Kamaləddin Qafarov: “Xocalı soyqırımı ötən əsrin ən böyük faciələrindən biridir”


Digərləri 26 Fev 2023 10:00:00 249 0

Kamaləddin Qafarov: “Xocalı soyqırımı ötən əsrin ən böyük faciələrindən biridir”

"Bəşəriyyət tarixinin  ən qanlı faciələrindən olan Xocalı soyqırımı  aqressiv və cinayətkar erməni siyasətinin bariz təzahürlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu bəşəri cinayət barədə deyib: "Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi".  XX əsrin sonunda törədilmiş bu qətliam təkcə Azərbaycan xalqına deyil, əslində, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Öz amansızlığına, vəhşiliyinə görə Xocalı soyqırımı ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır." Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, Xocalı faciəsinə siyasi qiyməti ilk dəfə  Heydər Əliyev verib: "O, bu cinayətin əsil mahiyyətini açaraq deyib: "Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir". Ümummilli liderimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Milli Məclisi "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdi. 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-də imzaladığı sərəncama əsasən, hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. 1992-ci il fevralın 26-da Xocalıda qalan 3 minə yaxın insandan 613 nəfəri, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə ödürüldü, 1000 nəfər insan aldığı güllə yarasından əlil oldu. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-nin taleyi indi də məlum deyil."

K.Qafarov Azərbaycanın 2020-ci il Vətən müharibəsində əldə etdiyi qələbəsilə bütün Cənubi Qafqaz xalqalrını erməni faşizminin fitnələrindən  qurtardığını vurğulayaraq  deyib: "Erməni separatistlərinin bütün dünyada olan havadarları tərəfindən yaradılmış və uzun illər boyunca davam edən cəzasızlıq mühiti bu qəsbkarları yeni təxribatlara sövq edirdi. Nəhayət, 2020-ci il sentyabrın 27-də Azərbaycan bu təxribatlara birdəfəlik son qoymaq və öz torpaqlarını işğaldan azad etmək məqsədilə hərbi əməliyyatlara başladı. Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək, cəmi 44 gün davam edən döyüşlərdə düşmənin 5 ilə işğal etdiyi və 30 ilə yaxın müddət ərzində möhkəmləndiyi torpaqlarımızı geri qaytardı. İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Bu qələbə ilə şanlı ordumuz həm də Xocalı qətliamının günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu."         

Xocalı qətliamının dünyanın bir çox ölkələrində tanınmasını qeyd edən Kamaləddin Qafarov bu sahədə Ölkə Prezidenti İlham Əliyevin müstəsna xidmətləri olduğunu vurğulamışdır: "Xocalı qətliamı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması üçün reallaşdırılan tədbirlər  Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hücum diplomatiyasının və tarixi siyasətin nəticəsidir. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb.  Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Dünyada Xocalı faciəsi qurbanlarının xatirəsi anılan ölkələrin sayı ilbəil artır."

Türkiyədə 4,4 bal gücündə zəlzələ baş verib like
  • 26 Fev 09:51  
Digərləri Türkiyədə 4,4 bal gücündə zəlzələ baş verib

Türkiyənin cənubunda Suriya ilə sərhəddə 4,4 bal gücündə zəlzələ qe

arrow Ətraflı
Gəncədə iki tələbə dəm qazından zəhərlənib like
  • 26 Fev 09:40  
Digərləri Gəncədə iki tələbə dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

arrow Ətraflı
Şəhidin yeganə övladı atasına "qovuşdu"  FOTO like
  • 26 Fev 09:31  
Digərləri Şəhidin yeganə övladı atasına "qovuşdu" FOTO

Vətən müharibəsi şəhidi Valeh Əkbərzadənin yeganə övladı dünyasın�

arrow Ətraflı
Unutmamışıq, unutmayacağıq  Çavuşoğludan Xocalı soyqırımı ilə bağlı paylaşım like
  • 26 Fev 09:20  
Digərləri Unutmamışıq, unutmayacağıq Çavuşoğludan Xocalı soyqırımı ilə bağlı paylaşım

Biz Xocalıda insanlığa qarşı törədilən cinayəti unutmamışıq, unutmay

arrow Ətraflı
Operator oldu, Bakıya rəhbərlik etdi, İsveçrəyə qaçdı  UNUDULAN MƏMURLAR like
  • 26 Fev 09:09  
Digərləri Operator oldu, Bakıya rəhbərlik etdi, İsveçrəyə qaçdı UNUDULAN MƏMURLAR

Son.az lent.az-a istinadən vaxtilə yüksək dövlət vəzifələrində çalı�

arrow Ətraflı
Yuxarı tənəffüs yollarının mikoplazmozu like
  • 26 Fev 08:59  
Digərləri Yuxarı tənəffüs yollarının mikoplazmozu

Mikoplazmoz kəskin infeksion xəstəlik olub, özünü sidik-cinsiyyət və tə

arrow Ətraflı
Böyrək xəstələrinin şikayətləri like
  • 26 Fev 08:55  
Digərləri Böyrək xəstələrinin şikayətləri

Böyrək xəstəlikləri zamanı xəstələr bel nahiyyəsindən ağrılar, sidi

arrow Ətraflı
Renoparenximatoz hipertoniya like
  • 26 Fev 08:51  
Digərləri Renoparenximatoz hipertoniya

Arterial təzyiqin əmələ gəlmə səbəblərindən biri böyrək parenximası

arrow Ətraflı
Sistit like
  • 26 Fev 08:46  
Digərləri Sistit

Sistit sidik kisəsinin selikli qişasının və ümumiyyətlə digər qişalar�

arrow Ətraflı
Sidik yollarının infeksiyası like
  • 26 Fev 08:41  
Digərləri Sidik yollarının infeksiyası

Sidik yollarının infeksiyası geniş yayılmış bakterial infeksiya olub ümu

arrow Ətraflı
Yerişin dəyişilməsi like
  • 26 Fev 08:35  
Digərləri Yerişin dəyişilməsi

İnsanın yerişi onun aşağı ətraflarının quruluşundan, dabanından asıl

arrow Ətraflı
Periton dializi like
  • 26 Fev 08:31  
Digərləri Periton dializi

Bədənin təmizlənmə prosesində böyrəklərlə yanaşı başqa orqanlar da

arrow Ətraflı
Böyrəklərin strukturu və funksiyaları like
  • 26 Fev 08:25  
Digərləri Böyrəklərin strukturu və funksiyaları

Böyrəklər insanın strukturca ən mürəkkəb və funksiyasına görə ən ə

arrow Ətraflı
Diz ağrılarımız bizə nə deyir? like
  • 26 Fev 08:21  
Digərləri Diz ağrılarımız bizə nə deyir?

Diz ağrılarından şikayət edənlərin sayı günü-gündən artmaqdadır. Di

arrow Ətraflı