Rusiya Bakının TƏLƏBİNİ YERİNƏ YETİRDİ


Siyasət 01 Mar 2023 14:12:00 213 0

Rusiya Bakının TƏLƏBİNİ YERİNƏ YETİRDİ

Cənubi Qafqaz beynəlxalq güclərin nəzərində hazırda ən "yağlı tikələrdən" biri kimi görünür. Bu gün ABŞ, Qərb, Rusiya, digər tərəfdən də Çinin regiona heç vaxt olmadığı qədər müdaxilə etmək, təmasları artırmaq cəhdləri bunu düşünməyə əsas verir.

Təbii ki, bu məsələdə regionun geosiyasi mənzərəsini dəyişən, bugünkü reallığı yaradan Bakının mövqeyini, istəklərini kim nəzərə alacaqsa, o dövlətin, o güc mərkəzinin də üzü güləcək.

Beynəxlaq münasibətlər sistemində xüsusilə son dönəmlər bir çox dövlətlər öz aralarında olan münaqişələri həll etməyə çox yaxın olarkən regional və ya qlobal hegemon güclər öz geosiyasi ambisiyalarını həyata keçirmək üçün bu prosesə mane olurlar. 

Bu baxımdan çox təəssüflər olsun ki, Cənubi Qafqaz beynəlxalq güclər arasında mübahisə məkanı olduğundan hər zaman bu regiona müdaxilələri avtoşok şəklində də olsa müşahidə etmək mümkündür. 

Təbii ki, regionda sülhə, sabitliyə mane olmaq məsələsi hər zaman Ermənistan hakimiyyəti vasitəsilə bu və yaxud digər dövlətlər, qüvvələr tərəfindən həyata keçirilib. 

Azərbaycanla Ermənistan 10 noyabr üçtərəfli bəyanatı imzalamaqla bir çox məsələlərdə ortaq məxrəcə gəlmək imkanları əldə etdiyimiz, sülh istiqamətində önəmli irəliləyiş əldə etməyə yaxın olduğumuz vaxtda bir yandan İran molla-fars rejimi bu düşmənçiliyin sülhlə bitməsindən narahat olduğu üçün çıxarmadığı oyun, atmadığı destruktiv addım qalmadı, digər tərəfdən Fransanın "bacısı" Ermənistanı Azərbaycana qarşı manipulyasiyalarla danışışıqlar prosesini əngəlləmək məqsədilə verdiyi tapşırıqlar Bakının gözləntilərinə mane oldu. 

Bunu eyni zamanda regionda marağı olan qüvvələrin, güc mərkəzlərinin, iri dövlətlərin aralarındakı konfrantasiyasından meydana çıxan real mənzərə də adlandıra bilərik. 

Bu nöqteyi nəzərdən Rusiya Xarici işlər naziri Sergey Lavrovun Bakıya baş tutan iki günlük səfəri Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi məsələsində aktorların regiondakı yeni fəallığı fonunda Moskvanın baxış bucağını, məsələyə yanaşmasını yenidən gözdən keçirmək adına Bakı üçün olduqca önəmli oldu. 

Belə dümək mümkünsə, Lavrovun Bakı səfəri növbətçi səfəri idi. Daha da konkretləşdirsək, son proseslərin ardından Rusiya xarici siyasətinin baş diplomatı bu səfərlə rəsmi Bakının, Azərbaycan tərəfi isə Moskvanın nəbzini yoxladı. Ən əsası, bir məsələ gün kimi aydın oldu ki, Moskva İrəvanın əlindən "dəmir çeynəyir". Düzü, Ermənistan tərəfinin də Rusiyaya olan aqresiyyası, nifrəti özünü son vaxtlar daha açıq şəkildə göstərir. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyanın son açıqlamalarından da aydın şəkildə sezmək mümkündür.

Yaxın keçmişə kimi bir-birinə təbəssümlə reaksiya verən, bir-birinin əlini gülər üzlə sıxan tərəflər bu gün qarşılıqlı şəkildə bostanlarını daş-qalaq etməklə məşğuldurlar.

Uzun illər Ermənistana havadarlıq edən, onun sərhədlərini qoruyan, iqtisadi sabitliyini saxlamaq üçün bir əli İrəvanda olan Moskvaya qarşı bu nifrətin günü-gündən artmasında şübhəsiz ki, Qərbin fəaliyyəti diqqətdən kənar qala bilməz. Amma istənilən halda Azərbaycan üçün bu mühiti əlverişli adlandıra bilərik. Çünki Azərbaycana lazım olan ərazi bütövlüyünün təmini, sabitliyi və təhülkəsizliyi məsələsidir.

Bu mühit Bakının təzyiqlərinin və təsir imkanlarının işə yarıması sarıdan da olduqca əlverişlidir. Biz bunu Lavrovun Bakı səfərinin ardınca şahid olduq. Belə ki, Rusiya XİN rəhbəri Bakıdan gedər-getməz Qarabağın sülhməramlıların müvəqqəti nəzarət zonasında yaşayan erməni sakinlərlə Azərbaycan nümayəndələri arasında təmaslar olub. 

Milli Məclisin deputatı Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb:

1. Rusiya Vaşinqtonun təşəbbüsü ilə Brüssel görüşündən öncə Bakı ilə Qarabağ erməniləri arasında görüşü təşkil etməklə Azərbaycanın etimadını qazanmaq niyyətini ortaya qoymuş oldu.

2. Moskva İrəvana göstərmiş oldu ki, sənin Rusiyanı Qafqazdan çıxarmaq məqsədilə Qərbə vasitəçilik cəhdlərin heç bir nəticə verən deyil. Regionun ağası, əsas aktoru Azərbaycandır və Bakı istəmədiyi təqdirdə Rusiya daim sənin nəfəsini hiss edəcək.

3. Rusiya eyni zamanda Qərbə də mesaj vermiş oldu ki, sizin Ermənistan sərhədlərinə göndərdiyiniz missiya sülhməramlı kontingentin fəaliyyətinə kölgə sala bilməz, İrəvanın Rusiya hərbi kontingenti ilə bağlı səsləndirdiyi iddialar qarayaxmadan başqa bir şey deyil.

Proseslərin bu cür inkişafı deməyə əsas verir ki, rəsmi Bakı əlini-qolunu yanına salıb, Cənubi Qafqaz uğrunda aparılan mübarizələri nəinki seyr etməyəcək, üstəlik regionun əsas aktoru olaraq hadisələrə öz mənafeləri nəzərə alınmaqla müdaxilə etmək üçün imkanlara da malikdir. Bunu indi Rusiya da çox yaxşı anladığından məhz birinci Bakının tələbinə uyğun olaraq Ruben Vardanyan tutduğu "vəzifədən" kənarlaşdırıldı. 

Lavrovun Bakı səfərindən saatlar sonra isə Prezident İlham Əliyevin Münhendə panel müzakirələr zamanı da səsləndirdiyi kimi, Azərbaycanın istəyinə uyğun kontingentin komandanı Andrey Volkovun vasitəçiliyi ilə məhz Qarabağdakı yerli erməni nümayəndələrlə görüş təşkil edildi.

Əliyev Münhen Təhlükısizlik Konfransında açıq şəkildə qeyd etmişdi ki, normallaşma prosesi iki istiqamət üzrə inkişaf etdirilir:

⚫️ Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam etdirilir, tərəflər arasında təmas mövcuddur, sənədlərin mübadiləsi həyata keçirilir və s.  

⚫️ Bildirilmişdi ki, Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazini tərk etdikdən sonra orada yaşayan və öz vətəndaşlarımız olan erməni sakinlərlə təmaslara başlanacaqdır. Martın 1-də keçirilmiş görüş daxili gündəliyin tərkib hissəsi olan həmin təmasın  təzahürüdür. 

Biz bu gün bir daha şahidi olduq ki, Azərbaycan öz məqsədinə doğru çox böyük sürətlə irəliləməkdədir, üstəlik erməni yalanlarının, qarayaxmalarının da deaktivlə.dirilməsinə nail olmaqdadır. Xarici media və QHT-lər də cəlb olunmaqla son dövrlər ölkəmizə qarşı təşkil olunmuş kampaniya heç bir nəticə verməməsinin, bu cəhdlərin iflasa uğramasının başqa adı yoxdur.

Hazırki situasiya eyni zamanda ondan xəbər verir ki, Kreml Cənubi Qafqazdakı mövqeyinin zəifləməməsi, nüfuzunun qorunub saxlanılması üçün Bakının tələblərini prioritet saymağa başladı, Azərbaycanın istəklərini hesaba qatmağı indiki məqamda Rusiya üçün ən uyğun variant olduğuna inandı. 

Azərbaycan ələ düşən fürsəti xeyrinə istifadə etmək üçün prosesləri doğru-dürüst dəyərləndirməklə Ermənistanla sülh danışıqları istiqamətində əlini daha da qüvvətləndirməyə hesablanmış qəti addımlarının sayını bundan sonra daha da artırmalıdır.

Çünki başlıca hədəfimiz Qarabağın tamamında suverenliyimizin bərpasıdır. Son Moskva-Bakı təması bir daha nümayiş etdirir ki, Rusiyadakı dairələr bunda maraqlı olmasalar da, qarşımızı kəsə bilməyəcəklər. Çünki sirr deyil ki, Ruben Vardanyanın bir neçə ay əvvəl Qarabağda peyda olması, Qarabağ separatçılarının təmsilçilərinin tez-tez Moskvaya çağrılmaları və separatçıların tərksilah olunmaması əsla Moskvanın dürüstlüyünə, Bakıya canıyananlığına zərrə qədər də olsun işarə etmir. Amma Lavrovun Bakı səfəri öncəsi və sonrası regionda baş verən proseslər göstərdi ki, Azərbaycan vəziyyətdən ustalıqla istifadə etməyə başlayıb.

Təhməz Əsədov Son.az

Beynəlxalq Miqrasiya Təşkilatı Böyük Qayıdış Proqramına dəstək verməyə hazırdır like
  • 01 Mar 13:58  
Siyasət Beynəlxalq Miqrasiya Təşkilatı Böyük Qayıdış Proqramına dəstək verməyə hazırdır

Beynəlxalq Miqrasiya Təşkilatı öz təcrübəsindən çıxış edərək Azə

arrow Ətraflı
Türkiyədə prezident seçkiləri təxirə salınmayacaq like
  • 01 Mar 13:48  
Siyasət Türkiyədə prezident seçkiləri təxirə salınmayacaq

Türkiyədə 14 mayda keçirilməsi gözlənilən prezident seçkiləri təxirə

arrow Ətraflı
Qalmaqallı deputatdirektorun yerinə yeni təyinat  like
  • 01 Mar 13:46  
Digərləri Qalmaqallı deputatdirektorun yerinə yeni təyinat

Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə yeni direktor təyin olun

arrow Ətraflı
Kredit zəmanət mexanizminin biznesin inkişafında roluna dair ictimai müzakirə təşkil olunub  FOTO like
  • 01 Mar 13:37  
Digərləri Kredit zəmanət mexanizminin biznesin inkişafında roluna dair ictimai müzakirə təşkil olunub FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuran

arrow Ətraflı
“Orqan musiqisi axşamı” təşkil olunub like
  • 01 Mar 13:35  
Kriminal “Orqan musiqisi axşamı” təşkil olunub

Kamera və Orqan Musiqisi zalının səhnəsində Şəhidlərimizin və Türkiy�

arrow Ətraflı
Ramin Məmmədov kimdir? like
  • 01 Mar 13:27  
Digərləri Ramin Məmmədov kimdir?

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan�

arrow Ətraflı
"Altın Güneş Ödülleri 2023" mükafatı təqdim edildi like
  • 01 Mar 13:24  
Kriminal "Altın Güneş Ödülleri 2023" mükafatı təqdim edildi

"Caspian Events Group" öz sahəsində uğur qazanan, fərqlənən, tr

arrow Ətraflı
HAVA necə olacaq? like
  • 01 Mar 12:57  
Digərləri HAVA necə olacaq?

Martın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Ağacları kəsən bağça sahibi cəzalandırıldı like
  • 01 Mar 12:51  
Digərləri Ağacları kəsən bağça sahibi cəzalandırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti n

arrow Ətraflı
Bank Respublika “Bahar müjdəsi” nağd kredit kampaniyasına start verib like
  • 01 Mar 12:40  
Digərləri Bank Respublika “Bahar müjdəsi” nağd kredit kampaniyasına start verib

Müştərilərini hər zaman maraqlı və sərfəli kampaniyalarla sevindirən B

arrow Ətraflı
Müştərinin zəlzələyə münasibəti heyrət doğurdu like
  • 01 Mar 12:29  
Digərləri Müştərinin zəlzələyə münasibəti heyrət doğurdu

Dünən İzmirin Foça mahalında 4,1 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
İstanbulda İŞİDin yüksək vəzifəli şəxsi həbs edilib like
  • 01 Mar 12:18  
Dünya İstanbulda İŞİDin yüksək vəzifəli şəxsi həbs edilib

İstanbulda keçirilən əməliyyat zamanı İŞİD terror təşkilatında yüks

arrow Ətraflı
Əlixan Rəcəbov İctimai Televiziyada yeni serial təqdim edəcək like
  • 01 Mar 12:07  
Şou-biznes Əlixan Rəcəbov İctimai Televiziyada yeni serial təqdim edəcək

Aktyor və ssenarist Əlixan Rəcəbov İctimai Televiziyada serial təqdim etm�

arrow Ətraflı
"Qovulmuş azərbaycanlıların hüquqlarını təmin edin" like
  • 01 Mar 11:56  
Siyasət "Qovulmuş azərbaycanlıların hüquqlarını təmin edin"

Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının prezidenti Şarl Miş

arrow Ətraflı