Əliyev Münhendə elan etdi: Laçın və Zəngəzur dəhlizləri…


Siyasət 19 Fev 2023 09:47:00 618 0

Əliyev Münhendə elan etdi: Laçın və Zəngəzur dəhlizləri…

Əliyev bildirir ki, Bakı Münhendə keçirilən görüşdə "həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır" təklifini rəsmi olaraq irəli sürüb.

Bu, "Zəngəzur və Laçın dəhlizləri eyni rejimlə işləməlidir" mövqeyinin rəsmi şəkildə elan edilməsidir.

Zəngəzur dəhlizi 10 noyabr bəyanatında Azərbaycandan Naxçıvana "maneəsiz keçid"in verilməsi məntiqi ilə əksini tapsa da, Ermənistan razılaşmada "dəhliz" ifadəsinin olmadığına istinad edərək, bundan imtina edir. Və Rusiyadan fərqli olaraq, Qərb Azərbaycandan Naxçıvana gedən yolun "dəhliz" yox, "yol" məntiqi - nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə açılmasından yanadır. Bu məsələ ilk dəfə Brüssel görüşündə gündəmə gələndə Bakı "Zəngəzur və Laçın dəhlizləri eyni rejimlə işləməlidir" prinsipini irəli sürdü və bu gedişlə hər iki platformada - Qərb və Rusiya masasında proseslərin inkişafına uyğun qazanclı çıxmaq manevri etdi:

- Ermənistan Zəngəzurdan dəhliz vermirsə, o zaman, Azərbaycan Laçın dəhlizinə nəzarət-buraxılış postu qurur;

- Laçından dəhliz keçirsə, 10 noyabr razılaşmasına uyğun Zəngəzurdan da dəhliz verilməlidir.

Bu, həm də beynəlxalq oyunçuların - Qərbin və Rusiyanın istəklərini Azərbaycanın maraqlarına uyğunlaşdırmaqdır.

Əliyevin sözlərindən aydın olur ki, Münhen görüşündə kommunikasiyanın hansı prinsiplə açılması müzakirə olunub. İrəvan "yol məntiqi"ni irəli sürüb, Bakı da buna uyğun təklif verib: Zəngəzur dəhlizinin hər iki başında - həm Azərbaycandan Ermənistana, həm də Ermənistandan Naxçıvan MR-yə daxil olan hissəsində və Laçın rayonu ilə Ermənistan arasında - Laçın dəhlizinin Gorusa çıxan hissəsində nəzarət-buraxılış məntəqəsi yaradılır.

Bu təklif - hər iki dəhlizin eyni rejimlə işləməsi Rusiyanın bölgədəki maraqlarına uyğun deyil, lakin Moskva buna görə təklifi verən Bakıya qarşı hər hansı irad belə bildirə bilməz, çünki prosesin bu istiqamətdə inkişafını İrəvan şərtləndirir. Bakının bu təklifi əslində Ermənistandan daha çox, beynəlxalq oyunçulara ünvanlanıb: Qərb Rusiyaya üstün gələrək, "dəhliz məntiqini" gündəmdən çıxararsa, Laçın dəhlizinə nəzarət-buraxılış məntəqəsini quracağıq; Rusiya Qərbin önünü kəsərək, 10 noyabr razılaşmasının icrasını ön plana çıxararsa, Laçından "dəhliz" verən Bakı Ermənistan ərazisindən də "dəhliz" ala biləcək.

İndi Bakının rəsmi şəkildə irəli sürdüyü təklifə İrəvan cavab verməlidir. Ermənistanın cavabı görüşdə verməməsi təsadüfi deyil, çünki bunun Rusiya tərəfindən sərt qarşılanacağını anlayırlar və belə demək mümkünsə, "ümid etdikləri Qərb masasından qazanclı çıxmaq istədikləri yerdə, özlərini daha çətin vəziyyətə salırlar".

Asif Nərimanlı Son.az

Bir fotosu ilə məşhurlaşan Sərvər Türkiyədə fəaliyyətə başladı like
  • 19 Fev 09:42  
Digərləri Bir fotosu ilə məşhurlaşan Sərvər Türkiyədə fəaliyyətə başladı

Bir fotosu ilə məşhurlaşan və medianın gündəminə düşən Sərvər Bə�

arrow Ətraflı
Biləsuvarda qəza: like
  • 19 Fev 09:28  
Digərləri Biləsuvarda qəza:

Fevralın 18-də saat 19 radələrində Biləsuvar rayonu Arazvari kəndi ərazi

arrow Ətraflı
Bakıda dəhşətli qətl: like
  • 19 Fev 09:11  
Kriminal Bakıda dəhşətli qətl:

Fevralın 19- da saat 01 radələrində Abşeron rayonu Xırdalan şəhərində

arrow Ətraflı
Ekoaksiyanın 70ci günü: like
  • 19 Fev 09:05  
Siyasət Ekoaksiyanın 70ci günü:

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı
Prezident: Biz azadlıq uğrunda müharibə edirdik like
  • 19 Fev 08:52  
Siyasət Prezident: Biz azadlıq uğrunda müharibə edirdik

Biz öz ərazimizdə döyüşürdük. Biz azadlıq uğrunda müharibə edirdik.

arrow Ətraflı
Prezident: Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil like
  • 19 Fev 08:48  
Siyasət Prezident: Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil

Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil.

arrow Ətraflı
"Camaat yasdadır, fəlakət olub, bu nə sualdır?" like
  • 19 Fev 04:44  
Şou-biznes "Camaat yasdadır, fəlakət olub, bu nə sualdır?"

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balaye

arrow Ətraflı
Türkiyədə yolunu itirərək şəhərin ortasına qədər gələn suiti hər kəsi güldürdü  VİDEO like
  • 19 Fev 03:22  
Digərləri Türkiyədə yolunu itirərək şəhərin ortasına qədər gələn suiti hər kəsi güldürdü VİDEO

Türkiyədə yaşanan maraqlı bir hadisə ağır günlərini yaşayan sakinlər

arrow Ətraflı
Osmaniyədə bir ailə tutuquşu sayəsində zəlzələdə sağ qalıb   VİDEO like
  • 19 Fev 02:44  
Dünya Osmaniyədə bir ailə tutuquşu sayəsində zəlzələdə sağ qalıb VİDEO

Osmaniyədə bir ailə evlərində saxladıqları tutuquşunun sayəsində zəlz

arrow Ətraflı
Bürclərin yol yoldaşlığı like
  • 19 Fev 01:22  
Digərləri Bürclərin yol yoldaşlığı

Əgər bir insanla yol yoldaşı olmamısansa, həmin şəxsi tanımırsan deyir

arrow Ətraflı
Prezident: Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır like
  • 19 Fev 00:22  
Siyasət Prezident: Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır

Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır.

arrow Ətraflı
Günün qoroskopu: Hazırlıq işlərinə başlayın like
  • 19 Fev 00:01  
Digərləri Günün qoroskopu: Hazırlıq işlərinə başlayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Türkiyədə 5,2 bal günündə zəlzələ olub like
  • 18 Fev 23:57  
Dünya Türkiyədə 5,2 bal günündə zəlzələ olub

Türkiyə 5,2 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı