Ağ, yoxsa qəhvəyi qabıqlı yumurta? Mütəxəssis izah edir VİDEO


Digərləri 12 Mar 2023 13:00:00 245 0

Ağ, yoxsa qəhvəyi qabıqlı yumurta?  Mütəxəssis izah edir  VİDEO

Market və dükanlarda broyler yumurtaları iki rəngdə təklif olunur - ağ və qəhvəyi. Ağ qabıqlı yumurta ilə qəhvəyi rəngli yumurta arasında təxminən 4-8 qəpiyədək qiymət fərqi var. Maraqlıdır, yumurtanın qabığının rəngi onun keyfiyyətinə dəlalət edirmi?

Son.az AZƏRTAC-a istinadən bildirir ki, müxbir mövzu ilə əlaqədar Gəncədə satıcı və alıcılarla görüşüb, mütəxəssis rəyini öyrənib.

Satıcı Dürdanə Abbasova iddia edib ki, sarı qabıqlı yumurta daha keyfiyyətli olur: "Ağ yumurta zavod, yəni broyler yumurtasıdır, qiyməti 16 qəpikdir. Qəhvəyi rəngdə olanlar isə kənd yumurtası sayılır, qiyməti 20 qəpikdir. Fərqləri ondan ibarətdir ki, qəhvəyi qabıqlı yumurtanın tərkibi ağ qabıqlı yumurtadan daha zəngindir. Alıcılar da ən çox qəhvəyi rəngli yumurtanı seçirlər".

Şəhər sakini Elçin Abbasov alış-veriş zamanı hər iki yumurtadan alsa da, onların tərkibinin eyni olduğu qənaətindədir. Alıcıların bir çoxu bu fikirlə razılaşsa da, qabığının rənglərinə görə yumurtaları fərqləndirib mətbəxdə istifadə etdiyini deyənlər də az deyil.

"Alış-veriş zamanı hər iki yumurtadan alıram. Şirniyyat bişirərkən qabığı ağ rəngdə olan yumurtadan, yemək bişirərkən isə sarı, yəni qəhvəyi qabıqlı yumurtadan istifadə edirəm," - alıcı Məhəbbət Vəliyeva deyib.

Dövlət Aqrar Universitetinin Heyvandarlıq məhsulları istehsalının texnologiyası kafedrasının müəllimi Raifə Mustafayevanın da məsələ ilə bağlı fikirlərini öyrəndik. Mütəxəssis yumurtanın rənginin fərqli olmasının onun keyfiyyətindən yox, toyuğun cinsindən asılı olduğunu bildirib: "Yumurtanın qabığının ağ, qəhvəyi, yaxud açıq qəhvəyi olması onun tərkibinə və keyfiyyətinə heç bir təsir göstərmir. Yumurtanın qabığının rəngi onun tərkibində olan piqmentlərdən asılıdır. Məsələn, yumurtanın tərkibinin 95-98 faiz kalsium karbonatdan ibarət olması qabığın rənginin ağ olmasına gətirib çıxarır. Qəhvəyi, açıq qəhvəyi və tünd qəhvəyi rəngdə olan yumurtalar isə toyuğun yumurtalıq borusunda olan fermentlərin ifrazı nəticəsində yaranır. Yəni, toyuğun yumurtasının qabığının rəngi irsidir və onun cinsindən asılı olaraq dəyişir".

Yumurtanın keyfiyyətini onun rənginə görə təyin etməyin düzgün olmadığını diqqətə çatdıran mütəxəssis əlavə edib ki, yumurtanın keyfiyyətli olub-olmamasını onun böyüklüyündən və səthinin hamar olmasından aşkar etmək mümkündür. Həmçinin, yumurtanın sarısının tünd olması da, onun tərkibində vitaminlərin zənginliyinə işarədir.

Öskürəyin xəbərçisi olduğu qorxulu xəstəliklər like
  • 12 Mar 12:48  
Digərləri Öskürəyin xəbərçisi olduğu qorxulu xəstəliklər

"Öskürək heç də həmişə yoluxucu xəstəliyin əlaməti deyil".

arrow Ətraflı
İran Fəriddən bu məqsədlə istifadə edəcək  Mərdani like
  • 12 Mar 12:36  
Dünya İran Fəriddən bu məqsədlə istifadə edəcək Mərdani

İranda yoxa çıxan Fərid Səfərlinin, əslində, İran rejimi tərəfindən

arrow Ətraflı
Sərdar Ortaça ağır itki like
  • 12 Mar 12:24  
Şou-biznes Sərdar Ortaça ağır itki

Türkiyəli müğənni Sərdar Ortaça ağır itki üz verib.

arrow Ətraflı
Ruhları çağıran 28 məktəbli qız xəstəxanalıq oldu like
  • 12 Mar 12:12  
Dünya Ruhları çağıran 28 məktəbli qız xəstəxanalıq oldu

Kolumbiyada 28 məktəbli qız təhsil müəssisəsi daxilində  ruhları çağ

arrow Ətraflı
Eldar Qocayev vəfat etdi  FOTO like
  • 12 Mar 12:00  
Kriminal Eldar Qocayev vəfat etdi FOTO

Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, Mühəndis fizikası v

arrow Ətraflı
"Heydər Əliyev Azərbaycanın 30 il ərzində necə inkişaf etdiyini görsə, qürur duyardı" like
  • 12 Mar 11:58  
Siyasət "Heydər Əliyev Azərbaycanın 30 il ərzində necə inkişaf etdiyini görsə, qürur duyardı"

Ümummilli lider Heydər Əliyev Azərbaycanın 30 il ərzində necə inkişaf e

arrow Ətraflı
Li Şanfu Çinin müdafiə naziri təyin edilib like
  • 12 Mar 11:48  
Dünya Li Şanfu Çinin müdafiə naziri təyin edilib

Ümumçin Xalq Nümayəndələri Məclisi Li Şanfunun Çin Xalq Respublikasın�

arrow Ətraflı
Gürcüstanda etirazlar yenidən başladı like
  • 12 Mar 11:36  
Dünya Gürcüstanda etirazlar yenidən başladı

Müxalif "Yeni Siyasi Mərkəz - Qirçi" partiyası Tbilisinin mərkə

arrow Ətraflı
"Bu ölkənin uğurlu gələcəyinə və inkişafına əminəm" like
  • 12 Mar 11:24  
Siyasət "Bu ölkənin uğurlu gələcəyinə və inkişafına əminəm"

Heydər Əliyevin əməkdaşlığın genişlənməsinə, regional əlaqələrin

arrow Ətraflı
“BMW” ən azı daha 10 il daxili yanma mühərrikləri istehsal etməyi planlaşdırır like
  • 12 Mar 11:12  
Digərləri “BMW” ən azı daha 10 il daxili yanma mühərrikləri istehsal etməyi planlaşdırır

Almaniyanın avtomobil istehsalçısı "BMW" ən azı daha 10 il daxil

arrow Ətraflı
Daxili Qoşunların yaranmasından 31 il ötür  FOTO like
  • 12 Mar 11:00  
Digərləri Daxili Qoşunların yaranmasından 31 il ötür FOTO

Daxili Qoşunların yaranmasından 31 il ötür.

arrow Ətraflı
Heydər Əliyev siyasi müdrikliyi ilə Azərbaycanı qlobala arenaya çıxardı  Petar Stoyanov like
  • 12 Mar 10:48  
Siyasət Heydər Əliyev siyasi müdrikliyi ilə Azərbaycanı qlobala arenaya çıxardı Petar Stoyanov

Heydər Əliyev siyasi müdrikliyi ilə Azərbaycanı qlobala arenaya çıxardı

arrow Ətraflı