Kənddə biabırçılıq: Mağaza sahibi ərzaq almağa gələn qızlarla...


Kriminal 19 Fev 2023 18:00:00 216 0

Kənddə biabırçılıq: Mağaza sahibi ərzaq almağa gələn qızlarla...

İmişli rayonunda 1991-ci il təvəllüdlü Cavid (adlar şərti verilib - red.) iki azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, Cavid 2022-ci ilin mart-aprel aylarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu ərazisindən keçən hissəsində, yol kənarında yerləşən marketdə cinsi ehtirasını təmin etmək məqsədilə müxtəlif vaxtlarda mobil telefonla porno sayta daxil olub.

Marketə ərzaq almağa gələn 2013-cü il təvəllüdlü Südabə və 2011-ci il təvəllüdlü Aytənə saytda yerləşdirilmiş pornoqrafik məzmunlu, yəni seksual xarakterli filmləri izlətdirib.

Habelə 12 may 2022-ci ildə zərərçəkmiş qızlara qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Cavidin barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxsləri mütəmadi olaraq onun işlətdiyi mağazaya alış-veriş üçün gəlib-gedəndən tanıyıb: "Təxminən 2022-ci ilin aprel ayında dükanda oturanda porno video izləyərkən beş uşaq, o cümlədən Südabə və Aytən dükana daxil oldular. Həmin vaxt telefonum qarşımdakı stolun üzərində idi. Dərhal videodan çıxmağa çalışsam da, hiss etdim ki, onlar videonu görüblər. Uşaqlar heç bir söz demədən ev üçün lazım olan ərzaqlar istədilər. Mən də onların istədiyi ərzaqları verdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, Südabə nağd pul verməyib və borcu atasının adına yazmağı bildirib: "Uşaqlar dükandan çıxaraq getdilər. Bundan təxminən bir neçə gün sonra, günorta saatlarında Südabənin anası Bahar və Aytənin anası Lətifə dükana gəldilər, uşaqların məndən narazı olduqlarını dedilər. Mən səbəbini soruşdum, uşaqlara əxlaqsız video göstərdiyimi bildirdilər. Mən isə bu hadisənin tamamilə ehtiyatsızlıqdan baş verdiyini izah etdim və uşaqların valideynlərindən üzr də istədim. Qadınlar dükanda səs-küy saldıqda izahım yarımçıq qaldı".

Cavid bildirib ki, bundan təxminən bir saat keçdikdən sonra Aytənin atası Vüqar dükana gəlib: "Mən hadisə necə olubsa, ona danışdım. Vüqar da belə şeyin təsadüfi olduğunu başa düşdü, bir qutu siqaret alaraq getdi. Daha sonra Südabənin nənəsi Validə mənə zəng edərək belə işlərin ayıb olduğunu bildirdi. Mən də hadisənin tamamilə təsadüfi olduğunu, belə vəziyyəti heç özümün də arzulamadığımı dedim.

Validə mənə vəziyyəti oğlu İslama izah etməyimi məsləhət gördü. Mən də İslamla görüşüb söhbət etmək üçün İmişli rayon bazarına getdim. Orada İslama dükanda porno video izləyərkən uşaqların dükana gəldiyini, ehtiyatsızlıqdan onların gördüyünü bildirdim. Ondan üzr istədim. İslam da açıqlamamı səmimi qəbul etdi, heç bir problemin olmadığını bildirdi".

Bu mesajlar Rusiyanın uduzacağını təsdiqləyir like
  • 19 Fev 17:51  
Dünya Bu mesajlar Rusiyanın uduzacağını təsdiqləyir

Dünən (fevralın 18-də - red.) Münhendə keçirilən təhlükəsizlik konfra

arrow Ətraflı
Bütün günü narahat və yorğunsunuz? like
  • 19 Fev 17:40  
Digərləri Bütün günü narahat və yorğunsunuz?

Ofis şəraitində çalışan hər bir şəxs xroniki yorğunluqdan əziyyət ç

arrow Ətraflı
2023 mövsümünün trend neon geyimləri like
  • 19 Fev 17:20  
Digərləri 2023 mövsümünün trend neon geyimləri

2023-cü ilin önə çıxan paltarlarından biri də neon geyimlərdir. 

arrow Ətraflı
Rusiya ordusu Ukraynanın daha bir kəndini nəzarətə götürdü like
  • 19 Fev 17:11  
Dünya Rusiya ordusu Ukraynanın daha bir kəndini nəzarətə götürdü

Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Qryanikovka kəndini nəzarətə g

arrow Ətraflı
Rusiya Xersonu yenidən işğal edəcək like
  • 19 Fev 16:51  
Dünya Rusiya Xersonu yenidən işğal edəcək

Xerson tezliklə yenidən Rusiyanın nəzarətinə keçəcək.

arrow Ətraflı
Ürəyinizin sağlam olması üçün fındıq yeyin like
  • 19 Fev 16:40  
Digərləri Ürəyinizin sağlam olması üçün fındıq yeyin

Fındığın bəlkə də bir neçə faydası haqqında məlumatınız var.

arrow Ətraflı
80ci illərin dəbi geri qayıtdı: Məşhurların sevdiyi ayaqqabı modeli like
  • 19 Fev 16:20  
Digərləri 80ci illərin dəbi geri qayıtdı: Məşhurların sevdiyi ayaqqabı modeli

Bir zamanlar dəbdə olan "Adidas"ın samba modelləri yenidən trend

arrow Ətraflı
"Düşüblər əlayağa ki, özün 8 dəfə ərdə olmusan" like
  • 19 Fev 16:11  
Şou-biznes "Düşüblər əlayağa ki, özün 8 dəfə ərdə olmusan"

Bir müddət əvvəl Türkiyədə yayımlanan "Yalı çapkını" seria

arrow Ətraflı
Həkimlər ona oxumağı qadağan etdi, bir aya məşhurlaşdı, like
  • 19 Fev 16:00  
Kriminal Həkimlər ona oxumağı qadağan etdi, bir aya məşhurlaşdı,

Son.az Kulis.az-a istinadən Əməkdar artist Məhəbbət Kazımov haqqında mar

arrow Ətraflı
Pavel Durov: “Telegram” “Facebook Messenger”i geridə qoyub like
  • 19 Fev 15:51  
Dünya Pavel Durov: “Telegram” “Facebook Messenger”i geridə qoyub

"Telegram" "Facebook Messenger"i üstələyərək son beş i

arrow Ətraflı
Bu hərəkətlər üzünüzdə qırış yaradacaq like
  • 19 Fev 15:40  
Digərləri Bu hərəkətlər üzünüzdə qırış yaradacaq

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, dah

arrow Ətraflı
Doğuş: "Yük maşınları ilə insanların cəsədlərini daşıyırlar" like
  • 19 Fev 15:31  
Şou-biznes Doğuş: "Yük maşınları ilə insanların cəsədlərini daşıyırlar"

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ bölgələrindən biri olan H

arrow Ətraflı
Makiyajla yatanların DİQQƏTİNƏ: like
  • 19 Fev 15:20  
Digərləri Makiyajla yatanların DİQQƏTİNƏ:

Qadınların əksəriyyəti hər gün evdən çıxarkən makiyaj vururlar.

arrow Ətraflı