Moskva TƏDİRGİN: Bakı üz döndərsə,


Siyasət 02 Mar 2023 16:39:00 220 0

Moskva TƏDİRGİN: Bakı üz döndərsə,

"Vardanyanın tutduğu "vəzifədən" kənarlaşdırılması, ardınca Sergey Lavrovun Bakıya gəlməsi, ondan bir gün sonra Xocalıda Azərbaycan nümayəndə heyəti ilə Qarabağ ermənilərinin görüşü məsələsinə əslində başqa prizmadan yanaşmalıyıq".

Bunu Son.az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Rusiya regionda təklənmək istəmədiyi üçün Bakı ilə münasibətlərdə diqqətli olmaq məcburiyyətindədir:

"Bu təmaslar bizə ona görə lazımdır ki, biz bir daha göstərmiş olaq ki, separatçılarla yox, sıravi ermənilərlə danışıq apara bilərik, bunu edirik. Çünki sıravi ermənilər qondarma rejimin qurbanlarıdır, vaxtı ilə separatçılar tərəfindən aldadılan insanlardır. İndi onlar bütün bu son illərin təcrübəsindən istifadə edərək seçim etməlidirlər: Ya Azərbaycanda yaşamalıdırlar, azərbaycanlılarla yaşamalıdırlar, ya da çıxıb Ermənistana getməlidirlər. 

Əslində, Rusiyanın bu proseslərə müdaxilə edib, burması da mümkün olan bir şey deyil. Çünki Rusiya sülhməramlıları burada ona görə fəaliyyət göstərirlər ki, azərbaycanlılarla ermənilər arasında sülh yaransın və onlar da öz vasitəçilik funksiyasını icra etsinlər.

Digər tərəfdən də burada başqa bir proseslər gedir. Proseslər ondan ibarətdir ki, bəli, Rusiya Ermənistanla zidiyyət içərisindədir və bu ziddiyətlərin arxasında Ermənistanın qərbpərəst siyasəti dayanır. Əslində Rusiya artıq öz addımlarında Ermənistan tərəfindən istədiyi kimi heç bir dəstək ala bilmir. Yaxşı, Moskva Azərbaycan tərəfindən də heç bir dəstək ala bilməsə, o zaman Rusiya demək olar ki, regionda təklənmiş ola bilər. 

Azərbaycan Rusiyaya bir tərəfdaş, onların təbirincə desək müttəfiq kimi lazımdır. Çünki Moskva müttəfiqləri itirə-itirə Cənubi Qafqazı da itirə bilər. Ona görə Moskva Bakı ilə faydalı danışıqlar qurmağa məcburdur. Digər yandan Azərbaycan da öz gücünü nümayiş etdirir və məntiqə arxalanaraq deyir ki, Rusiya tərəfi Azərbaycana da müəyyən yardımlar göstərməlidir. 

Üçtərəfli saziş bizim üçün də, Rusiya üçün də baza sazişdir. Üçtərəfli sazişdə yazılıb ki, kommunikasiyalar açılmalıdır, qanunsuz erməni silahlı birləşmələri tərkisilah olunmalı, regiondan çıxarılmalıdır, digər tərəfdən qaçqın-köçkünlər öz yurdlarına qayıtmalıdır. Yaxşı, bu beləsdirsə, onda Azərbaycan tərəfi artıq bu istiqamətdə işlər görməyə məcbur qalacaq. Rusiya məcburdur ki, bu işləri dəstəkləsin, çünki üçətərəfli sazişdə belə yazılıb. 

Xocalıda gerçəkləşən erməni-Azərbaycan təmasları bir daha onu göstərir ki, bu proses gedir və bu proses üçtərəfli sazişin məntiqinə arxalanır. Deyə bilərik ki, qabaqlar da bu təmaslar var idi: Məsələn, keçən il Sərsəng su anbarı ilə bağlı. Ancaq bu səfər daha institusional səviyyədə keşirilir. Yəni artıq danışıqlarla bağlı rəsmi nümayəndə təyin olunub, danışıqları bu rəsmi nümayəndə aparır və Azərbaycanın digər qurumları ilə kordinasiya şəklində bunu həyata keçirir. 

Digər qurumların da nümayəndə heyyətimizin daxilində təmsiçiləri var. Misal üçün Ekologiya Təbii Sərvətlər Nazirliyinin, "Azərgold"un, digər qurumların da bu məsələlərdənümayəndələri də iştirak edirlər. Onları da kosrinasiya edən bir rəsmi nümayəndə təyin olunub ki, o da bu işi aparır. Bu da ondan xəbər verir ki, artıq bu iş institutsional səviyyədə gedir və getdikcə belə görüşlərin sayı və tərkibinin miqyası çoxalacaq". 

Təhməz Əsədov Son.az

Hacı Şahin dəfn olunur  FOTO like
  • 02 Mar 16:30  
Digərləri Hacı Şahin dəfn olunur FOTO

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi,

arrow Ətraflı
Tanınmış ekofəal həbs edildi  FOTO like
  • 02 Mar 16:28  
Dünya Tanınmış ekofəal həbs edildi FOTO

İsveçli ekoloji fəal Qreta Tunberq Norveçin Oslo şəhərində keçirilən e

arrow Ətraflı
Ankarada zavodda yanğın olub, ölən və yaralananlar var like
  • 02 Mar 15:52  
Digərləri Ankarada zavodda yanğın olub, ölən və yaralananlar var

Ankaranın Kahramankazan rayonunda avtomobil hissələri istehsal edən zavodda

arrow Ətraflı
Bakıda bu uşaqların adı dəyişdi: Xaqan "Hagan", Tamerlan "Tomas", Süleyman "Stefan" oldu like
  • 02 Mar 15:33  
Digərləri Bakıda bu uşaqların adı dəyişdi: Xaqan "Hagan", Tamerlan "Tomas", Süleyman "Stefan" oldu

Bakıda yaşayan alman əsilli Elnurə Şpannagelin övladlarının adının də

arrow Ətraflı
"Azərbaycan və Türkmənistan bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarına malikdir" like
  • 02 Mar 15:24  
Siyasət "Azərbaycan və Türkmənistan bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarına malikdir"

Azərbaycanla Türkmənistan arasında mövcud olan çox sıx siyasi əlaqələr

arrow Ətraflı
Ət bir az da bahalaşdı  VİDEO like
  • 02 Mar 15:22  
Digərləri Ət bir az da bahalaşdı VİDEO

Tələbat çoxalır, qiyməti isə hər gün bir az da artır. Söhbət gündəl

arrow Ətraflı
Burada iştirak etməkdən məmnunam  Pakistanın iqtisadiyyat naziri like
  • 02 Mar 15:17  
Digərləri Burada iştirak etməkdən məmnunam Pakistanın iqtisadiyyat naziri

Pakistan və Azərbaycan arasında iqtisadi sahədə sıx əməkdaşlıq var.

arrow Ətraflı
İlham Əliyev: Azərbaycan və Türkmənistan arasında siyasi dialoq yüksək səviyyədədir like
  • 02 Mar 15:12  
Siyasət İlham Əliyev: Azərbaycan və Türkmənistan arasında siyasi dialoq yüksək səviyyədədir

Azərbaycan Türkmənistanla ikitərəfli əlaqələrin inkişafına daim xüsus

arrow Ətraflı
Türkiyədə olan FHN xilasedicilərinin ikinci qrupu geri qayıdır like
  • 02 Mar 15:00  
Siyasət Türkiyədə olan FHN xilasedicilərinin ikinci qrupu geri qayıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın

arrow Ətraflı
İstanbulda baş verə biləcək zəlzələ üçün təxliyə planı like
  • 02 Mar 14:56  
Dünya İstanbulda baş verə biləcək zəlzələ üçün təxliyə planı

Türkiyəni sarsıdan zəlzələlərdən sonra İstanbul ola biləcək Mərmər�

arrow Ətraflı
Azərbaycana gətirilən avtomobildə nasazlıq çıxarsa, geri çağırılır? like
  • 02 Mar 14:45  
Digərləri Azərbaycana gətirilən avtomobildə nasazlıq çıxarsa, geri çağırılır?

Ötən il Koreya istehsalı olan 400 mindən çox avtomobil müxtəlif nasazlıq

arrow Ətraflı