Bakıda kişi onu söyən kürəkənini güllələdi –


Kriminal 21 Fev 2023 21:54:00 208 0

Bakıda kişi onu söyən kürəkənini güllələdi –

Qısa arayış...

2020-ci ilin dekabrın 12-də Bakının Mərdəkan qəsəbəsindəki bağ evlərinin birində qətl hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olur. Polis məlumat verən şəxs isə hadisəni törədən Azər Cəfərov idi. O, kürəkəni Rəşad Məmmədovu odlu silahdan atəş açaraq öldürdüyünü bildirir.

Daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat qrupu hadisə yerinə çıxır. Hadisə yerinə baxış keçirilərkən bağ evinin darvazasının qarşısında dayanan "Lexus" markalı, 10-VJ-020 dövlət nömrə nişanlı avtomobildən tapança və dəyənək qablaşdırılaraq götürülüb. Həyətə daxil olan əməliyyatçılar metlaxın üzərində qan ləkələri, 3 ədəd giliz, çardağın yanında isə meyit aşkar ediblər. Meyiti tapılan şəxsin 1985-ci il təvəllüdlü Rəşad Məmmədov olması müəyyən edilib.

Hadisəni törədən, R.Məmmədovun qayınatası Azər Cəfərov isə könüllü təslim olub. O, cinayətdə istifadə etdiyi silahı da  polisə təhvil verib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Son.az Lent.az-a istinadən həmin cinayət işini təqdim edir:

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Rəşad Məmmədovun ölümünə səbəb döş qəfəsinin odlu silah - qırma yaraları nəticəsində hər iki ağciyərin, ürək kisəsinin və ürəyin sol mədəcik əzələsinin, dalağın zədələnmələri səbəbindən baş vermiş kəskin qanitirmə olub.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən Azər Cəfərov 2000-ci illərdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində çalışıb. Oradan ehtiyata buraxıldıqdan sonra isə Xəzər rayon təhsil şöbəsində məsləhətçi işləyib.

İstintaqla müəyyən edilib ki, Azər Cəfərov 2020-ci ilin dekabrın 12-i saat 11 radələrində yaşadığı Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 197 ünvanında ailə münaqişəsi zəminində qisas niyyəti ilə ov silahından 3 dəfə atəş açaraq, kürəkəni Rəşad Məmmədovu qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Azər Cəfərov bildirib ki, Rəşad Məmmədov onun qızı Nigarın əri olub. Toylarından bir müddət sonra Rəşadın narkotik vasitələr və spirtli içkilər qəbul etməsini bilib. Müalicə olunması üçün o, həmçinin Rəşadın öz valideynləri nə qədər çalışsalar da, müsbət nəticə olmayıb. 2010-cu ildə qızı boşanma ərizəsi ilə məhkəməyə müraciət edib, amma onların müdaxiləsindən sonra yoldaşı ilə barışıb. Axırıncı dəfə, 2020-ci ilin oktyabr ayında evdə dözülməz şərait yaratdığına görə Nigar boşanmaq üçün yenidən məhkəməyə müraciət edib. Həmin vaxtdan qızı övladları ilə birlikdə köçüb, onun şəhərdə olan mənzilində yaşayıb. Rəşad həftədə 2-3 dəfə gələrək, uşaqları ilə görüşüb.

Dekabrın 12-də səhər, kürəkəni zəng edib, aqressiv şəkildə harada olmasını soruşub, o da Mərdəkanda, bağ evində olduğunu deyib: "Bir azdan Rəşad evə gəldi. Masa arxasında söhbət edərkən, ona, uşaqları ilə görüşmək üçün heç kəsin mane yaratmadığını başa salmağa çalışdım. Lakin o, mənim sözlərimə əhəmiyyət vermədi, aqressiv şəkildə ünvanıma nalayiq ifadələr işlətdi".

Rəşad ayağa qalxıb, həyətə çıxanda, qayınatası da onun arxasınca gedib. Sakitləşməyən kürəkəni, vəfat edən atasını söydükdə, artıq buna dözməyib. Evə girərək, girişdə olan tüfəngi götürüb və bundan sonra nə baş verdiyini xatırlamır: "Bağbanın səsinə ayıldım. Gördüm ki, əlimdəki tüfəng yerə düşüb, Rəşad isə yerdə, uzanıqlı vəziyyətdə qalıb. Bağbana təcili tibbi yardıma zəng etməsini istədim. Özüm isə polisə zəng etdim".

“Survivor” iştirakçılarının like
  • 21 Fev 21:50  
Dünya “Survivor” iştirakçılarının

Türkiyənin "Survivor-2023" layihəsinin dünən axşam yayımlanan b

arrow Ətraflı
Çindən nüvə müharibəsi xəbərdarlığı: “Qalib tərəf...” like
  • 21 Fev 21:47  
Dünya Çindən nüvə müharibəsi xəbərdarlığı: “Qalib tərəf...”

Çin dünya ictimaiyyətini nüvə müharibəsində heç bir qalibin ola bilməy

arrow Ətraflı
Ulduz futbolçu PSJnin baş məşqçisi ola bilər like
  • 21 Fev 21:44  
Dünya Ulduz futbolçu PSJnin baş məşqçisi ola bilər

İngiltərə millisinin və "Liverpul"un sabiq futbolçusu Stiven Cerr

arrow Ətraflı
Rusiya tələbələri kütləvi şəkildə səfərbər like
  • 21 Fev 21:41  
Dünya Rusiya tələbələri kütləvi şəkildə səfərbər

"Rusiya hakimiyyəti əyani təhsil alan tələbələri kütləvi şəkild�

arrow Ətraflı
İlan məşhur meyxanaçının like
  • 21 Fev 21:27  
Şou-biznes İlan məşhur meyxanaçının

Uzun zamandır köçüb Rusiyada yaşayan meyxana ustadı Vahid Qədimdən xəb�

arrow Ətraflı
"Əlini çörəyə çatdırdıqlarım əleyhimə danışır" like
  • 21 Fev 20:51  
Şou-biznes "Əlini çörəyə çatdırdıqlarım əleyhimə danışır"

""Təkər"də olub, özünü ən axırıncı yola qoysan, insanla

arrow Ətraflı
Vəhşicəsinə döyüldü, dünyanın ən zəngin qadın sənətçisi oldu  FOTOlar like
  • 21 Fev 20:40  
Şou-biznes Vəhşicəsinə döyüldü, dünyanın ən zəngin qadın sənətçisi oldu FOTOlar

Son.az lent.az-a istinadla 35 yaşı tamam olan dünya şöhrətli müğənni,

arrow Ətraflı
Avropa Ermənistana casus və hərbçilər yollayır: İrəvan uduzacağı oyuna başlayıb like
  • 21 Fev 20:22  
Siyasət Avropa Ermənistana casus və hərbçilər yollayır: İrəvan uduzacağı oyuna başlayıb

Avropa İttifaqınn Ermənistandakı mülki missiyası (European Union Mission i

arrow Ətraflı
“Bu qədər kirayə pulunu verən var?” like
  • 21 Fev 20:20  
Şou-biznes “Bu qədər kirayə pulunu verən var?”

Aktrisa Hande Doğandemir Türkiyədə kirayə qiymətlərinin yüksək olmasın

arrow Ətraflı
Yük avtomobilini sərnişin avtobusu kimi istifadə etmək olar?  VİDEO like
  • 21 Fev 20:11  
Digərləri Yük avtomobilini sərnişin avtobusu kimi istifadə etmək olar? VİDEO

Şəhər və rayonlararası sərnişindaşımada istifadə edilən mikroavtobusl

arrow Ətraflı
İƏT Baş katibi Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib like
  • 21 Fev 20:05  
Siyasət İƏT Baş katibi Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hiseyn Brahim Taha Xo

arrow Ətraflı
Səhnədə ayaqqabısından içki içdi  VİDEO like
  • 21 Fev 19:40  
Şou-biznes Səhnədə ayaqqabısından içki içdi VİDEO

Dünyaca məşhur müğənni Herri Staylesin növbəti addımı diqqət çəkib.

arrow Ətraflı