Evdəki dibçəyə toxunan uşağın boynu yandı
Digərləri 01 Mar 2023 03:22:00 324 0
Rusiyanın Sankt-Peterburq şəhərində qəribə hadisə baş verib. Belə ki, beş yaşlı uşaq otaq bitkisinə toxunduqdan sonra boynundan yanıq xəsarəti alıb. Qızcığaz dərhal Uşaq Xəstəxanasına çatdırılıb.
Bu xəbəri də oxu: Dərhal qana qarışır, dəmiri artırır, şəkəri isə... Bir qaşığı bəs edir
Valideynlərinin dediyinə görə, qız təsadüfən pəncərənin altlığında olan südləyən yarpağına toxunub.
Son.az oxu.az-a istinadən xəbər verir ki, həkimlər zərərçəkənə birinci və ikinci dərəcəli yanıq diaqnozu qoyublar. İlkin tibbi yardımdan sonra uşaq ambulator müalicəyə buraxılıb.
Qeyd edək ki, südləyən yarpağının şirəsi insan və heyvanların dərisi üçün zərərlidir, ciddi yanıqlara, dəridə qıcıqlanmaya, yaralara, dözülməz qaşınmaya səbəb ola bilər. Ağır hallarda dəridə xoralar yaradır, hətta görmə qabiliyyətinin itməsinə səbəb ola bilər.
Bununla belə, südləyən müxtəlif müalicəvi xüsusiyyətlərə də malikdir. Rəsmi təbabətdə qusdurucu və ya qarnı işlətmə dərmanlarında istifadə olunur. Ənənəvi təbabətdə isə bitkinin xərçəng əleyhinə təsirə malik olduğuna inanılır, ilan sancmalarını müalicə etmək üçün onun kökündən məlhəm hazırlanır, həmçinin alternativ təbabətdə dəmrov, çil, üz dərisindəki ləkələr, ziyil və qabarlardan xilas olmaq üçün istifadə olunur. Bu günə qədər elm adamları südləyənin müalicəvi xüsusiyyətlərini tam öyrənə bilməyiblər.
Müğənni Dilarə Kazımova daha bir səs-küylü fotosessiyasını təqdim edi
Yuxular, funksiyası və sirri hələ də həll edilməmiş, gündəlik hadisəl
"WhatsApp" messenceri istifadəçilərə yoxa çıxan mesajları ya
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatına əsasən, İran son
"Eşitdim sən adını dəyişmisən o vaxtlar. Adın başqa imiş, dəyiş
Qadınlarda kişi tipli saç tökülməsi tibbi dildə Androgenetik alopesiya ki
4 gün əvvəl Ziya Bünyadov prospektində (Dərnəgül yolu) baş verən ağı
Son.az Lent.az-a istinadən aktyor Əli Əlizadə ilə müsahibəni təqdim edi