Xroniki intersistal nefrit


Digərləri 21 Fev 2023 07:51:00 174 0

Xroniki intersistal nefrit

Xroniki intersistal nefrit qeyri -infeksion xəstəlik olub prosesin ara toxumada lokalizasiyası və böyrək kanalcıqlarının zədələnməsi ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik geniş yayılmışdır, əksər hallarda xroniki böyrək çatmazlığı ilə nəticələnir . ETİOLOGİYASI:  Xroniki intersistal nefrit polietioloji xəstəlikdir. Bu xəstəliyin səbəbi medikamentoz məişət və istehsalat intoksikasiyaları, radiolaji şüalanma, maddələr mübadiləsinin pozğunluqları, bədənin immun dəyişiklikləri və s. olur. Xəstəliyin baş vermə səbəblərindən biri də uzunmüddətli bəzi dərman maddələrinin qəbuludur. PATOGENEZİ:  Xroniki intersistal nefriti yaradan səbəbdən asılı olaraq onun patogenezinin xüsusiyyətləri olur. Belə ki ,bəzi dərman maddələri kanalcıq epitelisini birbaşa zədələyərək distrofiyasına səbəb olur. Analgetik nefropatiyasının baş verməsində prostaqrandinlərin sintezinin azalması nəticəsində böyrək işemiyasının yaranmasının böyük əhəmiyyəti vardır. Analgetiklər böyrək məməciyinin nekrozuna səbəb ola bilir. İltihabi proses bu zonadan başlayır, sonra qabıq maddəyə yayılır, papillyar nekrozla yanaşı,papillyar skleroz da inkişaf edir. Xponiki intersistal nefritin baş verməsində bədən reaktivliyinin də əhəmiyyəti vardır. PATOLOJİ ANATOMİYASI: Xəstəliyin davametmə müddətindən və inkişafından asılı olaraq böyrəyin ölçüləri kiçilir, kənarının hamalılığı itir. Fibroz kapsula böyrəklə bitişdiyi üçün çətinliklə ayrılır, məməciklər avazıyır və atrofiyalaşır, nekroz əlamətləri meydana gəlir. KLİNİKASI:  Xroniki intersistal nefrit kliniki olaraq uzun müddət simptomsuz davam edir, minimal əlamətlərlə özünü göstərir deyə xəstəliyi başlanğıcda təyin etmək olmur. Xəstəliyə erkən diaqnoz qoymaq çətindir. Subyektiv olaraq xəstələrdə ümumi zəiflik , halsızlıq, tez yorulma, iş qabiliyyətinin, iştahanın aşağı düşməsi müşahidə olunur. Yalnız xəstəlik inkişaf etdikdə böyrək xəsəliyi haqda fikir yürütmək olur. Xponiki intersistal nefrit sidik yollarının infeksiyası və piolonefritlə ağırlaşaraq qızdırma, dizuriya, leykosituriya ,intioksiksiya ilə müşayət oluna bilir. 1-2 il ərzində xroniki böyrək çatışmazlığı ilə nəticələnir. DİAQNOZ :  Xəstənin anamnezində bəzi dərman maddələrinin uzun müddətli qəbulu qeyd olunur. Xəstənin sidiyində proteinouriya, hematuriya, leykosituriya, poliuriya və s.normadan yüksək olur. Uroqrafiya zamanı papillyar nekroz üçün əlamətlər qeyd olunur. Diaqnozu dəqiqləşdirmək üçün punksion biopsiyanan həlledici rolu böyükdür. MÜALİCƏSİ:  İlk növbədə xəstəliyi yaradan dərman preparatının qəbulu dayandırılır. Simptomatik müalicə aparılır, xəstəyə vitaminlər təyin olunur, xörək duzunun və suyun miqdarı azaldılır. Xroniki intersistal nefritin baş verməməsi üçün dərman preparatlarını uzuz müddətli qəbul edəndə diqqətli olmaq lazımdır. Bu xəstəlikdən sağalma olmadığı üçün xəstəliyə tutulmamaq lazımdır.

Kremlə doğru polis axışır: like
  • 21 Fev 07:49  
Dünya Kremlə doğru polis axışır:

Sosial şəbəkələrdə Kremlə doğru saysız-hesabsız polis maşınının si

arrow Ətraflı
“Ərzaq baha olduğu üçün yeməklərimin porsiyası azalıb” like
  • 21 Fev 07:46  
Dünya “Ərzaq baha olduğu üçün yeməklərimin porsiyası azalıb”

"Həyat yoldaşım hər gün alış-verişə gedir. Buna görə şadam ki,

arrow Ətraflı
Borrell mülki missiyadan danışdı: like
  • 21 Fev 07:45  
Siyasət Borrell mülki missiyadan danışdı:

Avropa Birliyinin (AB) mülki missiyası Azərbaycan və Ermənistan arasında s

arrow Ətraflı
Kokain və ondan asılılıq like
  • 21 Fev 07:41  
Digərləri Kokain və ondan asılılıq

Kokain ağız, burun və ineksiya vasitəsilə venaya daxil edilən maddədir. B

arrow Ətraflı
Yens Stoltenberq bu ilin payızında vəzifəsini tərk edəcək like
  • 21 Fev 07:37  
Dünya Yens Stoltenberq bu ilin payızında vəzifəsini tərk edəcək

NATO-nun Baş katibi Yens Stoltenberq bu ilin payızında vəzifəsini tərk ed�

arrow Ətraflı
Baş hərlənməsi like
  • 21 Fev 07:31  
Digərləri Baş hərlənməsi

Baş hərlənməsi orqanizmin özünü müvəqqəti idarə etməməsi halıdır.

arrow Ətraflı
Suriyada zəlzələdə 5 nəfər öldü like
  • 21 Fev 07:30  
Dünya Suriyada zəlzələdə 5 nəfər öldü

Suriyada baş verən zəlzələ zamanı 5 nəfər ölüb.

arrow Ətraflı
“Dağıntılar altında qohumlarım var” deyib oğurluq edirlər like
  • 21 Fev 07:26  
Dünya “Dağıntılar altında qohumlarım var” deyib oğurluq edirlər

Ardıcıl iki zəlzələ ilə viran qalan Türkiyənin Adıyaman bölgəsində d

arrow Ətraflı
Bu gün Su çərşənbəsidir like
  • 21 Fev 07:23  
Digərləri Bu gün Su çərşənbəsidir

Bu gün Novruzun ilk - Su çərşənbəsidir.

arrow Ətraflı
Fimoz like
  • 21 Fev 07:21  
Digərləri Fimoz

Fimoz pülüyün xarici dəliyinin dar olmasıdır. Fimoz zamanı pülük geri �

arrow Ətraflı
ABŞ prezidentindən Ukrayna səfərinin ardınca daha bir like
  • 21 Fev 07:18  
Dünya ABŞ prezidentindən Ukrayna səfərinin ardınca daha bir

ABŞ Prezidenti Co Bayden Kiyevə səfərdən sonra Polşaya gedib.

arrow Ətraflı
Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı like
  • 21 Fev 07:14  
Dünya Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 2024-cü il fevralın 24

arrow Ətraflı
Allergik rinit like
  • 21 Fev 07:11  
Digərləri Allergik rinit

Allergik rinit burunun selikli qişasının allergik xəstəliyidir .Bu xəstəl

arrow Ətraflı
Türkiyənin ardınca Avropa da silkələndi like
  • 21 Fev 07:10  
Dünya Türkiyənin ardınca Avropa da silkələndi

İtaliyada 4,6 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Dietoloqa kimlər müraciət etməlidir? like
  • 21 Fev 07:01  
Digərləri Dietoloqa kimlər müraciət etməlidir?

Uzun illərdir ki, dietologiya tibb elminin bir bölməsinə çevrilib. İnsanla

arrow Ətraflı