Qarabağ erməniləri ilə növbəti görüş Bakıda baş tuta bilər
Siyasət 01 Mar 2023 14:59:00 356 0
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.
Bu xəbəri də oxu: Dini qurumlara maliyyə yardımı göstəriləcək
Martın martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdür. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.
Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazini tərk etdikdən sonra orada yaşayan və öz vətəndaşlarımız olan erməni sakinlərlə praktiki təmaslara başlanılacağı bildirmişdi. Bu görüş də daxili gündəliyin tərkib hissəsi olan həmin təmasın təzahürüdür. Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə növbəti müzakirələr Bakıda, Gəncədə və yaxud Ağdamda da baş tuta bilər.
Son.az
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayənd
Azərbaycan ABŞ-nin və digər müttəfiqlərin etibarlı tərəfdaşıdır.
Əməkdar artist Mətanət İsgəndərli bu gün "Həmin Zaur" verili�
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədə yerləşən "S
Cənubi Qafqaz beynəlxalq güclərin nəzərində hazırda ən "yağlı ti
Əsas fənn kimi tətbiq olunmayan məntiq imtahana salınır. Tələbələr bak
Beynəlxalq Miqrasiya Təşkilatı öz təcrübəsindən çıxış edərək Azə
Türkiyədə 14 mayda keçirilməsi gözlənilən prezident seçkiləri təxirə
Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə yeni direktor təyin olun
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuran
Kamera və Orqan Musiqisi zalının səhnəsində Şəhidlərimizin və Türkiy�
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan�
"Caspian Events Group" öz sahəsində uğur qazanan, fərqlənən, tr
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti n