İki qardaşını itirdi, atası evdən gedib bir də geri qayıtmadı,


Kriminal 25 Fev 2023 18:00:00 245 0

İki qardaşını itirdi, atası evdən gedib bir də geri qayıtmadı,

Son.az Kulis.az-a istinadən müğənni Rahidə Baxışova haqqında maraqlı faktları təqdim edir.

Rahidə Baxışova 1979-cu il 31 dekabrda Bakı şəhərində anadan olub. Ailənin ilki olan Rahidənin özündən başqa bir bacısı və iki qardaşı olub.

***

10 yaşı olanda, Rahidənin atası qəfildən yoxa çıxır. Ailə onu nə qədər axtarsa da, heç yerdə tapa bilmir. Müğənni müsahibələrinin birində bu haqda deyir:

"Atam 1989-cu ildə yoxa çıxdı. Evdən getdi, bir də geri qayıtmadı. Onda mənim on, bacımın bir yaşıp vardı. Nə ölüsünü, nə də dirisini tapdıq. Anası, atası, qardaşları, biz çox axtardıq, amma tapmadıq. Düşünürəm ki, dünyasını dəyişib. Həyatda olsaydı, mütləq bizi axtarardı. Onun qızı tanınmışdır, axtarardı. Həmişə onun ruhuna dualar edirəm. 20 yanvar hadisələri ərəfsində itdi. Anam xəstəxanalara, morqa getdi, alınmadı. Anam 4 uşağı saxlamaq üçün 3 yerdə işləyirdi. Bağçada, ofisdə yemək bişirirdi. Səhər çıxırdı evdən qaçaraq o, işlərin dalınca gedirdi. Mənim anam, yazıq anam, həqiqətən də, çox əzab çəkib".

***

Uşaqlıqdan musiqi ilə məşğul olan müğənni məktəb illərində müxtəlif musiqi yarıslarında iştirak edib. Sonrakı illərdə o, "Sübh şəfəqləri", "Pöhrə 95", "Qızıl açar", "7-17" kimi nüfuzlu mahnı festivallarda qalib olub.

1997-ci ildə müğənni "Sən öyrətdin" adlı mahnı ilə debüt edir. Və bu mahnı ilə insanların sevgisini qazanır.

***

Müğənni çox erkən yaşda ailə həyatı qurur. 22 yaşında o, artıq ana olur. Və sənətdən uzaqlaşır. Özünü daha çox ailə sinə həsr edən müğənnin ən böyük arzusu qız övladının olması olur. Bir neçə il sonra o, bu arzusuna da, çatır. Uşaqları böyüyəndən sonra yenidən sənətə qayıdan müğənni yeni mahnılar ifa etməyə başlayır.

***

Ancaq bir müddət sonra Rahidə həyat yoldaşından ayrılıq, oğlu və qızı ilə birgə yaşamağa başlayır. Müsahibələrinin birində isə o, bu haqda deyir:

"Ailə qurandan sonra sənətlə bağlı müəyyən qadağaları olur. Yaxşı kişinin sözünü dinləməyə dəyər. Məni kənardan heç kim incitməyib. Doğma, yaxın bildiklərim incidiblər. Ona qarşı heç bir hissim yoxdur. Heç köz də qalmadı. Çünki duyğularımı, hislərimi məhv etdi. Ailədə kişidən çox şey asılıdır. İstəsə davam etdirər, istəsə dağıdar. İnanmıram ki, ideal kişi olsun, ailəsinə 100% baxsın".

***

Müğənni gənc yaşında çox ağır itkilər yaşayıb. Belə ki, onun qardaşlarından biri 24 yaşında, digəri isə 35 yaşında vərəm xəstəliyindən dünyasını dəyişib. Bu barədə o, müsahibələrinin birində deyir:

"Heç kim istəməz ki, doğmalarını itirsin. Qardaşım çox cavan yaşda dünyasını dəyişdi. 2 qardaşım var idi. Biri 24, digəri isə 35 yaşında rəhmətə getdi. Yadıma gəlir ki, balaca qardaşım rəhmətə gedəndə bu birini qucaqlayıb dedim ki, bir qardaşım qaldı. Heç düşünməzdim ki, vaxt gələcək onu da itirəcəm. Sümüklərim sızıldayır. Onu axırıncı dəfə o vəziyyətdə görməyim dilə gələsi deyil. Fəryadımı, acımı, çəkdiklərimi yalnız Allah duya bilər, insanlar yox. Həmişə mənim bir üzüm güləcək, bir üzüm ağlayacaq. Çünki canımın bir parçası gedib. Bir də anam var. Ölüm Allahın hökmüdür. Biz ağlasaq da, ürəyimiz partlasa da, Allahın işinə qarışa bilmərik. Allah cavanlara dəyməsin, amma ölümün də yaşı yoxdur".

Son.az 

Çin 242 tonluq raket daşıyıcısını orbitə buraxdı like
  • 25 Fev 17:51  
Dünya Çin 242 tonluq raket daşıyıcısını orbitə buraxdı

Çin Yerin məsafədən zondlama peyki "Horus-1"i uğurla orbitə çı

arrow Ətraflı
Beynəlxalq Multikulturalizm Qış Məktəbi başa çatıb like
  • 25 Fev 17:42  
Digərləri Beynəlxalq Multikulturalizm Qış Məktəbi başa çatıb

Fevralın 25-də "Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsin

arrow Ətraflı
“Qızını restoranda işə götürəcəm, sabah gəlsin yanıma” like
  • 25 Fev 16:51  
Şou-biznes “Qızını restoranda işə götürəcəm, sabah gəlsin yanıma”

Bir gün əvvəl Baku tv-nin qarajda, zibil içində yaşayan aşıq Məhbubə M

arrow Ətraflı
Bu göbələk xərçəngin dərmanıdır like
  • 25 Fev 16:20  
Digərləri Bu göbələk xərçəngin dərmanıdır

Yapon dilindən tərcümədə "ölümsüzlük" mənasını verən qır

arrow Ətraflı
Məhəmməddən təsirli addım  Velosiped üçün topladığı pulu Türkiyəyəyə yolladı... like
  • 25 Fev 16:11  
Digərləri Məhəmməddən təsirli addım Velosiped üçün topladığı pulu Türkiyəyəyə yolladı...

Dağıstanlı balaca Məhəmməd velosiped almaq üçün daxılına pul toplayı

arrow Ətraflı
Ağstafada dəhşətli olay: Atası oğulluqdan sildi, arvadı yataqda... like
  • 25 Fev 16:00  
Kriminal Ağstafada dəhşətli olay: Atası oğulluqdan sildi, arvadı yataqda...

Ağstafa rayonunda 1985-ci il təvəllüdlü Fidan ailə münaqişəsi zəminind

arrow Ətraflı
Ceyhun Bayramov BQXKnın Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşüb like
  • 25 Fev 15:55  
Siyasət Ceyhun Bayramov BQXKnın Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəl

arrow Ətraflı
Avropa İttifaqı Şurası Rusiyaya like
  • 25 Fev 15:44  
Dünya Avropa İttifaqı Şurası Rusiyaya

Avropa İttifaqı Şurası Rusiyaya 10-cu sanksiya paketini açıqlayıb.

arrow Ətraflı
İstanbulda İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü başlayıb  FOTO like
  • 25 Fev 15:41  
Siyasət İstanbulda İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü başlayıb FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 25-də İstanbulda Azərba

arrow Ətraflı
Bu ayaqqabı görünüşü ilə gündəm oldu  QİYMƏT like
  • 25 Fev 15:40  
Digərləri Bu ayaqqabı görünüşü ilə gündəm oldu QİYMƏT

Dünya sosial şəbəkələrində Amerika brendi olan "MSCHF"yə məxs

arrow Ətraflı
Bunlar kişilərdə keçəllik yaradır like
  • 25 Fev 15:20  
Digərləri Bunlar kişilərdə keçəllik yaradır

Saçlar insanın orqanizmində vacib rol oynamasa da, görkəminə təsir edir.

arrow Ətraflı
Korrupsiya qalmaqalının fiquru Eva Kayli Ermənistanın maraqlarını lobbiləşdirməkdə ittiham olunur like
  • 25 Fev 15:14  
Siyasət Korrupsiya qalmaqalının fiquru Eva Kayli Ermənistanın maraqlarını lobbiləşdirməkdə ittiham olunur

Korrupsiya qalmaqalının fiquru olan, Avropa Parlamentinin keçmiş vitse-prezi

arrow Ətraflı
Dinləyicilərini təhqir etdi, avtoritetlə sevgili oldu, like
  • 25 Fev 15:00  
Kriminal Dinləyicilərini təhqir etdi, avtoritetlə sevgili oldu,

Son.az Kulis.az-a istinadən müğənni Xatirə İslam haqqında maraqlı faktla

arrow Ətraflı