Vəhşicəsinə döyüldü, dünyanın ən zəngin qadın sənətçisi oldu FOTOlar


Şou-biznes 21 Fev 2023 20:40:00 204 0

Vəhşicəsinə döyüldü, dünyanın ən zəngin qadın sənətçisi oldu  FOTOlar

Son.az lent.az-a istinadla 35 yaşı tamam olan dünya şöhrətli müğənni, milyarder Rihanna haqqında məlumatları təqdim edir.

Əsl adı Robyn Rihanna Fenty olan Rihanna 1988-ci ildə Karib dənizində yerləşən adada - Barbadosda dünyaya gəlib. Valideynləri 14 yaşında ikən boşandığına görə Robinin uşaqlığı göz yaşı ilə dolu və imkansızlıqla keçib. Yaşadığı hadisələrə görə o, tək qalmaqdan qorxur.

Robinin atası anbar nəzarətçisi işləyib. Deyilənə görə, o, narkotik istifadəçisi idi. Hətta Riri bir neçə dəfə atasını evdə kokain çəkərkən görüb. Bundan başqa, Riri ali təhsil almayıb. Buna səbəb musiqi kariyerasının başlanğıcında məktəbi yarımçıq qoymasıdır. Ancaq müsahibələrinin birində dediyinə görə,  psixologiya ixtisası üzrə təhsil almaq istəyib: "Məktəbdən zəhləm gedirdi. Universitet oxusaydım, heç də xoşbəxt olmazdım. Buna görə də təşəkkürlər, Tanrım. İstədiklərimi reallaşdırmağıma icazə verdiyin üçün çox sağ ol!".

2004-cü ildə "Miss Combermere" gözəllik müsabiqəsində qalib olur. Rihanna 16 yaşında repçi Jay-Z tərəfindən kəşf edilib. Mətbuatda yayılan məlumatlara görə, Jay-Z-nin qarşısında ilk dəfə oxuyan gənc Ririnin istedadını repçi 2 dəqiqə içində kəşf edib. Daha sonra o, Ririyə "Ya müğənni olacaqsan, ya da bu hündürmərtəbəli binadan özünü atacaqsan", - deyərək, qarşısına şərt qoyub. Təbii ki, bunun doğru olub-olmaması bəlli olmasa da, Rihanna həyatı boyu Jay-Z-ə təşəkkür etdiyini etiraf edir. 

Rihanna saysız-hesabsız mükafatlara, unudulmaz və möhtəşəm hitlərə, yüzlərlə mahnıya, fərqli stil və imicə, milyonlarla pul və rəğbətə sahibdir. Onun haqqında daha bir maraqlı fakt odur ki, Rihanna konsert və çıxışlarından öncə çox gərgin, stresli olduğu üçün 5o-100 qram spirtli içki içərək, səhnəyə çıxır. Bu, onun möhtəşəm performanslarını sərgiləməyə kömək edir. 

Mətbuatda yayılan məlumatlara görə, Riri gözəl ayaqlarını bir milyon dollara sığortaladıb. Rihannanın bədəninin boyun hissəsində yerləşən "Hər zaman alınan bir dərs əsla uğursuzluq deyil", - yazılan bir döyməsi var. Maraqlıdır ki, döymə tərsinə yazılıb. Bunun da mənası Rihanna hər güzgüyə baxanda onu görmək və oxumaq istəməsidir. Bundan əlavə, boynunda "Asi çiçək" yazılmış döyməsi də var.

Rihanna əsl sevgisinin ifaçı Kris Braunun olduğunu deyib. Onun sözlərinə görə, K. Braun onun ilk və gerçək sevgisidir. Lakin bu möhkəm dostluq, 4 illik münasibət yaşadıqları skandallara görə məhv olur. Narkotik aludəçisi olan Kris həddən artıq doza alır və Rihanna ilə dalaşan vaxt müğənnini döyür. Üzündən və bədənindən ağır zədələr alan Rihanna Krisi polisə şikayət edir. Hətta Kris məhkəmədə ittiham olunan zaman Rihanna zalda əyləşir və prosesi izləyir. 

Krisdən sonra Rihanna repçi Drake ilə 2009-2016-cı illərdə eşq yaşayır. Deyilənlərə görə, Riri-Drake cütlüyü kifayət qədər tutqulu və ehtişamlı olub. Lakin arada sevginin olmadığını görüb cütlük münasibətlərini dostcasına sonlandırıb.

Rihanna "Transformers" filminin məşhur ulduzu Shia LaBeouf, aktyorlar Ryan Phillippe, Leonardo DiKaprio, məşhur futbolçu Karim Benzema, repçi Eminem, "Formula 1"in ulduz idmançısı Levis Hamilton, beyzbolçu Matt Kemp və ərəb milyonçu Hasan Jameel ilə eşq yaşadığına dair mediada kifayət qədər məlumatlar var. 

Sənətçinin 1 milyard 700 milyon dollar məbləğində sərvəti var. O, "Fenty Beauty" adlı kosmetika firmasının da sahibidir. Bundan başqa, Barbados dövləti müğənni Rihannanı milli qəhrəman elan edib və 2008-ci ildən bəri ölkədə 22 fevral tarixi Rihanna günü kimi qeyd edilir. 

Daim gündəmdə qalmağı bacaran, dünyanın ən zəngin qadın sənətçisi sayılan Rihanna repçi ASAP Rocky ilə münasibətdədir və cütlüyün bir oğul övladları var. Rihanna bu yaxınlarda konserti zamanı ikinci uşağa hamilə olduğunu da gizlətməyib. 

Avropa Ermənistana casus və hərbçilər yollayır: İrəvan uduzacağı oyuna başlayıb like
  • 21 Fev 20:22  
Siyasət Avropa Ermənistana casus və hərbçilər yollayır: İrəvan uduzacağı oyuna başlayıb

Avropa İttifaqınn Ermənistandakı mülki missiyası (European Union Mission i

arrow Ətraflı
“Bu qədər kirayə pulunu verən var?” like
  • 21 Fev 20:20  
Şou-biznes “Bu qədər kirayə pulunu verən var?”

Aktrisa Hande Doğandemir Türkiyədə kirayə qiymətlərinin yüksək olmasın

arrow Ətraflı
Yük avtomobilini sərnişin avtobusu kimi istifadə etmək olar?  VİDEO like
  • 21 Fev 20:11  
Digərləri Yük avtomobilini sərnişin avtobusu kimi istifadə etmək olar? VİDEO

Şəhər və rayonlararası sərnişindaşımada istifadə edilən mikroavtobusl

arrow Ətraflı
İƏT Baş katibi Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib like
  • 21 Fev 20:05  
Siyasət İƏT Baş katibi Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hiseyn Brahim Taha Xo

arrow Ətraflı
Səhnədə ayaqqabısından içki içdi  VİDEO like
  • 21 Fev 19:40  
Şou-biznes Səhnədə ayaqqabısından içki içdi VİDEO

Dünyaca məşhur müğənni Herri Staylesin növbəti addımı diqqət çəkib.

arrow Ətraflı
Azərbaycanın Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi açıqlanıb like
  • 21 Fev 19:28  
Siyasət Azərbaycanın Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi açıqlanıb

Azərbaycanın Türkiyənin zəlzələ bölgəsinə göndərdiyi humanitar yard�

arrow Ətraflı
Məşhur Hollivud ulduzu beyin qanaması keçirdi, vəziyyəti kritikdir like
  • 21 Fev 19:20  
Digərləri Məşhur Hollivud ulduzu beyin qanaması keçirdi, vəziyyəti kritikdir

Hollivud ulduzu Tom Suzemore beyin anevrizması keçirib.

arrow Ətraflı
Bir həftə əvvəl ürəyinə stend qoyulan şəxs vəfat etdi like
  • 21 Fev 19:11  
Digərləri Bir həftə əvvəl ürəyinə stend qoyulan şəxs vəfat etdi

Şəkidə 1 həftə əvvəl ürəyinə stend qoyulmuş şəxs vəfat edib.

arrow Ətraflı
Yayım tarixi bəlli oldu like
  • 21 Fev 18:40  
Digərləri Yayım tarixi bəlli oldu

Baş rolunu Demet Özdəmirlə Engin Akyürekin canlandırdığı "Adım Fa

arrow Ətraflı
Azərbaycanla Pakistan enerji əməkdaşlığını müzakirə etdi  FOTO like
  • 21 Fev 18:31  
Digərləri Azərbaycanla Pakistan enerji əməkdaşlığını müzakirə etdi FOTO

Azərbaycan və Pakistan enerji əməkdaşlığının inkişafını müzakirə e

arrow Ətraflı
Gürcüstan nümayəndə heyəti hərbi hissələri ziyarət edib  FOTO like
  • 21 Fev 18:20  
Digərləri Gürcüstan nümayəndə heyəti hərbi hissələri ziyarət edib FOTO

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəi

arrow Ətraflı