“Hacı müalicədən imtina edərək iltizamnaməyə qol çəkib”


Digərləri 02 Mar 2023 16:42:00 206 0

“Hacı müalicədən imtina edərək iltizamnaməyə qol çəkib”

16:42

Bu gün səhər saatlarında qəflətən vəfat edən tanınmış din xadimi Hacı Şahin Həsənlinin səhhəti ilə bağlı bəzi məqamlar üzə çıxıb.

"Qafqazinfo" xəbər verir ki, tanınmış həkim Niyazi Qənbərli özünü pis hiss edən ilahiyyatçının paytaxtda yerləşən "Baku Medical Plaza" klinikasına müraciət etdiyini bildirib: "Səhər saat 04:00 radələrində klinikamızda olub. Miokard infarktı diaqnozu qoyulub, lakin təklif olunan müayinə və müalicədən imtina edərək, iltizamnaməyə qol çəkərək gedib".

N.Qənbərli qeyd edib ki, Hacının ailəsi "səhər təkrar gələrik" deyərək xəstəxanadan gedib. 

Bundan əlavə, sosial şəbəkələrdə sözügedən iltizamnamənin fotosu da yayılıb. Həmin sənəddə Hacı Şahinin təcili tibbi yardım şöbəsində müayinədən keçməsi qeyd edilib. Diaqnoz kimi kəskin miokard infarkt və aritmiya göstərlib.

Daha sonra Yasamal rayonu, A.Abbasov küçəsindəki evinə gedən Hacı Şahinin halı kəskin pisləşib. Dərhal təcili tibbi yardıma müraciət edilib və evə gələn həkimlər onun vəfat etdiyini bildiriblər.

Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) də Hacı Şahinin ölüm səbəbi ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb. Ürəktutmadan həkiməqədər ölüm qeydə alınıb. Rəsmi məlumatda da əlavə edilib ki, Ş.Həsənli martın 1-də də özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib.

-------

10:03

1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 02.03.2023-cü il tarixində saat 05:30 radələrində çağırış daxil olub. Saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb.

Moskva TƏDİRGİN: Bakı üz döndərsə, like
  • 02 Mar 16:39  
Siyasət Moskva TƏDİRGİN: Bakı üz döndərsə,

"Vardanyanın tutduğu "vəzifədən" kənarlaşdırılması, ard

arrow Ətraflı
Hacı Şahin dəfn olunur  FOTO like
  • 02 Mar 16:30  
Digərləri Hacı Şahin dəfn olunur FOTO

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi,

arrow Ətraflı
Tanınmış ekofəal həbs edildi  FOTO like
  • 02 Mar 16:28  
Dünya Tanınmış ekofəal həbs edildi FOTO

İsveçli ekoloji fəal Qreta Tunberq Norveçin Oslo şəhərində keçirilən e

arrow Ətraflı
Ankarada zavodda yanğın olub, ölən və yaralananlar var like
  • 02 Mar 15:52  
Digərləri Ankarada zavodda yanğın olub, ölən və yaralananlar var

Ankaranın Kahramankazan rayonunda avtomobil hissələri istehsal edən zavodda

arrow Ətraflı
Bakıda bu uşaqların adı dəyişdi: Xaqan "Hagan", Tamerlan "Tomas", Süleyman "Stefan" oldu like
  • 02 Mar 15:33  
Digərləri Bakıda bu uşaqların adı dəyişdi: Xaqan "Hagan", Tamerlan "Tomas", Süleyman "Stefan" oldu

Bakıda yaşayan alman əsilli Elnurə Şpannagelin övladlarının adının də

arrow Ətraflı
"Azərbaycan və Türkmənistan bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarına malikdir" like
  • 02 Mar 15:24  
Siyasət "Azərbaycan və Türkmənistan bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarına malikdir"

Azərbaycanla Türkmənistan arasında mövcud olan çox sıx siyasi əlaqələr

arrow Ətraflı
Ət bir az da bahalaşdı  VİDEO like
  • 02 Mar 15:22  
Digərləri Ət bir az da bahalaşdı VİDEO

Tələbat çoxalır, qiyməti isə hər gün bir az da artır. Söhbət gündəl

arrow Ətraflı
Burada iştirak etməkdən məmnunam  Pakistanın iqtisadiyyat naziri like
  • 02 Mar 15:17  
Digərləri Burada iştirak etməkdən məmnunam Pakistanın iqtisadiyyat naziri

Pakistan və Azərbaycan arasında iqtisadi sahədə sıx əməkdaşlıq var.

arrow Ətraflı
İlham Əliyev: Azərbaycan və Türkmənistan arasında siyasi dialoq yüksək səviyyədədir like
  • 02 Mar 15:12  
Siyasət İlham Əliyev: Azərbaycan və Türkmənistan arasında siyasi dialoq yüksək səviyyədədir

Azərbaycan Türkmənistanla ikitərəfli əlaqələrin inkişafına daim xüsus

arrow Ətraflı
Türkiyədə olan FHN xilasedicilərinin ikinci qrupu geri qayıdır like
  • 02 Mar 15:00  
Siyasət Türkiyədə olan FHN xilasedicilərinin ikinci qrupu geri qayıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın

arrow Ətraflı
İstanbulda baş verə biləcək zəlzələ üçün təxliyə planı like
  • 02 Mar 14:56  
Dünya İstanbulda baş verə biləcək zəlzələ üçün təxliyə planı

Türkiyəni sarsıdan zəlzələlərdən sonra İstanbul ola biləcək Mərmər�

arrow Ətraflı