə salınıb

Martın 10-da Bakı Sirkinin qarşısında sui-qəsd cəhdi edilən Nicat Ələkbərovun (Lənkəranski) hadisədən  bir neçə gündən sonra həbs edilməsi əslində, gözlənilməz olmadı. Nicat Lənkəranski Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə  saxlanıldığı deyilir. Nicat Lənkəranskinin (o "Talış Nicat" ayaması ilə də tanınır) bu ittihamla həbs edilməsi bir az müəmmalıdır. Amma səbəb nə olursa-olsun bu həbsin sözügedən sui-qəsd cəhdi ilə birbaşa bağlı olduğu şübhə doğurmur. Mümkündür ki, bu ilkin ittihamdır, sonrakı mərhələdə Nicat Lənkəranskiyə daha ağır ittihamlar verilsin. Çünki sui-qəsd cəhdinin arxasındakı səbəb məhz Nicat Lənkəransikiyə yönəlik qətl ittihamlarıdır. O da istisna deyil ki, bu kriminal hesablaşmanın  davam etməsinin qarşısını almaq üçün düşmən tərəflər həbsə alınıb.    

Qeyd edək ki, sui-qəsdlə bağlı  3 nəfərin həbs edildiyi, onlardan birinin kriminal avtoritet Emin Qasımovun qardaşı Elvin Qasımov  olduğu bildirilir. Bunu rəsmi olaraq hələ də təsdiqləməyiblər, amma bu hesablaşmanın qan düşmənçiliyi, intiqam olduğuna şübhə yoxdur. 

Qeyd edək ki, silahlı hücumda hədəfin Nicat Lənkəranski olunduğu şübhə doğurmur. Çünki ötən ilin oktyabr ayının 25-də İstanbulda əslən Şərur rayonundan olan kriminal avtoritet, "Qardaşoğlu" ləqəbilə tanınan Elnur Qasımov öldürülməsində Nicat Lənkəranskinin adı hallanır. Hadisə İstanbulun Ataşəhər adlanan hissəsində baş verib. Belə ki, oktyabrın 25-də Ataşəhərə qardaşı oğlu ilə birgə gələn Şərur rayon sakini Elnur Qasımov oradakı binaya daxil olmaq istəyərkən bu zaman onlara yaxınlaşan avtomobildən atəş açılıb. 6 güllədən 4-ü Elnur Qasımova müxtəlif yerlərindən dəyib. Ağır xəsarət alan E.Qasımov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Son.az musavat.com-a istinadən bildirir ki, "Qardaşoğlu" Rövşən Lənkəranskinin klanına daxil olan Emin Naxçıvanskinin qardaşıdır. Belə ki, Elnur Qasımovun qardaşı Emin kriminal aləmin tanınmış simalarından biridir. Emin Naxçıvanski kimi tanınan avtoritet dəfələrlə həbsdə olub, sonuncu dəfə ötən il həbsdən buraxılıb. Elnur Qasımov Türkiyədən gətirilərək Şərur rayonunda dəfn edilib.

Hələ o zaman yerli mediada qətl işində Nicat Lənkəranskinin adı hallanırdı.  Yerli mətbuatda haqqında gedən məlumatlardan bəlli olur ki, Nicat Lənkəranski əvvəl Rövşən Caniyevin adamlarından biri olub. Bir versiyaya görə, Rövşən Lənkəranksinin qətlindən sonra onun Lotu Qulinin tərəfinə keçdiyi iddia edilirdi. Başqa bir versiyada isə bunun əksi iddia olunur. Bildirilir ki, Rövşən Lənkəraniskidən sonra Nicat Lənkəraniski parçalanmış və dağınıq halda olan "rövşənçiləri" bir araya toplamağa çalışıb. Bu da digərlərinin xoşuna gəlməyib.

Nicat Lənkəranskinin adı 2018-ci ilin noyabrında Rövşən Lənkəranskinin daha bir yaxın adamı, Əhmədli Ruslan kimi tanınan avtoritetin yaralanmasında da hallanmışdı. Ruslanın da Lənkərandan olduğu, amma Bakının Əhmədli qəsəbəsində doğulduğu deyilirdi. Onun 1 saylı Cəzaçəkmə Müəssəsində məhkumluq həyatı yaşadığı vaxt həm də Pervıy Ruslan kimi tanınmağa başlamışdı. Elə orada da Rövşən Lənkəranskinin "praqon"u əsasında uzun müddət "vəziyyətə baxdığı" barədə kifayət qədər məlumatlar var. 2016-cı ilin yayında isə Rövşən Lənkəranski İstanbulda "qanuni oğru"ların toplantısı keçirərkən Ruslan Əhmədliyə "tacqoyma" mərasimi keçirib.

Məlumatda bildirilirdi ki, guya Lənkəranskinin qətlindən sonra Nicat son vaxtlar öz çevrəsində deyirmiş ki, o, "oğru dünyası"nın əsas adamlarından olacaq. Bu iddiaya düşməsi isə kriminal çevrələrdə xoş qarşılanmayıb. Nicatla görüşüb, söhbət etmək, 14 il qapalı rejimli həbsxanada cəza çəkmiş Ruslana həvalə edilib. Nicat və Ruslanın münasibətləri Rövşən Lənkəranskinin sağlığında heç də pis olmayıb.

Bildirilirdi ki, o, 2018-ci ilin noyabr ayının 30-da Nicatı ofisinə çağıraraq, onunla söhbət edib, sonra isə mübahisə ediblər. Bu zaman Nicat üstündəki odlu silahı çıxararaq Ruslana iki dəfə atəş açıb. Onun İstanbulun məşhur xəstəxanalarından birində uzun müddət müalicə aldığı bildirilirdi.

Qızların saçının rəngi ilə xarakteri arasındakı əlaqə ortaya çıxdı like
  • 19 Mar 21:20  
Digərləri Qızların saçının rəngi ilə xarakteri arasındakı əlaqə ortaya çıxdı

Qızların saç rəngi ilə xarakteri arasındakı əlaqə araşdırılıb. 

arrow Ətraflı
İlham Əliyev Novruz bayramı ilə bağlı paylaşım edib  FOTO like
  • 19 Mar 21:18  
Siyasət İlham Əliyev Novruz bayramı ilə bağlı paylaşım edib FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında Novruz bayramı il

arrow Ətraflı
Türkiyədə dəhşətli zəlzələ anının yeni görüntüləri yayıldı like
  • 19 Mar 19:55  
Dünya Türkiyədə dəhşətli zəlzələ anının yeni görüntüləri yayıldı

Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələnin  təhlükəsizlik

arrow Ətraflı
Rəisi Səudiyyənin təklifini qəbul etdi like
  • 19 Mar 19:45  
Dünya Rəisi Səudiyyənin təklifini qəbul etdi

İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanı kralı Salman bin Əbd

arrow Ətraflı
Hamilə qadın like
  • 19 Mar 19:39  
Digərləri Hamilə qadın

Şirvanda hamilə qadın binanın 3-cü mərtəbəsindən yıxılıb.

arrow Ətraflı
Atəşkəsi qəbul etmirik, Putinə vaxt qazandıracaq  ABŞ like
  • 19 Mar 19:34  
Dünya Atəşkəsi qəbul etmirik, Putinə vaxt qazandıracaq ABŞ

ABŞ Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Szinpin arasında g

arrow Ətraflı
Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb like
  • 19 Mar 19:14  
Dünya Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb

Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb.

arrow Ətraflı
Estetik əməliyyatlarla çox tanınmaz olan məşhurlar  FOTO like
  • 19 Mar 19:09  
Digərləri Estetik əməliyyatlarla çox tanınmaz olan məşhurlar FOTO

1990-cı illərdə ulduzu parlamış və bütün dünyanı öz gözəllikləri i

arrow Ətraflı
Bu qadının Rusiya casusu olduğu ortaya çıxdı like
  • 19 Mar 18:59  
Dünya Bu qadının Rusiya casusu olduğu ortaya çıxdı

Yunanıstanda 2018-ci ildən bu ölkədə gizli fəaliyyət göstərən casus a�

arrow Ətraflı
Evdə təbii göz laynerini necə hazırlamaq olar? like
  • 19 Mar 18:20  
Digərləri Evdə təbii göz laynerini necə hazırlamaq olar?

Artıq uzun illərdir ki, qadınlar gözlərinin gözəlliyini vurğulamaq üç�

arrow Ətraflı