Ekoaksiyanın 70ci günü:


Siyasət 19 Fev 2023 09:05:00 249 0

Ekoaksiyanın 70ci günü:

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası yetmiş gündür davam edir.

Son.az xəbər verir ki, havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

Son.az 

Prezident: Biz azadlıq uğrunda müharibə edirdik like
  • 19 Fev 08:52  
Siyasət Prezident: Biz azadlıq uğrunda müharibə edirdik

Biz öz ərazimizdə döyüşürdük. Biz azadlıq uğrunda müharibə edirdik.

arrow Ətraflı
Prezident: Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil like
  • 19 Fev 08:48  
Siyasət Prezident: Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil

Minsk qrupu artıq pensiyaya çıxıb və faktiki olaraq mövcud deyil.

arrow Ətraflı
"Camaat yasdadır, fəlakət olub, bu nə sualdır?" like
  • 19 Fev 04:44  
Şou-biznes "Camaat yasdadır, fəlakət olub, bu nə sualdır?"

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balaye

arrow Ətraflı
Türkiyədə yolunu itirərək şəhərin ortasına qədər gələn suiti hər kəsi güldürdü  VİDEO like
  • 19 Fev 03:22  
Digərləri Türkiyədə yolunu itirərək şəhərin ortasına qədər gələn suiti hər kəsi güldürdü VİDEO

Türkiyədə yaşanan maraqlı bir hadisə ağır günlərini yaşayan sakinlər

arrow Ətraflı
Osmaniyədə bir ailə tutuquşu sayəsində zəlzələdə sağ qalıb   VİDEO like
  • 19 Fev 02:44  
Dünya Osmaniyədə bir ailə tutuquşu sayəsində zəlzələdə sağ qalıb VİDEO

Osmaniyədə bir ailə evlərində saxladıqları tutuquşunun sayəsində zəlz

arrow Ətraflı
Bürclərin yol yoldaşlığı like
  • 19 Fev 01:22  
Digərləri Bürclərin yol yoldaşlığı

Əgər bir insanla yol yoldaşı olmamısansa, həmin şəxsi tanımırsan deyir

arrow Ətraflı
Prezident: Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır like
  • 19 Fev 00:22  
Siyasət Prezident: Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır

Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır.

arrow Ətraflı
Günün qoroskopu: Hazırlıq işlərinə başlayın like
  • 19 Fev 00:01  
Digərləri Günün qoroskopu: Hazırlıq işlərinə başlayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Türkiyədə 5,2 bal günündə zəlzələ olub like
  • 18 Fev 23:57  
Dünya Türkiyədə 5,2 bal günündə zəlzələ olub

Türkiyə 5,2 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Ev heyvanlarını qısırlaşdırmaq olar? like
  • 18 Fev 23:55  
Digərləri Ev heyvanlarını qısırlaşdırmaq olar?

Sual: Evdə saxlanan pişiklərin qısırlaşdırılması məsələsinin dini ba

arrow Ətraflı
Çiy ət, çiy basdırma və bu kimi şeylər yeməyin dini hökmü nədir? like
  • 18 Fev 23:50  
Digərləri Çiy ət, çiy basdırma və bu kimi şeylər yeməyin dini hökmü nədir?

Bir şeyin haram olduğuna dair bir dəlil, yəni, ayə və yaxud hədis olmadı

arrow Ətraflı
Üzüm qabıq verir. Nə edim? like
  • 18 Fev 23:45  
Digərləri Üzüm qabıq verir. Nə edim?

Payız və qış aylarında soyuq hava, külək, istilik sistemləri üz dərimi

arrow Ətraflı
Azərbaycan Prezidenti: "Beynəlxalq ictimaiyyət 44 günlük müharibənin nəticələrini tanıyıb" like
  • 18 Fev 23:43  
Siyasət Azərbaycan Prezidenti: "Beynəlxalq ictimaiyyət 44 günlük müharibənin nəticələrini tanıyıb"

Beynəlxalq ictimaiyyət 44 günlük müharibənin nəticələrini tanıyıb.

arrow Ətraflı