Korrupsiyaya qarşı mübarizəyə dair tədbir keçirilib FOTO
Digərləri 16 Mar 2023 14:07:00 306 0
"Bakı KOB evi"ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), ölkəmizdə inspeksiya və sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən "SGS Azərbaycan" şirkəti, Azərbaycan Standartlaşdırma İnstitutu və "Caspian Energy Club"ın təşkilatçılığı ilə "İSO 37001:2016 Korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi"nə dair tədbir keçirilib.
Bu xəbəri də oxu: İranda denge qızdırmasına yoluxanların sayı artıb
KOBİA-dan Son.az-a verilən məlumata görə, müvafiq dövlət qurumlarının və sahibkarların iştirakı ilə keçirilmiş tədbirin məqsədi iştirakçıları korrupsiyaya qarşı mübarizə sahəsində "İSO 37001:2016" beynəlxalq standartının tətbiqi imkanları və sertifikatlaşdırma prosesi haqqında məlumatlandırmaq olub.
Tədbirdəki çıxışlarında Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, KOBİA yanında İctimai Şuranın üzvü, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Balacanov müvafiq olaraq ölkəmizdə korrupsiya hallarına qarşı mübarizə və qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, dövlət qurumları tərəfindən vətəndaşlara, o cümlədən sahibkarlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması, korrupsiya risklərinə qarşı effektiv idarəçilik, "İSO 37001:2016" beynəlxalq standartın tətbiqi məsələləri barədə məlumat veriblər.
"SGS Azərbaycan" şirkətinin direktoru Seymur Ağayev şirkətin fəaliyyəti, inspeksiya və təftiş, sertifikatlaşdırma sahəsində fəaliyyət və beynəlxalq təcrübə barədə danışıb. Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini Kəmalə Məmmədzadə "Azərbaycanda AZS İSO 37001 standartının tətbiqi perspektivləri", "SGS Azərbaycan" şirkətinin baş auditoru Asif Əmirsultanov "İSO 37001:2016 standartının əsas tələbləri və praktiki tətbiqi", şirkətin şöbə müdiri Nigar Əliyeva isə "İSO 37001:2016 sertifikatlaşdırma prosesi" barədə təqdimatlarla çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Prezident İlham Əliyev Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Fö
Son.az Milli Hərəkatda Caryar Türkmən kimi tanınan Türkmənistan Milli Dem
Yerdən bir neçə metr hündürlükdə ip üzərində gəzir, velosiped sürür
"İnsan bilmir ki, bir saniyədən sonra başına nə gələcək. O anı ya
İranın kəşfiyyat və təhlükəsizlik xidmətlərinin əməkdaşları ümumm
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən "Heydər Əliyev İ
Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət
Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı
Parisdə pensiya islahatına qarşı ilin əvvəlindən bu yana sayca səkkizinc
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il
Talış kəndinə böyük qayıdış gününə həsr olunmuş tədbir start göt
Bu gün biz Azərbaycan xalqı olaraq daha bir tarixi qürurverici bir gün yaş
"Azərlotereya" ASC Novruz bayramı ərəfəsində "Əmanətə s�
Şəkərbura, qoğal, paxlava və xonçaya bəzək verən digər şirniyyatlar.