Kredit zəmanət mexanizminin biznesin inkişafında roluna dair ictimai müzakirə təşkil olunub FOTO


Digərləri 01 Mar 2023 13:37:00 217 0

Kredit zəmanət mexanizminin biznesin inkişafında roluna dair ictimai müzakirə təşkil olunub  FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, İpoteka və Kredit Zəmanət Fondu və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə "Kredit zəmanət mexanizminin biznesin inkişafında rolu" mövzusunda ictimai müzakirə təşkil olunub.

KOBİA-dan Trend-ə bildirilib ki, dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş tədbirdə müvafiq dövlət qurumlarının, bank və sığorta şirkətlərinin və biznes assosiasiyaların nümayəndələri iştirak ediblər.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov qeyd edib ki, tədbir şuranın təşkilatçılığı ilə 2023-cü ildə keçirilən ilk ictimai müzakirədir və məqsəd KOB subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının müzakirə edilməsi, bu sahədə dövlət-özəl əməkdaşlığının gücləndirilməsidir.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların maliyyələşdirilməsi vəziyyəti və kredit zəmanət mexanizminin KOB-lar üçün önəminə dair fikirlərini bölüşüb. Qeyd edilib ki, Azərbaycanda da sahibkarlar maliyyələşmə mənbəyi kimi daha çox banklara üstünlük verir. Bankların kredit portfeli geniş olsa da, kreditləşmədə regionların payı təxminən 23%, Bakı üzrə isə 77%-dir. Agentliyə daxil olan müraciətlərin və aparılan sorğuların təhlili, həmçinin beynəlxalq inkişaf təşkilatlarının hesabatlarına əsasən KOB subyektlərinin maliyyə mənbələrinə çıxışı sahəsində üzləşdikləri əsas çətinliklər yüksək faiz dərəcəsi, sərt girov şərtləri, risklərin bölüşdürmə və kreditlərə zəmanət mexanizmlərinin əlyetərli olmamasıdır. Kredit zəmanət mexanizmi kiçik və orta sahibkarların maliyyə məhdudiyyətlərini aşmasına imkan yaradır, biznes layihələrin maliyyələşdirilməsi üçün sahibkarların uzun müddətli kreditlərlə təmin edilməsini dəstəkləyir. Həmçinin bankların yeni və daha geniş müştəri şəbəkəsinə çıxışını asanlaşdırır, risklərin minimallaşdırılmasını təmin edir. Ölkəmizdə kredit zəmanət mexanizminin formalaşması təqdirəlayiqdir, lakin KOB sektoruna yönəlik təminat sisteminin daha da təkmilləşməsinə ehtiyac vardır.

İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri Fəxri Kazımov Fondun fəaliyyət istiqamətləri, maliyyə göstəriciləri, əldə olunan nailiyyətlər, həmçinin qeyri-neft sektorunda sahibkarlığa dəstək aləti olan kredit zəmanət mexanizminin yaradılmasının məqsədi barədə ətraflı məlumat verib. Vurğulanıb ki, yerli sahibkarların tələbləri nəzərə alınmaqla yaradılan bu mexanizm beynəlxalq təcrübənin ən uğurlu nümunələri öyrənilməklə müntəzəm olaraq təkmilləşdirilir. Mexanizm çərçivəsində şəffaflığı və operativliyi təmin etmək məqsədilə saibkarlardan müraciətlərin qəbulu "Elektron hökumət" portalında yerləşən "Elektron ipoteka və kredit zəmanət" sistemi vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, hazırda Azərbaycanda qeydiyyatdan keçmiş sahibkarların sayı 1,4 milyona yaxındır. Bu rəqəm ölkəmizdə biznes qurmaq, özəl sektorda çalışmaq istəyənlərin böyük olduğunun göstəricisidir. Biznesin yaradılmasında maliyyə əlçatanlığı mühüm amillərdəndir. Hazırda Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 20,3 mlrd. manat təşkil edir ki, bu kreditlərin 80%-ə yaxını Bakı və Abşeron-Xızı iqtisadi rayonlarının payına düşür. Göründüyü kimi, bu göstərici regionlarda sahibkarların maliyyəyə çıxış imkanlarının daha da yaxşılaşdırılmasına ehtiyac olduğunu göstərir. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kreditlərə verilən dövlət zəmanəti mexanizmləri, faizlərin subsidiyalaşdırılması sahibkarların maliyyə əlçatanlığı üçün ən yaxşı alətlərdən biridir. Bu alətlər haqqında sahibkarların məlumatlılığını artırmaq, həmçinin mexanizmin gələcəkdə təkmilləşdirilməsinə ehtiyac vardır.

Sonra İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kreditlərə zəmanət mexanizmi barədə təqdimat keçirilib.

Tədbir çərçivəsində kredit zəmanət mexanizminin biznesin inkişafında roluna, mexanizmin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb, sahibkarların sualları cavablandırılıb.

“Orqan musiqisi axşamı” təşkil olunub like
  • 01 Mar 13:35  
Kriminal “Orqan musiqisi axşamı” təşkil olunub

Kamera və Orqan Musiqisi zalının səhnəsində Şəhidlərimizin və Türkiy�

arrow Ətraflı
Ramin Məmmədov kimdir? like
  • 01 Mar 13:27  
Digərləri Ramin Məmmədov kimdir?

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan�

arrow Ətraflı
"Altın Güneş Ödülleri 2023" mükafatı təqdim edildi like
  • 01 Mar 13:24  
Kriminal "Altın Güneş Ödülleri 2023" mükafatı təqdim edildi

"Caspian Events Group" öz sahəsində uğur qazanan, fərqlənən, tr

arrow Ətraflı
HAVA necə olacaq? like
  • 01 Mar 12:57  
Digərləri HAVA necə olacaq?

Martın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Ağacları kəsən bağça sahibi cəzalandırıldı like
  • 01 Mar 12:51  
Digərləri Ağacları kəsən bağça sahibi cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti n

arrow Ətraflı
Bank Respublika “Bahar müjdəsi” nağd kredit kampaniyasına start verib like
  • 01 Mar 12:40  
Digərləri Bank Respublika “Bahar müjdəsi” nağd kredit kampaniyasına start verib

Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən B

arrow Ətraflı
Müştərinin zəlzələyə münasibəti heyrət doğurdu like
  • 01 Mar 12:29  
Digərləri Müştərinin zəlzələyə münasibəti heyrət doğurdu

Dünən İzmirin Foça mahalında 4,1 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
İstanbulda İŞİDin yüksək vəzifəli şəxsi həbs edilib like
  • 01 Mar 12:18  
Dünya İstanbulda İŞİDin yüksək vəzifəli şəxsi həbs edilib

İstanbulda keçirilən əməliyyat zamanı İŞİD terror təşkilatında yüks

arrow Ətraflı
Əlixan Rəcəbov İctimai Televiziyada yeni serial təqdim edəcək like
  • 01 Mar 12:07  
Şou-biznes Əlixan Rəcəbov İctimai Televiziyada yeni serial təqdim edəcək

Aktyor və ssenarist Əlixan Rəcəbov İctimai Televiziyada serial təqdim etm�

arrow Ətraflı
"Qovulmuş azərbaycanlıların hüquqlarını təmin edin" like
  • 01 Mar 11:56  
Siyasət "Qovulmuş azərbaycanlıların hüquqlarını təmin edin"

Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının prezidenti Şarl Miş

arrow Ətraflı
DİN Bəxtiyar Hacıyevlə bağlı açıqlama yaydı like
  • 01 Mar 11:51  
Digərləri DİN Bəxtiyar Hacıyevlə bağlı açıqlama yaydı

Vətəndaş Bəxtiyar Hacıyevin şəxsi məlumatlarının yayılması ilə bağ

arrow Ətraflı
Zaporojyedə gənc azərbaycanlıların meyitləri tapıldı like
  • 01 Mar 11:45  
Dünya Zaporojyedə gənc azərbaycanlıların meyitləri tapıldı

Ukraynanın Zaporojye vilayətinin hazırda işğal altda olan Toxmaq şəhəri

arrow Ətraflı
İnternetdə yayılan yalan xəbərlərə inanmayın like
  • 01 Mar 11:41  
Digərləri İnternetdə yayılan yalan xəbərlərə inanmayın

"Baykar" şirkəti sosial media səhifələrində və bəzi internet s

arrow Ətraflı
Novruz bayramı yaxınlaşdıqca quru meyvələr bahalaşır like
  • 01 Mar 11:34  
Digərləri Novruz bayramı yaxınlaşdıqca quru meyvələr bahalaşır

Çərşənbələrdə və Novruz bayramında süfrəyə qoyulan təamlar arasınd

arrow Ətraflı
Unibank müştərisi kartında pul saxladığı üçün 2800 manat gəlir əldə edib like
  • 01 Mar 11:25  
Digərləri Unibank müştərisi kartında pul saxladığı üçün 2800 manat gəlir əldə edib

Bank kartınızda saxladığınız pula görə ildə nə qədər gəlir əldə e

arrow Ətraflı