Gənc və möhkəm dərinin SİRRİ:


Digərləri 19 Fev 2023 12:20:00 237 0

Gənc və möhkəm dərinin SİRRİ:

Zamanla dəridə kollagen istehsalının azalması dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. Göz ətrafındakı qırışlar çox vaxt yaşınızla əlaqəlidir. Üzünüzdəki incə xəttlər və qara halqalar da dərinizin qocaldığının göstəricisidir. Yaşlanmaya əleyhinə qulluq etməklə hər zaman gənc dəriyə sahib ola bilərsiniz. Hətta mümkündürsə, mütəmadi olaraq dərinizə qulluq edin.

Son.az Lent.az-a istinadən bununla bağlı bir neçə tövsiyəni sizə təqdim edir:

Sabah və axşam dəri təmizlənməsi

Dərinin vaxtından əvvəl qocalmasının qarşısını almağın ilk yolu dərini təmiz saxlamaqdır. Dəriniz gün ərzində xarici faktorlardan çox təsirlənir. Məsamələrinizdə kir və makiyaj qalıqları əmələ gəlir. Nəticədə arzuolunmaz dəri problemləri yaranır.

Bu səbəbdən səhər oyananda və axşam yatmazdan əvvəl dərinizi təmizləməlisiniz. Dərinizi təmizləyərkən dəri tipinizə uyğun gel və ya köpükdən istifadə etməlisiniz. Çox isti və ya soyuq su dəriyə ziyandır. Bunun üçün çalışıb üzünüzü ilıq su ilə yumalısınız.

Müntəzəm olaraq pilinq edin

Dərinizdə yığılan ölü hüceyrələr dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. Belə ki, onun nəfəs alması və sağlamlığı qorumaq üçün mütəmadi olaraq pilinq etməlisiniz.

Dəridəki ölü hüceyrələri məhv etmək üçün həftədə bir və ya iki dəfə pilinq edin.

Pilinqi dərinizə tətbiq edərkən çox həssas yanaşmalı və diqqətli olmalısınız. Dərinizə qarşı sərtlikdən qaçın.  

Serumlar

Serumlar tərkibində antioksidantlar, turşular, vitaminlər kimi aktiv maddələr olan dəriyə qulluq məhsulları adlanır.

Onlar dərinin nəm balansını qoruyur. Dərinin elastikliyini tənzimləyir, qırışların və sallanmanın qarşısını alır.

Serumlar dərinin dərinliyinə qədər nüfuz edə bildiyi üçün onu bərpa edir və hüceyrələri yeniləyir. Ehtiyacdan asılı olaraq səhər və axşam qulluq rutininizə serumlar əlavə etməyiniz tövsiyə olunur.

Dərini nəmləndirin

Gənc, canlı, və parlaq dəriyə sahib olmaq üçün mütləq nəmləndirici istifadə edilməlidir. Nəmləndiricilər dərini xarici amillərə qarşı gücləndirir. Dərinin qurumasının qarşısını alır. Quru dərilər daha tez qırışır. Onun qocalmasının qarşısını almaq üçün hər gün nəmləndirici kremlərlə masaj etmək məsləhətdir. Onu da qeyd edək ki, nəmləndirici kremləri mütləq dəri tipinizə uyğun seçməlisiniz.

Göz ətrafı bölgələrə xüsusi qulluq   

Göz ətrafındakı qırışlar yaşınızın göstəricisidir. Bu səbəbdən 25 yaşından sonra göz ətrafına xüsusi qulluq tövsiyə olunur.

Belə ki, həmin bölgələri nəmləndirən və qırışların qarşısını alan xüsusi kremlərdən və bəzi təbii yağlardan istifadə etməyiniz məsləhətdir. Bunlardan biri avokado yağıdır ki, o göz ətrafını nəm saxlayır. Parlaq görünüş verir. Çünki bu yağın tərkibində E vitamini var. Həmin vitamin göz ətrafındakı qara halqaları azaldır.

Göz ətrafındakı qırışların qarşısını almaq üçün istifadə edilən yağlardan biri də zeytun yağıdır. Belə ki, bu yağ qırışların qarşısını alan əsas alternativlər arasındadır.

Günəşdən qoruyucu kremdən istifadə edin

Günəş şüalarına çox məruz qalan dəridə çox erkən yaşlarda qırışlar əmələ gəlir. Dərinin vaxtından əvvəl qocalmasının ən böyük səbəblərindən biri günəş şüalarıdır. Buna görə evdən çıxmazdan 20-25 dəqiqə əvvəl "SPF" tərkibli kremlərinizi dərinizə tətbiq etməkdə fayda var. Hətta yay günlərində mütləq çantanızda bu kremlərdən olsun.

Son.az 

"Qabriel" 11 nəfərin ölümünə səbəb olub like
  • 19 Fev 12:11  
Dünya "Qabriel" 11 nəfərin ölümünə səbəb olub

Fevralın 13-də Yeni Zelandiyanın Şimal adasından keçən "Qabriel"

arrow Ətraflı
Ölkə ərazisində küləkli hava şəraiti gözlənilir like
  • 19 Fev 12:03  
Digərləri Ölkə ərazisində küləkli hava şəraiti gözlənilir

Ölkə ərazisində küləkli hava şəraiti gözlənilir.

arrow Ətraflı
Xilasedicilərimiz zəlzələ bölgəsində axtarışları davam etdirirlər like
  • 19 Fev 11:54  
Dünya Xilasedicilərimiz zəlzələ bölgəsində axtarışları davam etdirirlər

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəla

arrow Ətraflı
Kiyev: Rusiyanı yalnız bu ölkə dayandıra bilər like
  • 19 Fev 11:51  
Dünya Kiyev: Rusiyanı yalnız bu ölkə dayandıra bilər

Pekin Rusiya-Ukrayna münaqişəsində vasitəçi kimi çıxış edərsə, Çin

arrow Ətraflı
Yeni dəyişiklik pensiya məbləğlərinə necə təsir edəcək? like
  • 19 Fev 11:47  
Digərləri Yeni dəyişiklik pensiya məbləğlərinə necə təsir edəcək?

"Milli Məclisin sonuncu Plenar iclasında "Sosial sığorta haqqında

arrow Ətraflı
Qrip olanlar oxusun like
  • 19 Fev 11:40  
Digərləri Qrip olanlar oxusun

Mövsümü dəyişiklər zamanı insanların çoxunda depressiya, müxtəlif xə

arrow Ətraflı
Azərbaycanda əri tərəfindən qətlə yetirilən qadın vəzifəli şəxs imiş like
  • 19 Fev 11:36  
Kriminal Azərbaycanda əri tərəfindən qətlə yetirilən qadın vəzifəli şəxs imiş

Xəbər verdiyimiz kimi, bu gün saat 09:40 radələrində Tərtər rayon sakin

arrow Ətraflı
"Baba"nın aktrisası yeni serialda like
  • 19 Fev 11:31  
Şou-biznes "Baba"nın aktrisası yeni serialda

Türkiyəli aktrisa Ayda Akselin yeni layihəsi bəlli olub.

arrow Ətraflı
Bu ilin yazında dəbdə olacaq rənglər hansılardır? like
  • 19 Fev 11:20  
Digərləri Bu ilin yazında dəbdə olacaq rənglər hansılardır?

2023-cü ilin yazında dəbdə olacaq rənglər açıqlanıb.

arrow Ətraflı
Rusiyanın Ukraynadakı itkiləri 142 860a çatıb like
  • 19 Fev 11:11  
Dünya Rusiyanın Ukraynadakı itkiləri 142 860a çatıb

Rusiya ordusunun Ukraynadakı itkilərinin sayı 142 860 nəfərə çatıb.

arrow Ətraflı
Bərdədə şok: Evli kişi qızla cinsi əlaqədə oldu, onun bacısı isə…  "Qorxma, arxandayam" like
  • 19 Fev 11:00  
Kriminal Bərdədə şok: Evli kişi qızla cinsi əlaqədə oldu, onun bacısı isə… "Qorxma, arxandayam"

Bərdə rayonunda 1998-ci il təvəllüdlü Günel bacısının sevgilisi olmuş

arrow Ətraflı
Rusiyanın “Proqres MS21” gəmisi Sakit okeanda batırılıb like
  • 19 Fev 10:53  
Dünya Rusiyanın “Proqres MS21” gəmisi Sakit okeanda batırılıb

Daha əvvəl Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya seqmentindən çıxar�

arrow Ətraflı
Arvadını və 30 yaşlı kişini öldürdü like
  • 19 Fev 10:45  
Kriminal Arvadını və 30 yaşlı kişini öldürdü

Fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon sakinləri 1981-ci il t�

arrow Ətraflı
Məşhurn DJdən İNSANLIĞA SIĞMAYAN davranış like
  • 19 Fev 10:36  
Dünya Məşhurn DJdən İNSANLIĞA SIĞMAYAN davranış

Capital FM-də çalışan və Britaniyanın ən məşhur DJ-lərindən biri kimi

arrow Ətraflı