Alimpaşa Məmmədov büdcədən
Kriminal 01 Mar 2023 07:29:00 308 0
Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.
Bu xəbəri də oxu: İşlədikləri mağazaya 48 min manat ziyan vurdular
Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Natiq Əliyevin sədirliyi ilə baş tutan prosesdə kommunal sahədə baş verən qanun pozuntuları ilə bağlı ifadələr dinlənilib.
Məlum olub ki, kommunal sahədə çalışan işçilərin yaxın ətrafının adına saxta bank kartları açılıb. Hansı ki, adıçəkilən şəxslərin heç biri işə cəlb edilməyib. Həmin insanların adları sadəcə, formal olaraq yazılıb. Bəzi hallarda isə adlarına kart hesabı açılan şəxslər ancaq məhkəmədə bu faktı öyrənib.
Budəfəki prosesdə 10-dan artıq şahid dindirilib. Bir çox hallarda kommunal sahədə çalışanlar üçün ayrılan geyim dəstləri, müxtəlif mal-materiallar da sadəcə, qaimələrdə göstərilib.
Məhkəmədə Alimpaşa Məmmədov tərəfindən Mənzi-Kommunal İstismar İdarəsinin rəisi təyin edilən, hazırda isə rayon İcra Hakimiyyətində çalışan Teymur Hacıyevin və vaxtilə onun tabeliyində olan şəxslərin ifadələri də alınıb. Bəlli olub ki, sürücü qismində siyahıda 10 əvəzinə, 19 sürücü göstərilib. Beləliklə hər il say süni şəkildə artırılıb. Nəticə etibarı ilə təkcə bu epizod üzrə dövlət büdcəsinə 71 min manat ziyan vurulub.
Bundan əlavə, texnikaların nəzərdə tutulan ərazilərdə işləməməsi, daha dəqiq desək, Şəmkir rayonuna aid olmayan Ceyrançöl ərazisində istifadə edilməsi kimi faktlar da ortaya çıxıb. Teymur Hacıyev belə bir göstərişi hazırda İcra Hakimiyyəti başçısının köməkçisi işləyən Mahir Əliyevdən aldığını deyib. Bundan əlavə Alimpaşa Məmmədova məxsus olan "21-ci Əsr" şirkəti də kommunal sahəyə cəlb edilib. Beləliklə yanacaq və avtomobillərin ehtiyat hissələri üçün ayrılan vəsaitlər bu şirkətə yönləndirilib.
Məhkəmə prossesi təxminən 3 saatdan artıq davam edib. Bu fakt üzrə şahidlərin dindirilməsi növbəti prsesdə də davam etdiriləcək.
Xatırladaq ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin (mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, 311.3.2 və təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası fevralın 28-də rus qoşunların�
Finlandiya Rusiya ilə sərhəddə hasar tikintisi işlərinə başlayır.
2022-ci ildə Azərbaycanda cinayətkarlıqla bağlı vəziyyət stabil olub, ci
Yunanıstanın Larisa şəhəri yaxınlığında yerləşən Evangelizmos yaşay
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 45 089 nəfərə
Rusiyanın Sankt-Peterburq şəhərində qəribə hadisə baş verib. Belə ki,
Müğənni Dilarə Kazımova daha bir səs-küylü fotosessiyasını təqdim edi
Yuxular, funksiyası və sirri hələ də həll edilməmiş, gündəlik hadisəl
"WhatsApp" messenceri istifadəçilərə yoxa çıxan mesajları ya
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatına əsasən, İran son
"Eşitdim sən adını dəyişmisən o vaxtlar. Adın başqa imiş, dəyiş
Qadınlarda kişi tipli saç tökülməsi tibbi dildə Androgenetik alopesiya ki