Səidə atası Rafael Dadaşovun vəsiyyətini açıqlayıb


Şou-biznes 19 Mar 2023 21:36:00 189 0

Səidə atası Rafael Dadaşovun vəsiyyətini açıqlayıb

"Bəzən deyirlər ki, əsəbisən. Deyirəm ki, toxunmayın mənə, atasız qızam. Çox yaralıyam, hər şey məni incidir. Atamdan sonra gözümün parıltısı yox olub".

Son.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova qonaq olduğu "O üz" verilişində deyib. 

Aktyorun ifaçı qızı valideynini itirdikdən sonra həyatında yaşadığı çətinliklərdən söz açıb:

"Rafael Dadaşovdan nəsə soruşanda deyirdi ki, heç nə istəmirəm. Övladlarımı layiqli yerdə görmək istəyirəm. Bir dəfə də ona sual verdilər ki, ürəyiniz nə istəyir? Cavab verdi ki, qızım layiq olduğu yerdə olsun.

Deyirəm ki, özün üçün nəsə istə. Hara gedirdi, zəng vurub soruşurdu, necəsiniz? Telefonunu heç vaxt söndürməzdi. Bir dəfə rayona getmişdi, gecəylə qayıdıb evə gəldi. Telefonum heç vaxt susmurdu. Düşünməzdim ki, telefonum nə zamansa susar...".

Səidə həmçinin atasının vəsiyyətindən bəhs edib:

"Atam son nəfəsində Vahid dayıma dedi ki, qızım sənə əmanət. O, yığanda təskinlik tapıram. Deyirəm ki, atamın vəsiyyətidir. Onun nömrəsini heç kimə vermirəm, özümdə saxlayıram.

Bir dəfə açdım, səhvən qardaşıma o, nömrə ilə zəng getdi. Qardaşım pis oldu, dedi, bir də o, nömrəni işlətmə. Ağrısını göstərən insan deyildi.

Amma ömrünün son günlərində ağrılara dözə bilmirdi. Paltarını dəyişirdim... Yatanda da əynində paltarla yatırdı ki, üstüm açılar. Abırlı insan idi".

Qeyd edək ki, aktyor 2019-cu il dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü. Mərhum sənətkar R.Dadaşov 2020-ci il martın 16-da vəfat edib.

Makron populyarlığını itirib, reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb like
  • 19 Mar 21:31  
Dünya Makron populyarlığını itirib, reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb

Fransa prezidenti Emmanuel Makron seçiciləri arasında populyarlığını itir

arrow Ətraflı
Nicat Lənkəranskinin həbsinin sirri like
  • 19 Mar 21:25  
Kriminal Nicat Lənkəranskinin həbsinin sirri

İstisna deyil ki, kriminal hesablaşmanın qarşısını almaq üçün düşmə

arrow Ətraflı
Qızların saçının rəngi ilə xarakteri arasındakı əlaqə ortaya çıxdı like
  • 19 Mar 21:20  
Digərləri Qızların saçının rəngi ilə xarakteri arasındakı əlaqə ortaya çıxdı

Qızların saç rəngi ilə xarakteri arasındakı əlaqə araşdırılıb. 

arrow Ətraflı
İlham Əliyev Novruz bayramı ilə bağlı paylaşım edib  FOTO like
  • 19 Mar 21:18  
Siyasət İlham Əliyev Novruz bayramı ilə bağlı paylaşım edib FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında Novruz bayramı il

arrow Ətraflı
Türkiyədə dəhşətli zəlzələ anının yeni görüntüləri yayıldı like
  • 19 Mar 19:55  
Dünya Türkiyədə dəhşətli zəlzələ anının yeni görüntüləri yayıldı

Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələnin  təhlükəsizlik

arrow Ətraflı
Rəisi Səudiyyənin təklifini qəbul etdi like
  • 19 Mar 19:45  
Dünya Rəisi Səudiyyənin təklifini qəbul etdi

İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanı kralı Salman bin Əbd

arrow Ətraflı
Hamilə qadın like
  • 19 Mar 19:39  
Digərləri Hamilə qadın

Şirvanda hamilə qadın binanın 3-cü mərtəbəsindən yıxılıb.

arrow Ətraflı
Atəşkəsi qəbul etmirik, Putinə vaxt qazandıracaq  ABŞ like
  • 19 Mar 19:34  
Dünya Atəşkəsi qəbul etmirik, Putinə vaxt qazandıracaq ABŞ

ABŞ Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Szinpin arasında g

arrow Ətraflı
Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb like
  • 19 Mar 19:14  
Dünya Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb

Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb.

arrow Ətraflı
Estetik əməliyyatlarla çox tanınmaz olan məşhurlar  FOTO like
  • 19 Mar 19:09  
Digərləri Estetik əməliyyatlarla çox tanınmaz olan məşhurlar FOTO

1990-cı illərdə ulduzu parlamış və bütün dünyanı öz gözəllikləri i

arrow Ətraflı