Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan arasında düşmənçilik
Siyasət 18 Fev 2023 20:14:00 285 0
Azərbaycan və Ermənistan arasında düşmənçilik başa çatmalıdır.
Bu xəbəri də oxu: “Uğurlu tədbirə görə İlham Əliyevi təbrik edirəm” Ərdoğan
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması ciddi fikir ayrılıqlarına malik ölkələrin bir araya gələrək düşmənçilik səhifəsini bağlamasına yaxşı nümunə ola bilər.
"Ümumi geosiyasi vəziyyət tamamilə dəyişib və ehtimal ki, Rusiya-Ukrayna müharibəsindən əvvəlki vaxta qayıtmayacaq. Biz ənənəvi tərəfdaşlarla ticarət sahəsində əməkdaşlıqla bağlı bəzi mənfi cəhətlərini, eyni zamanda, xüsusilə də kommunikasiya layihələri ilə bağlı bəzi üstünlükləri görürük. Azərbaycan uzun illərdir ki, müasir nəqliyyat-logistika infrastrukturunun yaradılmasına investisiya yatırıb və indi Mərəzi Asiyadan karqo nəqlinin Azərbaycandan keçməklə Avropaya yönəldilməsi əlavə imkanlar yaradır. Amma bildiyiniz kimi, bizim özümüz də təxminən 2 il əvvəl 44 gün çəkən müharibədə olmuşuq və biz müharibənin nə olduğunu, xalqlar üçün necə dağıntıya və məşəqqətə səbəb olduğunu bilirik. Ona görə də biz Avrasiyada sülhün bərqərar olunmasını istəyirik. Mən düşünürəm ki, Azərbaycan və Ermənistan uzunmüddətli qarşılıqlı nifrət mövqeyinin dəyişməsini nümayiş etdirməlidir və düşmənçilik başa çatmalıdır. Biz hazırda Ermənistan və Azərbaycan arasında sülh sazişi üzərində işləyirik. Ümidvaram ki, biz onu tezliklə tamamlayacağıq və mən düşünürəm ki, bu ciddi tarixi fikir ayrılıqlarına malik ölkələrin bir araya gələrək düşmənçilik səhifəsini bağlamasına yaxşı nümunə ola bilər", - dövlət başçısı vurğulayıb.
Xəbər verdiyimiz kimi, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində C
İnsanlar həmişə ən çox dua və ibadət məsələsində yanılıblar. Böy�
"Rəhmətlik" Minsk Qrupunun xiffətini çəkənlər deyəsən yalnız
Azərbaycan bu gün qlobal miqyasda özünün formalşdırdığı reallıq müst
İsveçrənin "Diprospan" ticarət adlı dərman vasitəsinin bəzi se
Luqansk vilayəti və Donetsk, eləcə də Xarkovda rus ordusunun hücumunun qar
Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən b
"Sərhədçi" idman kompleksində kikboksinq üzrə məşqçi olmuş N
Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Danıştay-a (Türkiyənin inzibati məhkəmə orqanı) hücumu təşkil edən v
Donuz qripi kimi tanınan qripp növü 1930-cu ildə amerika alimi Riçard Şoup
Türkiyəli aktyor Ferdi Sancar da zəlzələdən zərərçəkənlərə yardım
Çəki artımına təkcə enerjinin qəbulu və xərclənməsi arasındakı fər