Bakıda bu uşaqların adı dəyişdi: Xaqan "Hagan", Tamerlan "Tomas", Süleyman "Stefan" oldu


Digərləri 02 Mar 2023 15:33:00 285 0

Bakıda bu uşaqların adı dəyişdi: Xaqan "Hagan", Tamerlan "Tomas", Süleyman "Stefan" oldu

Bakıda yaşayan alman əsilli Elnurə Şpannagelin övladlarının adının dəyişdirilməsi tələbilə bağlı məhkəmə qərar verib. 

Son.az bildirir ki, qaynarinfo-nun məlumatına görə, Elnurə Şpannagel məhkəmədən 3-cü sinifdə oxuyan böyük oğlu, 2014-cü il təvəllüdlü Xaqanın adının "Hagan", 2 dekabr 2016-cı il tarixdə Bakı şəhərində doğulmuş Tamerlanın adının "Tomas", 22 sentyabr 2018-ci il tarixdə Bakı şəhərində doğulmuş, hazırda bağçaya gedən kiçik oğlu Süleymanın adının isə "Stefan" olaraq dəyişdirilməsini xahiş edib. 

Elnurə Şpannagelin azərbaycanlı həyat yoldaşı övladlarının adının dəyişdirilməsinə razılıq verib. O, Elnurə ilə ailə qurmazdan əvvəl illərlə bir-birilərini tanıdıqlarını bildirib və yoldaşını alman kimi qəbul edib, rəsmi nikaha daxil olub. Onların böyük oğlu dünyaya gəldikdə Suraxanı Qeydiyyat Şöbəsinə müraciət edərək, uşaqlarına alman adı qoymaq istədiklərini bildirib. Qeydiyyat Şöbəsi isə sənədlərdə azərbaycanlı olduqları və uşaq adları siyahısında qeyd edilən adların olmaması səbəbindən bunun mümkün olmadığını bildirib. Bu səbəbdən onlar uşağın adını alman adı "Hagan"a yaxın olan "Xaqan" qoyublar. Onlar evdə də övladlarına alman adı ilə müraciət edir, alman dilində danışırlar. İkinci övladları dünyaya gəldikdə alman adı qoyulması üçün "ASAN Xidmət"ə müraciət ediblər, lakin yenə də azərbaycanlı olduqları üçün mümkün olmadığını bildiriblər. Ona "Tomas" adı vermək istədikləri üçün bu ada oxşayan Tamerlan adını veriblər. Üçüncü uşaqlarına isə "Stefan" adını qoymaq istədikləri üçün onun oxşarı Süleyman adını qoyublar. Sonra bununla bağı İcra Hakimiyyətinə də müraciət ediblər, lakin məsələyə məhkəmə qaydasında baxılmalı olduğu bildiriblər. Onlar uşaqlara evdə alman adları ilə müraciət etdikləri üçün onları məktəbdə öz adları ilə çağıran zaman qarışıqlıq yaranır, cavab vermirlər. Hətta uşaqlar alman kilsəsinə gedir və alman tədbirlərində iştirak edirlər. 

İşə baxan məhkəmə uşaqların adının dəyişdirilməsinə və doğum akt qeydlərində müvafiq dəyişikliklərin edilməsinə qərar verib. 

Qeyd edək ki, Elnurə Şpannagelin ana tərəfi alman əsillidir. Rusiya imperatriçəsi II Yekaterinanın 1762-1763-cü illərdəki sərəncamı və manifestinə əsasən, almanlar Volqaboyu əraziyə köçürülüb. Onlar həmin əraziyə gələrək avropalaşdırma siyasətində iştirak ediblər və bir müddət sonra varlı şəxslərə çevriliblər. Lakin bolşeviklər hakimiyyətə gəldikdən sonra - 1930-cu illərdə bir çox şəxsi, xüsusən də varlı almanları burjua adı ilə təqib etməyə başlayıb, nəticədə Qotfridlər müəyyən ərazilərə qaçmağa məcbur olublar. 

Elnurə Şpannagelin nənəsinin atası təqib olunmamaq üçün Özbəkistanın Daşkənd şəhərinə köçüb. Lakin II Dünya müharibəsi dövründə represiya olunublar, hətta Qotfrid Qotfridoviç məcburi əmək düşərgəsinə göndərilib. Həmin vaxt Stalin almanlara güvənmədiyi üçün onları fiziki əmək baxmından istismar edirdi və nəticədə onlar öz ad-soyadlarını dəyişməyə məcbur olurdular. 

İddiaçı tərəf bildirir ki, onun ulu babası məcbur qalaraq "Qotfrid" adından "Boğdan" adına keçib. Qotfrid Azərbaycan dilinə tərcümədə "Allahverdi", Boğdan isə "Allahın verdiyi" deməkdir. Bir müddətdən sonra onun övladı Emilya Şpannagel dünyaya gəlib. Onlar həm də Şpannagel soyadını daşıyırlar. Emilyanın Mayra adlı qızı dünyaya gəlib və Krım tatarı olan Qazıyev soyadlı biri ilə ailə qurub, onların birgə nikahlarından Elnurə xanım doğulub. Mayra xanım qızı Elnurəyə alman adətlərini təbliğ edib, hətta onlara alman qəzetləri, şpigellər gəlirmiş, onları belə uşaqlarına oxutdurublar. Elnurə hazırda Bakıda yaşayır.

"Azərbaycan və Türkmənistan bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarına malikdir" like
  • 02 Mar 15:24  
Siyasət "Azərbaycan və Türkmənistan bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarına malikdir"

Azərbaycanla Türkmənistan arasında mövcud olan çox sıx siyasi əlaqələr

arrow Ətraflı
Ət bir az da bahalaşdı  VİDEO like
  • 02 Mar 15:22  
Digərləri Ət bir az da bahalaşdı VİDEO

Tələbat çoxalır, qiyməti isə hər gün bir az da artır. Söhbət gündəl

arrow Ətraflı
Burada iştirak etməkdən məmnunam  Pakistanın iqtisadiyyat naziri like
  • 02 Mar 15:17  
Digərləri Burada iştirak etməkdən məmnunam Pakistanın iqtisadiyyat naziri

Pakistan və Azərbaycan arasında iqtisadi sahədə sıx əməkdaşlıq var.

arrow Ətraflı
İlham Əliyev: Azərbaycan və Türkmənistan arasında siyasi dialoq yüksək səviyyədədir like
  • 02 Mar 15:12  
Siyasət İlham Əliyev: Azərbaycan və Türkmənistan arasında siyasi dialoq yüksək səviyyədədir

Azərbaycan Türkmənistanla ikitərəfli əlaqələrin inkişafına daim xüsus

arrow Ətraflı
Türkiyədə olan FHN xilasedicilərinin ikinci qrupu geri qayıdır like
  • 02 Mar 15:00  
Siyasət Türkiyədə olan FHN xilasedicilərinin ikinci qrupu geri qayıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın

arrow Ətraflı
İstanbulda baş verə biləcək zəlzələ üçün təxliyə planı like
  • 02 Mar 14:56  
Dünya İstanbulda baş verə biləcək zəlzələ üçün təxliyə planı

Türkiyəni sarsıdan zəlzələlərdən sonra İstanbul ola biləcək Mərmər�

arrow Ətraflı
Azərbaycana gətirilən avtomobildə nasazlıq çıxarsa, geri çağırılır? like
  • 02 Mar 14:45  
Digərləri Azərbaycana gətirilən avtomobildə nasazlıq çıxarsa, geri çağırılır?

Ötən il Koreya istehsalı olan 400 mindən çox avtomobil müxtəlif nasazlıq

arrow Ətraflı
Prezident Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktorunu qəbul edib like
  • 02 Mar 14:40  
Siyasət Prezident Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktorunu qəbul edib

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
"Çox böyük itki oldu..." like
  • 02 Mar 14:34  
Şou-biznes "Çox böyük itki oldu..."

Xəbər verdiyimiz kimi, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli vəfat

arrow Ətraflı
Sabunçuda narkotik satan 81 nəfər tutulub like
  • 02 Mar 14:23  
Kriminal Sabunçuda narkotik satan 81 nəfər tutulub

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsi, eləcə

arrow Ətraflı
"Ölən ölür, nə edə bilərik?"  Aktrisanın bu açıqlaması tənqid olundu like
  • 02 Mar 14:12  
Dünya "Ölən ölür, nə edə bilərik?" Aktrisanın bu açıqlaması tənqid olundu

Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdə dostunu itirən Merve

arrow Ətraflı
İlham Əliyev BMT Baş Assambleyasının 77ci sessiyasının prezidentini qəbul edib  FOTO like
  • 02 Mar 14:09  
Siyasət İlham Əliyev BMT Baş Assambleyasının 77ci sessiyasının prezidentini qəbul edib FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı