Türk general ermənilərə səsləndi:


Siyasət 10 Mar 2023 21:09:00 219 0

Türk general ermənilərə səsləndi:

Qarabağda Azərbaycana inteqrasiya etmək istəyən ermənilərin sayı artır. Ancaq separatçı rejim Azərbaycana inteqrasiya etmək istəyən erməniləri təhdid edir. Bakı Qarabağdakı separatçıların qarşısında son şərtini irəli sürüb: ya Azərbaycana inteqrasiya edəcəklər, ya da daha sərt addımlar atılacaq. Qondarma "müşavir" David Babayanın "bu, ermənilər üçün intihar deməkdir" sözləri də inteqrasiya tərəfdarı olanları cəzalandıracaqlarına dair xəbərdarlıq kimi qəbul edilir.

Bu vəziyyətdə Azərbaycan erməni əhalisinin hüquq və təhlükəsizliyini qorumaq üçün hansı addım ata bilər? Bakı separatçılara qarşı əməliyyat başlada, həmçinin erməni əhalisinin separatçıların təhdidi altında olduğu məsələsini beynəlxalq müstəvidə müzakirəyə çıxarmağı nəzərdən keçirilə bilərmi?

Son.az Axar.az-a istinadən xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz Publika.az-a açıqlamasında separatçıların Azərbaycana inteqrasiya olmaq istəyən və Azərbaycan bayrağı altında azad şəkildə yaşamaq istəyən insanlara qarşı təhdidlərinin beynəlxalq hüquq baxımından cinayət olduğunu deyib:

"Separatçı rejimin Azərbaycana inteqrasiya etmək istəyən ermənilərə "müraciəti" əslində təhdid olmaqla yanaşı, həm də öz millətinə qarşı həyata keçirdiyi qanundankənar fəaliyyətdir. Bu, beynəlxalq hüquqa ziddir. Bu müddətdə Bakı Qarabağda yaşayan və Azərbaycana inteqrasiya etmək istəyən insanların qanuni haqlarını zəmanət altına alacaq və onlara yaşamaq üçün yüksək səviyyəli imkanlar tanıyacaq addımlar ata bilər. Hazırkı müddətdə həmin şəxslərlə bağlı hansısa fəaliyyətin icra edilməsi o qədər də mümkün görünmür. Yəni bu müddətdə Qarabağdakı ermənilərin təhdid olunmasına, onlara təzyiq göstərilməsinə qarşı hansısa əməliyyatın başladılması erkən ola bilər. Əsas əməliyyatlar hazırda terror fəaliyyəti ilə məşğul olan, Qarabağa qanunsuz silah daşıyan separatçılara qarşı həyata keçirilməlidir".

Y.Karauz qeyd edib ki, Bakı inteqrasiya etmək və Azərbaycan vətəndaşları ilə birgə yaşamaq istəyən ermənilərə həyat təhlükəsizliyi, ifadə azadlığı, iş imkanları, təhlükəsiz, sərbəst və dinc yaşamanın təminatını verilə bilər:

"Qarabağda yaşayan ermənilərin başqa seçimləri yoxdur, onlar zamanla Azərbaycana inteqrasiya olunacaqlar. Onlar yaxşı düşünsünlər: orada başqalarının siyasi əməlləri üçün ac-susuz, yoxsulluq içərisində yaşamaq daha yaxşıdır, yoxsa Azərbaycan vətəndaşı olaraq mədəni, sosial, iqtisadi rifah içərisində yaşamaq. Bunun seçimini etmələri lazımdır. Terrorçular, separatçılar isə birmənalı olaraq sıradan çıxarılmalıdır".

Qeyd edək ki, Prezident İlham Əliyevin "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunda çıxışında Qarabağdakı erməni əhali ilə bağlı zaman-zaman fikirlər səsləndirib. "Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Bir sözlə, əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq", - dövlət başçısı qeyd edib.

İspaniyada gözlənilməz qrip dalğası like
  • 10 Mar 21:04  
Dünya İspaniyada gözlənilməz qrip dalğası

İspaniyada payız-qış mövsümündə ikinci dəfə görülən qrip dalğası

arrow Ətraflı
Tarkandan kədərli paylaşım: "Yaşananların acısı..."  FOTO like
  • 10 Mar 20:53  
Şou-biznes Tarkandan kədərli paylaşım: "Yaşananların acısı..." FOTO

Türkiyənin meqastarı Tarkan kədərli paylaşımı ilə diqqətləri üzərin

arrow Ətraflı
Aktrisa onunla eşq yaşayır  FOTO like
  • 10 Mar 20:42  
Şou-biznes Aktrisa onunla eşq yaşayır FOTO

"Kraliçe" serialı ilə tamaşaçı qarşısına çıxmağa hazırla�

arrow Ətraflı
Üç il əvvəl fəlakət yaşanan kruiz gəmisində daha bir həyəcan təbili like
  • 10 Mar 20:31  
Dünya Üç il əvvəl fəlakət yaşanan kruiz gəmisində daha bir həyəcan təbili

ABŞ-yə məxsus "Ruby Princess" kruiz gəmisində 300-ə yaxın sərn

arrow Ətraflı
Azərbaycan ordusunun hərbi qulluqçusu vəfat edib like
  • 10 Mar 20:21  
Digərləri Azərbaycan ordusunun hərbi qulluqçusu vəfat edib

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər M

arrow Ətraflı
Məşhur aparıcının toyu üç gün olacaq like
  • 10 Mar 20:20  
Şou-biznes Məşhur aparıcının toyu üç gün olacaq

Xəbər verdiyimiz kimi, türkiyəli aparıcı Burcu Esmersoy Nazım Akmandillə

arrow Ətraflı
82 yaşlı dizayner altıncı dəfə ata oldu like
  • 10 Mar 19:58  
Dünya 82 yaşlı dizayner altıncı dəfə ata oldu

İtalyan dizayner Roberto Kavalli altıncı dəfə ata olub.

arrow Ətraflı
"Əxlaqı olmayan çıxıb efirdə ailədən danışır" like
  • 10 Mar 19:47  
Şou-biznes "Əxlaqı olmayan çıxıb efirdə ailədən danışır"

"Əxlaqı, ailə haqqında təsəvvürü olmayanlar çıxıb verilişdə ai

arrow Ətraflı
Narkotikin təsirindəki görüntülərindən ilk dəfə danışdı like
  • 10 Mar 19:36  
Şou-biznes Narkotikin təsirindəki görüntülərindən ilk dəfə danışdı

Dünyaca məşhur model Kara Delevin ötən il narkotikin təsirində olarkən �

arrow Ətraflı
“İndiki qızlar çoxbilmişdirlər, 16 yaşına çatanda...” like
  • 10 Mar 19:14  
Şou-biznes “İndiki qızlar çoxbilmişdirlər, 16 yaşına çatanda...”

"Elə adam var ki, övladını oxutmağa imkanı yoxdur, elə övlad var ki

arrow Ətraflı
Dünya və siyasət ağrılı olsa da, dəyişir: Bakı Forumunun "gizlin"ləri like
  • 10 Mar 19:12  
Siyasət Dünya və siyasət ağrılı olsa da, dəyişir: Bakı Forumunun "gizlin"ləri

Bakıda keçirilən X Qlobal Bakı Forumu bir çox məqamlar və aspektlər bax�

arrow Ətraflı
"WhatsApp"da Bakı Metropolitenində terror olacağını iddia edən şəxs tutuldu  VİDEO like
  • 10 Mar 19:05  
Digərləri "WhatsApp"da Bakı Metropolitenində terror olacağını iddia edən şəxs tutuldu VİDEO

Sosial şəbəkələrdə Bakı Metropolitenində terror aktının törədiləcə

arrow Ətraflı
Bu səhnəyə görə Şeron Stounun övladı əlindən alındı  FOTO like
  • 10 Mar 19:03  
Şou-biznes Bu səhnəyə görə Şeron Stounun övladı əlindən alındı FOTO

Amerikalı aktrisa və keçmiş model Şeron Stoun 1992-ci ildə çəkilmiş &qu

arrow Ətraflı