Beynəlxalq Multikulturalizm Qış Məktəbi başa çatıb


Digərləri 25 Fev 2023 17:42:00 264 0

Beynəlxalq Multikulturalizm Qış Məktəbi başa çatıb

Fevralın 25-də "Mədəni müxtəliflikdə birlik: Azərbaycan nümunəsində" mövzusunda XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib.

Son.az Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinə istinadən bildirir ki, tədbirdə əvvəlcə Xocalı qurbanlarının xatirəsi ehtiramla anılıb.

Sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla diqqətə çatdırıb ki, Qış Məktəbinin iştirakçıları bir həftə ərzində Azərbaycanın bir çox məkanları ilə tanış olublar.

Bildirilib ki, Beynəlxalq Multikulturalizm Qış Məktəbinin əhəmiyyəti çox böyükdür. Çünki Qış Məktəbi Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

"Sabah Azərbaycan tarixinin ən faciəvi günlərdən biri - Xocalı soyqırımının 31-ci ildönümüdür. Ermənilər Xocalıya hücum edərək qadınları, uşaqları, yaşlıları azərbaycanlı olduqları üçün öldürüblər. Bu hadisələrin bir daha təkrar olunmaması üçün Xocalı faciəsini unutmamalıyıq",- deyə BBMM-in Himayəçilik Şurasının sədri vurğulayıb.

Sonra çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, belə tədbirlər Azərbaycan multikulturalizminin dünyada tanıdılması baxımından çox önəmlidir. Qış Məktəbinin iştirakçılarının Azərbaycan xalqının qonaqpərvərliyinin əyani şahidi olduqlarını qeyd edən Rəvan Həsənov deyib: "Qış və Yay Beynəlxalq Multikulturalizm məktəbləri Mərkəzin mühüm layihələrindən biridir. Bu layihə ildə iki dəfə təşkil edilməklə Bakı şəhəri ilə yanaşı, bir sıra bölgələrimizi də əhatə edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu tədbir artıq ənənə halı alıb. Məktəbdə iştirak edən əcnəbi tələbələr Azərbaycan multikulturalizmi ilə yaxından tanış olurlar".

Rəvan Həsənov vurğulayıb ki, layihənin iştirakçıları ilə dostluq və əməkdaşlıq davam edəcək.

Sonda Qış Məktəbinin iştirakçılarına sertifikatlar təqdim olunub.

Xatırladaq ki, XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Türkiyə, Braziliya, Rumıniya, Almaniya, Fələstin, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Pakistan, İraq, Bolqarıstan, Mozambik, Mərkəzi Afrika Respublikası, Suriya, Şri-Lanka, Çin və Yaponiya kimi ölkələrin aparıcı universitetlərində təhsil alan tələbələr iştirak ediblər.

Qış məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural mühit, tolerant əhvali-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında ətraflı məlumat verilib. İştirakçılar "Heydər Əliyev və Multikulturalizm", "Azərbaycanın dil siyasətində multikulturalizm", "Azərbaycanın multikulturalizm modeli: Mədəni müxtəliflikdə birlik", "Mədəniyyətlər sərhədində ünsiyyət aktı kimi Azərbaycan ədəbiyyatının tərcümələri: Qurban Səidin "Əli və Nino" əsəri" mövzularında mühazirələr dinləyiblər. Qış məktəbi çərçivəsində təşkil olunan "Öz xalqını təqdim et" musiqili axşamda iştirakçılar öz ölkələrinin tarixi, mədəniyyəti, etnik müxtəlifliyi haqqında məlumat veriblər.

Səfər müddətində iştirakçılar Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət ediblər. "Şahdağ" Qış-Yay Turizm Kompleksində, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində, Quba Soyqırımı Memorial Kompleksində olublar. Qubada dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə yerli əhali ilə görüşlər keçiriblər, məscid, kilsə və sinaqoqları ziyarət ediblər.

“Qızını restoranda işə götürəcəm, sabah gəlsin yanıma” like
  • 25 Fev 16:51  
Şou-biznes “Qızını restoranda işə götürəcəm, sabah gəlsin yanıma”

Bir gün əvvəl Baku tv-nin qarajda, zibil içində yaşayan aşıq Məhbubə M

arrow Ətraflı
Bu göbələk xərçəngin dərmanıdır like
  • 25 Fev 16:20  
Digərləri Bu göbələk xərçəngin dərmanıdır

Yapon dilindən tərcümədə "ölümsüzlük" mənasını verən qır

arrow Ətraflı
Məhəmməddən təsirli addım  Velosiped üçün topladığı pulu Türkiyəyəyə yolladı... like
  • 25 Fev 16:11  
Digərləri Məhəmməddən təsirli addım Velosiped üçün topladığı pulu Türkiyəyəyə yolladı...

Dağıstanlı balaca Məhəmməd velosiped almaq üçün daxılına pul toplayı

arrow Ətraflı
Ağstafada dəhşətli olay: Atası oğulluqdan sildi, arvadı yataqda... like
  • 25 Fev 16:00  
Kriminal Ağstafada dəhşətli olay: Atası oğulluqdan sildi, arvadı yataqda...

Ağstafa rayonunda 1985-ci il təvəllüdlü Fidan ailə münaqişəsi zəminind

arrow Ətraflı
Ceyhun Bayramov BQXKnın Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşüb like
  • 25 Fev 15:55  
Siyasət Ceyhun Bayramov BQXKnın Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəl

arrow Ətraflı
Avropa İttifaqı Şurası Rusiyaya like
  • 25 Fev 15:44  
Dünya Avropa İttifaqı Şurası Rusiyaya

Avropa İttifaqı Şurası Rusiyaya 10-cu sanksiya paketini açıqlayıb.

arrow Ətraflı
İstanbulda İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü başlayıb  FOTO like
  • 25 Fev 15:41  
Siyasət İstanbulda İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü başlayıb FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, fevralın 25-də İstanbulda Azərba

arrow Ətraflı
Bu ayaqqabı görünüşü ilə gündəm oldu  QİYMƏT like
  • 25 Fev 15:40  
Digərləri Bu ayaqqabı görünüşü ilə gündəm oldu QİYMƏT

Dünya sosial şəbəkələrində Amerika brendi olan "MSCHF"yə məxs

arrow Ətraflı
Bunlar kişilərdə keçəllik yaradır like
  • 25 Fev 15:20  
Digərləri Bunlar kişilərdə keçəllik yaradır

Saçlar insanın orqanizmində vacib rol oynamasa da, görkəminə təsir edir.

arrow Ətraflı
Korrupsiya qalmaqalının fiquru Eva Kayli Ermənistanın maraqlarını lobbiləşdirməkdə ittiham olunur like
  • 25 Fev 15:14  
Siyasət Korrupsiya qalmaqalının fiquru Eva Kayli Ermənistanın maraqlarını lobbiləşdirməkdə ittiham olunur

Korrupsiya qalmaqalının fiquru olan, Avropa Parlamentinin keçmiş vitse-prezi

arrow Ətraflı
Dinləyicilərini təhqir etdi, avtoritetlə sevgili oldu, like
  • 25 Fev 15:00  
Kriminal Dinləyicilərini təhqir etdi, avtoritetlə sevgili oldu,

Son.az Kulis.az-a istinadən müğənni Xatirə İslam haqqında maraqlı faktla

arrow Ətraflı
Göygöl icra başçısının birinci müavini təqaüdə göndərilib like
  • 25 Fev 14:54  
Siyasət Göygöl icra başçısının birinci müavini təqaüdə göndərilib

Göygöl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təqaüdə g�

arrow Ətraflı
Mahsun Kırmızıgül üsyan etdi: "Allah bəlanızı versin" like
  • 25 Fev 14:51  
Şou-biznes Mahsun Kırmızıgül üsyan etdi: "Allah bəlanızı versin"

Zəlzələnin ilk günündən Adıyamanda yardım işlərinə qatılan Mahsun K�

arrow Ətraflı