"Çox böyük itki oldu..."


Şou-biznes 02 Mar 2023 14:34:00 243 0

"Çox böyük itki oldu..."

Xəbər verdiyimiz kimi, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli vəfat edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənət adamları onunla bağlı paylaşım edərək, xatirələrini bölüşüblər. 

Xalq artisti Brilliant Dadaşova paylaşımında "Bəzən yaxından tanıdığımız insanlar üçün ağlayırıq. Sözdə yox, özdə Allahın əlindən tutduğunu hiss edir qəlbimiz. Onun hikməti, zəmanəmizə xas olmayan mərifəti, dünyadan getmə qabiliyyəti, səssiz-səmirsiz..." deyə, qeyd edib. 

Aktyor Kamran Ağabalayev birlikdə olan şəkillərini yayımlayaraq, "Hacı, mən onsuz da 1 dəfə yetim qalmışdım..." sözlərini yazıb. 

Müğənni Hacı Nazim Məmmədov isə onun sonuncu statusunu yayımlayıb:

"Mən bu ağlamalı, mən bu gülməli... Dünyaya ağlayıb-gülməyə gəldim. Bir dünya tapılmaz bundan ölməli, mən də tamahlanıb ölməyə gəldim. Allah rəhmət eləsin". 

Müğənni Emma Ələkbərzadə isə Hacı Şahinlə bağlı paylaşımında "Mənim üçun çox pis xəbər oldu.... Hacı Şahin rəhmətə gedib. Gözəl, savadlı insan. Allah rəhmət eləsin" deyə, bildirib.

Müğənni Xatun Əliyeva da Hacı Şahinlə bağlı paylaşım edib. "Vay-vay, necə yanıb-yaxıldım bu üzücü xəbərə. Siz Allahını tanıyan hər kəs üçün doğma insan idiniz. O qədər sizə rəğbət bəsləyirdim ki, heyran idim. Çox böyük itki oldu, bütün Hacı Şahin sevənlərinə. Siz neçə-neçə insanı pis yoldan çəkindirirdiniz. Elə çıxışlar edirdiniz, məqamlara toxunurdunuz və onu o qədər savadlı, səmimi şəkildə diqtə edirdiniz ki, istər-istəməz yolunu azmış bir bəndə də sizə qulaq asırdı. Bu da hər natiqə xas deyildi. Siz seçilmişdiniz. Yenə də Allahın təqdiri. Ölüm haqdır, nə edə bilərik. Allah sizə rəhmət eləsin. Nurlar içində yatın, Allahın sevimli bəndəsi" deyə, ifaçı paylaşımında yazıb.

Əməkdar artist Elşən Cəbrayılov "Əxlaqlı insan idin, Hacı... Yerin cənnət olsun. Heç gözləmirdim" deyə, Hacı Şahinlə bağlı paylaşım edib.

Müğənni Xuraman Şuşalı "Günün ən üzücü xəbəri: Hacı Şahin rəhmətə getdi. Allah sizə rəhmət eləsin. Kaş bu xəbər yalan olaydı" sözləri ilə, onun ailəsinə başsağlığı verib. 

Sabunçuda narkotik satan 81 nəfər tutulub like
  • 02 Mar 14:23  
Kriminal Sabunçuda narkotik satan 81 nəfər tutulub

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsi, eləcə

arrow Ətraflı
"Ölən ölür, nə edə bilərik?"  Aktrisanın bu açıqlaması tənqid olundu like
  • 02 Mar 14:12  
Dünya "Ölən ölür, nə edə bilərik?" Aktrisanın bu açıqlaması tənqid olundu

Türkiyədə fevralın 6-da baş verən zəlzələlərdə dostunu itirən Merve

arrow Ətraflı
İlham Əliyev BMT Baş Assambleyasının 77ci sessiyasının prezidentini qəbul edib  FOTO like
  • 02 Mar 14:09  
Siyasət İlham Əliyev BMT Baş Assambleyasının 77ci sessiyasının prezidentini qəbul edib FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Keçmiş ərinə söz atmışdı, məhkəməlik oldu like
  • 02 Mar 13:50  
Şou-biznes Keçmiş ərinə söz atmışdı, məhkəməlik oldu

Xəbər verdiyimiz kimi, amerikalı müğənni Mayli Sayrus keçmiş həyat yold

arrow Ətraflı
Zəlzələ zamanı qeyriadi hadisə: Göl alovlanmağa başladı like
  • 02 Mar 13:39  
Digərləri Zəlzələ zamanı qeyriadi hadisə: Göl alovlanmağa başladı

Türkiyədə zəlzələ zamanı ortaya çıxan görüntülər şok yaradıb.

arrow Ətraflı
Tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb like
  • 02 Mar 13:31  
Digərləri Tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb

Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölməl�

arrow Ətraflı
İlham Əliyev Liviya Dövləti Prezident Şurasının sədri ilə görüşüb  FOTO like
  • 02 Mar 13:22  
Siyasət İlham Əliyev Liviya Dövləti Prezident Şurasının sədri ilə görüşüb FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezide

arrow Ətraflı
HAVA necə olacaq? like
  • 02 Mar 12:55  
Digərləri HAVA necə olacaq?

Martın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Türkmənistan Prezidenti İlham Əliyevə təşəkkür edib like
  • 02 Mar 12:49  
Siyasət Türkmənistan Prezidenti İlham Əliyevə təşəkkür edib

Bərabərliyi və ədaləti təbliğ edən Qoşulmama Hərəkatının məqsədl�

arrow Ətraflı
"Hacı Şahin üç gün əvvəl mənə elə bir söz dedi ki, çox ağladım" like
  • 02 Mar 12:45  
Digərləri "Hacı Şahin üç gün əvvəl mənə elə bir söz dedi ki, çox ağladım"

"Hacı Şahin sağlam, rasional, praqmatik düşüncəyə malik insan idi.

arrow Ətraflı
İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb  FOTO like
  • 02 Mar 12:42  
Siyasət İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
İslam İnkişaf Bankı Qrupunun prezidenti “Bakı KOB evi”ndə olub like
  • 02 Mar 12:18  
Digərləri İslam İnkişaf Bankı Qrupunun prezidenti “Bakı KOB evi”ndə olub

Ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəm

arrow Ətraflı