“Öpüşməyə, intim səhnələrə normal baxmalıyıq”


Şou-biznes 28 Fev 2023 23:30:00 195 0

“Öpüşməyə, intim səhnələrə normal baxmalıyıq”

Son.az Lent.az-a istinadən aktyor Əli Əlizadə ilə müsahibəni təqdim edir.

-    "Əqrəb mövsümü"ndə ən yaddaqalan obraza çevrilmisiniz desək, yanılmarıq. Maraqlıdır, sizə serialın ssenarisi veriləndə və siz onu oxuyanda hansı hissləri keçirdiniz? -    İlk olaraq ssenarist Azər Aydəmir və rejissor Emil Quliyevlə ssenari ilə tanış olmaq üçün görüşdük. Otağa girəndə gördüm ki, şəklim divardan asılıb. Dedilər ki, ssenari sənin üçün xüsusi olaraq yazılıb. Azər dedi ki, bu ssenarini yazanda səni düşünüb yazmışam və bu rol sanki sənin əyninə biçilib. "Məmnuniyyətlə çəkilərəm", - dedim. Emilin ekran işlərinə, Azərin intellektinə çoxdan bələdəm. İşin yaxşı alınacağına əmin idim. Düzünə qalsa, ssenarini oxuyanda çox həyəcan keçirdim. İndiyə kimi oxuduğum ssenarilərin içində əlimin tərlədiyini, bədənimdə soyuq tər hiss etdiyim ssenari idi. Rolu canlandırdığıma çox sevindim, həmçinin mənim üçün böyük bir sual yarandı. Sonuncu səhnəyə qədər fikirləşirdim ki, bunu bacaracağam, yoxsa yox? 

-    İçinizdə bu obrazı canlandırmağı bacarıb-bacarmadığınız barədə bir inamsızlıq var idi?  -    Bəli. Hətta yaradıcı heyət arasında, setdə şübhə ilə yanaşırdılar ki, bəlkə rolu düz adama verməmişik? Bu da təbii haldır. Çünki serialın əvvəlində demək olar heç nə oynamırdım və yansıtmırdım. Heç kəsin ağlına gəlməzdi ki, mən qatiləm. Xırda nüans verməyə belə icazə vermirdilər. Yəni qatili "yandırmamalı" idim. Buna görə də bir rejissor kimi Emil bir neçə obrazın üzərində şübhə yaradırdı. 

-    Əli bəy, səhv etmirəmsə, daha çox "İmtahan" serialından sonra populyarlaşmağa başladınız. Kəşf olunduğunuz, sənətə yeni gəldiyiniz illəri necə xatırlayırsınız? -    Tələbəlik illərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısında dayanırdım. Ağlımda bir sual var idi ki, mən bura qalxa biləcəyəmmi? Həyat yoldaşım, həm də tələbə yoldaşım Aliyə dedi ki, mütləq get. İçimdə qəribə bir qorxu, həyəcan var idi. Qarşıma məqsəd qoydum ki, nə olursa olsun, tamaşaçılar qarşısında özümü itirməyəcəyəm. Ondan sonra içəri addım atdım və hər şey oradan başladı. Sonra 2005-ci ildən bəri Dövlət Pantomim Teatrında fəaliyyət göstərirəm. Üçüncü kursda bir elan gördüm. Elanda heyət üçün yeni aktyorlar axtardıqlarını yazmışdılar. Müraciət etdim, kastinq oldu. Məni kəşf edən aktyor və rejissor Bəxtiyar Xanızadə oldu. Yediyim çörəyin böyük hissəsini ona borcluyam. Mənim üçün ilk kəşf o teatr oldu. Bu sənət qəribəliklərlə doludur. İllər boyu teatrda az maaşa işlədim, efirlərə çıxmadım və s. Bunlar hamısı mənə çox şey öyrətdi. Bəxtiyar Xanızadə deyirdi ki, bu sənət şizofreniyadır (gülür). 

-    Sizin üçün anası yüngül həyat tərzi keçirən, uşaq təcridxanasında zorlanan, zəif bir oğlan uşağını - Elnur obrazını canlandırmaq necə bir hissdir? -    Elnur obrazını özümə yaxın bilmişəm. Uşaqlıqda Elnur kimi susqun, qapalı bir uşaq olmuşam. O hadisələr başına gəlməyənə qədər Elnurun xarakteri Əlinin xarakterinə çox yaxın idi. İllərlə yığılıb qalan aqressiya bir episentrə yığılır, potensial qatil olur və birdən partlayır. Mənə elə gəlir ki, özümü bu sənətdə sübut edə bilməsəydim, mən də hər hansı bir yerdə partlaya bilərdim. Hətta uşaq bağçada olanda tək qalmışam və təkliyim məni depressiyaya salıb. Həmişə bu susqun uşağın əksinə getmişəm. Mənə elə gəlir ki, incəsənət adamlarının çoxu belədir. Özlərini kəşf etməklə məşğuldurlar. Serial efirə gedənə qədər obrazdan çıxa bilmirdim. İçimdəki Elnurun acığını, aqressivliyini daşıdım. Efirə gedəndən sonra isə içimdəki aqressivlik boşaldı. Çox qəribə hisslər yaşadım və mənim üçün çox ağır yük idi. Seriala baxmaq üçün işdən tez evə tələsirdim. Sonluğuna varmaq istəyirdim ki, görəsən kimdir? Serialı "puzzle" kimi yığmağa çalışırdım. Hətta tərəddüd içərisində idim ki, doğrudan da bu obrazı mən oynamışam? 

-    Bir qədər final səhnəsindən danışardınız. Obrazı canlandıranda hansı çətinlikləriniz oldu? -    Emil Quliyev elə rejissordur ki, aktyoru vəziyyətə gətirə bilir. Bu, çox çətin bir şeydir, çünki rejissorun qarşısında əsas vəzifə budur. Təxminən, 13-14 dəqiqəyə çəkilən final səhnəsini "stopsuz" lentə ala bildik. Hamısını bir kadra və 5 dubla çəkdik. Səhnənin dramatikliyindən, qatilin həm uşaqcasına, həm də nifrət dolu olmağından zövq alırdım. 

İsrail Rusiyanın bu addımını like
  • 28 Fev 23:26  
Dünya İsrail Rusiyanın bu addımını

Rusiya təcavüzkarlığını (Ukraynaya hücum - red.) pisləyirik.

arrow Ətraflı
Telefonunuzu sürətləndirməyin yolları like
  • 28 Fev 23:23  
Digərləri Telefonunuzu sürətləndirməyin yolları

Mobil cihazın yavaş işləməsinin ən əsas səbəblərindən biri yaddaşdı

arrow Ətraflı
Albaniya da SİLKƏLƏNDİ like
  • 28 Fev 23:16  
Dünya Albaniya da SİLKƏLƏNDİ

Albaniyada 4,1 bal gücündə zəlzələ bşa verib.

arrow Ətraflı
Qoyunla insanın like
  • 28 Fev 23:12  
Digərləri Qoyunla insanın

Kaliforniya Universitetinin laboratoriyasında 2017-ci ildən aparılan səs-kü

arrow Ətraflı
Vasif Talıbovun oğlunun Dubaydan like
  • 28 Fev 23:10  
Digərləri Vasif Talıbovun oğlunun Dubaydan

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun o�

arrow Ətraflı
Turan İbrahimov “Space”dəki SON EFİRİNDƏ like
  • 28 Fev 23:08  
Şou-biznes Turan İbrahimov “Space”dəki SON EFİRİNDƏ

4 gün öncə aparıcı Turan İbrahimovun "Space" telekanalından ayr

arrow Ətraflı
Çəkiliş zamanı vəfat edən aktyorlar like
  • 28 Fev 23:04  
Dünya Çəkiliş zamanı vəfat edən aktyorlar

İncəsənət qurban tələb edir deyərkən film çəkilişi zamanı məşhur a

arrow Ətraflı
Üz yoqasının möcüzəvi faydaları like
  • 28 Fev 22:57  
Digərləri Üz yoqasının möcüzəvi faydaları

ABŞ-ın Şimal-Qərb Universiteti tərəfindən aparılan araşdırmalar göst�

arrow Ətraflı
Bu kinolarda işgəncə, ölüm, like
  • 28 Fev 22:49  
Dünya Bu kinolarda işgəncə, ölüm,

Kino "dünyaya göz açandan" maraqlı inkişaf yolu keçib. Səssiz f

arrow Ətraflı
Özbəkistan Prezidenti Azərbaycana səfərə gələcək like
  • 28 Fev 22:45  
Siyasət Özbəkistan Prezidenti Azərbaycana səfərə gələcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycanda işgüz

arrow Ətraflı
Rusiya Ermənistanı əli ilə Azərbaycana qarşı... like
  • 28 Fev 22:28  
Siyasət Rusiya Ermənistanı əli ilə Azərbaycana qarşı...

"Son zamanlar müxtəlif informasiya mənbələrində (xarici) Azərbaycan�

arrow Ətraflı
İsraildəki səfirimiz işə başladı: like
  • 28 Fev 22:25  
Siyasət İsraildəki səfirimiz işə başladı:

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov artıq fəaliyyətinə ba�

arrow Ətraflı
Şeyma 400 min like
  • 28 Fev 22:23  
Dünya Şeyma 400 min

Zəlzələ baş verən gündən sonra əyləncəli paylaşımlarını dayandırm

arrow Ətraflı
Qardaşının ölümündən sonra səssizliyini pozdu like
  • 28 Fev 21:59  
Dünya Qardaşının ölümündən sonra səssizliyini pozdu

Amerikalı pop müğənni Madonna böyük qardaşı Entoni Cikkonun ölümündə

arrow Ətraflı
Yaş saçla yatmağın like
  • 28 Fev 21:55  
Digərləri Yaş saçla yatmağın

Amerikalı bərbər yaş saçla yatmağın altı təhlükəli nəticəsini açı

arrow Ətraflı