“Xocalı şəhidləri 613” kitabının təqdimatı olub FOTO


Digərləri 23 Fev 2023 19:30:00 202 0

“Xocalı şəhidləri 613” kitabının təqdimatı olub  FOTO

Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində fevralın 23-də Heydər Əliyev Mərkəzində "Xocalı şəhidləri 613" kitabının təqdimatı keçirilib.

Heydər Əliyev Fondunun "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində nəşr etdirdiyi kitab Xocalı faciəsi qurbanlarına həsr olunub. Kitabda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi soyqırımı zamanı həlak olan hər bir şəxs haqqında məlumat verilir.

Təqdimat mərasimində çıxış edən müəllif Dürdanə Ağayeva bildirib ki, kitab Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində nəşr olunub. O, bu nəşrin Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində və Azərbaycan gənclərinin bu faciəni unutmaması baxımından vacibliyini qeyd edib. Dürdanə Ağayeva Xocalı soyqırımının təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olduğunu vurğulayıb.

Dürdanə Ağayeva özü də bu faciənin qurbanlarındandır. 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva faciə zamanı ermənilər tərəfindən girov götürülüb, 8 gün erməni girovluğunda qalıb. O, erməni girovluğunda ağlasığmaz işgəncələrə məruz qaldığını, erməni vəhşiliyinin və vandalizminin, xüsusi amansızlıqla törədilmiş soyqırımı cinayətlərinin şahidi olduğunu söyləyib.

Kitabın müəllifi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mərd oğullarının qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığını ifadə edib.

Tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, Xocalı faciəsinin canlı şahidləri, hərbi ekspertlər də çıxışlar ediblər. Çıxışlarda Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edilib. Qeyd olunub ki, Xocalı faciəsinə siyasi-hüquqi qiymət ilk dəfə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verilib. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Xocalı soyqırımı (genosidi) günü haqqında" Qərar qəbul edilib və fevralın 26-sı ölkəmizdə Xocalı Soyqırımı Günü elan olunub.

"Xocalı şəhidləri 613" kitabında Xocalının işğaldan əvvəlki vəziyyəti, şəhərin ermənilər tərəfindən mühasirəyə alınması, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə işğal edilməsi haqqında danışılır. Faciə zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70 nəfəri qocalar olub.

Dürdanə Ağayeva Xocalı faciəsi şəhidlərinin bir çoxunu şəxsən tanıdığı üçün onun qələmə aldığı xatirələr xüsusi təsir qüvvəsinə malikdir.

"Gündə min şəkil çəkdirir"  Afaqdan Hacı Nuran etirafı like
  • 23 Fev 19:21  
Şou-biznes "Gündə min şəkil çəkdirir" Afaqdan Hacı Nuran etirafı

Əməkdar artist Elza Seyidcahan və aparıcı Afaq Gəncəli "Səhər mər

arrow Ətraflı
"Seriallarda doqquz dəfə ailə qurmuşam" deyən aktrisa arzusuna çatır like
  • 23 Fev 19:10  
Şou-biznes "Seriallarda doqquz dəfə ailə qurmuşam" deyən aktrisa arzusuna çatır

Türkiyəli məşhur aktrisa Eda Ece ailə qurmağa hazırlaşır.

arrow Ətraflı
Rusiya bu müharibədə qalib gəlməyəcək  Sançes like
  • 23 Fev 18:59  
Dünya Rusiya bu müharibədə qalib gəlməyəcək Sançes

Rusiya Ukrayna ilə müharibədə qalib gəlməyəcək.

arrow Ətraflı
Məşhur aktrisanın hesabını ələ keçirdilər  VİDEO like
  • 23 Fev 18:48  
Şou-biznes Məşhur aktrisanın hesabını ələ keçirdilər VİDEO

Türkiyənin tanınmış aktrisası Pınar Altuğ sosial şəbəkə hesabında d

arrow Ətraflı
Məktəbliyə qeyrietik təklif edən taksi sürücüsü həbs olundu like
  • 23 Fev 18:47  
Kriminal Məktəbliyə qeyrietik təklif edən taksi sürücüsü həbs olundu

Paytaxt sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin "102" Xid

arrow Ətraflı
Gözəgörünməz ev kirayəyə verilir  FOTO like
  • 23 Fev 18:37  
Dünya Gözəgörünməz ev kirayəyə verilir FOTO

"Airbnb"də təbii mühitə qarışan bir evi kirayələmək mümkünd

arrow Ətraflı
Röya Ayxandan ağqara FOTOSESSİYA like
  • 23 Fev 18:26  
Şou-biznes Röya Ayxandan ağqara FOTOSESSİYA

Xalq artisti Röya Ayxan yeni fotosessiya etdirib.

arrow Ətraflı
"Azərbaycan Avropa bazarlarına qapı rolunu oynayır" like
  • 23 Fev 17:57  
Digərləri "Azərbaycan Avropa bazarlarına qapı rolunu oynayır"

Azərbaycan Şərqi Avropaya və regionun bir çox bazarına qapı rolunu oynay�

arrow Ətraflı
Azərbaycanın hava məkanında ay ərzində 12 minə yaxın tranzit uçuş həyata keçirilir like
  • 23 Fev 17:55  
Digərləri Azərbaycanın hava məkanında ay ərzində 12 minə yaxın tranzit uçuş həyata keçirilir

Azərbaycan üzərindən keçən marşrut şəbəkəsinin inkişaf etdirilməsi,

arrow Ətraflı
Cadenza Contemporary Orchestra “Yaddaş 2” adlı növbəti konsertini keçirdi  VİDEO  FOTO like
  • 23 Fev 17:54  
Kriminal Cadenza Contemporary Orchestra “Yaddaş 2” adlı növbəti konsertini keçirdi VİDEO FOTO

Cadenza Contemporary Orchestra 21 fevral tarixində Beynəlxalq Muğam Mərkəzi

arrow Ətraflı
58 yaşlı Monika sevgilisi ilə ələlə görüntüləndi  FOTO like
  • 23 Fev 17:20  
Şou-biznes 58 yaşlı Monika sevgilisi ilə ələlə görüntüləndi FOTO

58 yaşlı məşhur aktrisa Monika Belluççi 64 yaşlı rejissor Tim Burtonla m

arrow Ətraflı
Beynəlxalq Ədalət Məhkəməsi Laçın yolunda "dondu": BMT yuxudan oyanmır like
  • 23 Fev 16:56  
Siyasət Beynəlxalq Ədalət Məhkəməsi Laçın yolunda "dondu": BMT yuxudan oyanmır

İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın reallaşdırdığı t

arrow Ətraflı
Günel kommunal xərclərin artmasına belə etiraz etdi  VİDEO like
  • 23 Fev 16:55  
Şou-biznes Günel kommunal xərclərin artmasına belə etiraz etdi VİDEO

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova artan kommunal

arrow Ətraflı
Bu şəxslərə “TikTok”dan istifadə qadağan edildi like
  • 23 Fev 16:54  
Digərləri Bu şəxslərə “TikTok”dan istifadə qadağan edildi

Avropa Komissiyasının üzvlərinə "TikTok" sosial media platformas�

arrow Ətraflı