Ermənistan özünə yeni “oksigen balışı” axtarır


Siyasət 18 Fev 2023 20:07:00 290 0

Ermənistan özünə yeni “oksigen balışı” axtarır

"Rəhmətlik" Minsk Qrupunun xiffətini çəkənlər deyəsən yalnızca ermənilər deyil. Həm də Azərbaycan xaric, onun faydasını görmüş digərləri, o sırada Rusiyadır.

"ATƏT-in Minsk Qrupunun formatı hələ ötən ilin fevralında tarixin zibilliyinə atılıb".

Son.az musavat.com-a istinadən bildirir ki, bunu ötən gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın ənənəvi həftəlik brifinqində deyib. Səbəb kimi isə o, Qərbin "destruktiv" mövqeyini göstərib. Sitat: "Sonra amerikalı və fransalı həmsədrlər uydurma bəhanə ilə rusiyalı həmkarları ilə əlaqəni dayandırdılar. Bununla bağlı heç bir aydın izahat da verilmədi".

Nə böyük itki!.. Zaxarovanın Minsk Qrupu sarıdan təəssüf hissi keçirməsi əslində təəccüblü sayılmaz. Çünki "üçlü həmsədrlik" Azərbaycana qarşı çox unikal və ortaq bir təzyiq rıçaqı kimi düşünülmüşdü və Rusiya da öz imperiya maraqları naminə onun "xidməti"ndən məharətlə istifadə edirdi.

İkinci yandan, Rusiya XİN rəsmisinin açıqlamasından belə çıxır ki, Ukrayna müharibəsi olmasaydı, Minsk Qrupu (MQ) 44 günlük savaşdan sonra da öz işinə əvvəlki qaydada davam edəcək, Bakı buna seyrçi qalacaqmış. Əlbəttə ki, yanlış düşüncədir. Zira, Minsk Qrupunu "dəfn edən" nə Ukrayna amilidir, nə də Qərbin Rusiya ilə təmaslardan qaçması. MQ-nin qəbirqazanı, tabutuna sonuncu mismarı viranı Azərbaycan əsgəridir, Ordumuzdur!..

İşğalçı Ermənistan üçün 27 il "oksigen balışı" rolunda olmuş bir təsisatdan yaxşı qurtardıq. Amma qurtardıqmı? Hər halda Azərbaycan "Dağlıq Qarabağ konflikti artıq tarixdə qalıb" deyirsə, məntiqlə guya bu konfliktin həlli üçün yaradılan MQ də avtomatik tarixinin zibilliyinə atılmalı idi. Amma və lakin...

İrəvan israrla bu formatı diriltməyə, hələ uzun müddət bir-biri ilə düşmən münasibətdə olacaq Rusiya ilə Qərbi (ABŞ-Avropa) yenə "erməni məsələsi" ətrafında bir masaya toplamağa çalışır. Nikol Paşinaynın iki gün öncəki "sülh sənədinin yeni variantını MQ həmsədrlərinə də göndərdik" sözlərinin açması həm də budur.

Beləcə, kapitulyant ölkənin rəsmiləri yeri gəldi-gəlmədi, üzdəniraq qurumu hamıya, özəlliklə Bakıya xatırladır, hansısa şəkildə onu gündəmdə saxlamağa səy edirlər. Vaxtilə MQ Ermənistana "nəfəs" verirdisə, 3 ildir Ermənistan ona "nəfəs" verib diriltməyə çalışır. Heç özünün "nəfəsi", "havası" çatmadığı halda!

Səbəb bəlli: bu, dünyada yeganə format idi ki, "öz müqəddəratını təyinetmə" adı altında erməni işğalını legitimləşdirməklə, ermənilərə ərazimizdə ikinci saxta dövlət qurmaqla məşğul olmuşdu. Fəqət, dəfələrlə yazdığımız kimi, MQ qatarı çoxdan gedib - "miatsum" və "status" vaqonları ilə birgə!

Di gəl, reallığı israrla yaxına buraxmaq istəməyən, hətta özünü qalib ədası ilə aparan İrəvan öz hoqqalarından qalmır. Ermənilər indi də dəridən-qabıqdan çıxırlar ki, 2025-ci ilədək Qarabağ anklavında BMT mandatı altında ABŞ, Avropa Birliyi və Rusiya hərbi qüvvələrindən ibarət (!) ortaq "sülhməramlı kontingent" yaradılsın. Məqsəd şəkk-şübhəsiz, ərazinin Azərbaycanın yurisdiksiyasına keçməsini əngəlləməkdir.

Bəzi bilgilərə görə, bu variant Ukrayna müharibəsi səbəbi ilə regiondakı dayaqları xeyli zəifləmiş və 2025-ci ildə Qarabağdan çıxmalı olacağını anlayan Rusiyaya da sərf edir. Yəni "iki pisdən ən yaxşısı"nı seçmək məsələsi. Eyni zamanda, Qərb Rusiyasız belə bir variantın mümkün olmayacağını anladığından, ona etiraz eləmir. Bu da sizə yeni "Minsk üçlüsü"!

Azərbaycanın kürəyi arxasında tədricən bu planın işə salınacağı istisna deyil. Üstəlik, ortada əyani sübut var - Ermənistana çağırılan, tərkibində silahlı alman və fransızların da olacağı 2 illik Avropa müşahidə missiyası. Ermənilər belə bir missiyanın artıq Qarabağda, Laçın yolunda da olmasının vacibliyindən dəm vurmağa başlayıblar. Lakin rusdan çəkindiklərindən və Moskvanı sakitləşdirmək üçün onun iştirakını da mümkün sayırlar.

Fəqət, ermənilər saymaqlarında olsunlar, fələk də sayır. Məsələ ondadır ki, Qarabağda Minsk Qrupunun yeni "prototipi" kimi yaradılacaq hansısa "beynəlxalq missiya"ya Azərbaycanın razılığı gərəkdir. Bakı isə onu heç vaxt verməyəcək. Bizim ərazimiz yiyəsiz-zad deyil ki, kim nə vaxt istəyir gəlib-getsin, orada at oynatsın. Sərhədimiz karvansara qapısı da deyil, olmayacaq! Bir bataqlığa necə dəfə girəcəyik ki.

Azərbaycan dövlətinin hədəfi aydın və bəlli: uzağı, 2025-dək ərazimizdəki yad silahlı ünsürlərdən qurtulmaq. İstər erməni silahlı qulduru olsun, istərsə rus və ya amerikan-fransız-alman silahlısı və yaxud polisi. Və sözsüz ki, dərhal dövlət sərhədlərimiz bağlamaq, orada müvafiq gömrük-nəzarət postları qurmaq.

Odur ki, heç kim boşuna yaxa cırıb-eləməsin. Ondansa yaxşı olar, "miatsum" xülyasından əl çəkə bilməyən mənfur qonşuların başına ağıl qoysunlar ki, sülh müqaviləsini tez imzalasınlar. Ən əvvəl də öz xeyirləri üçün...

Dünyanın gözü Münxendə: Azərbaycanla bağlı mühüm məqam... like
  • 18 Fev 20:06  
Siyasət Dünyanın gözü Münxendə: Azərbaycanla bağlı mühüm məqam...

Azərbaycan bu gün qlobal miqyasda özünün formalşdırdığı reallıq müst

arrow Ətraflı
Azərbaycanda bu dərman satışdan çıxarıldı like
  • 18 Fev 20:05  
Digərləri Azərbaycanda bu dərman satışdan çıxarıldı

İsveçrənin "Diprospan" ticarət adlı dərman vasitəsinin bəzi se

arrow Ətraflı
Rus ordusunun hücumunun qarşısı alındı like
  • 18 Fev 20:04  
Siyasət Rus ordusunun hücumunun qarşısı alındı

Luqansk vilayəti və Donetsk, eləcə də Xarkovda rus ordusunun hücumunun qar

arrow Ətraflı
İlham Əliyev: "Tbilisi formatı təbii olar, biz də bunu alqışlayırıq" like
  • 18 Fev 20:03  
Siyasət İlham Əliyev: "Tbilisi formatı təbii olar, biz də bunu alqışlayırıq"

Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən b

arrow Ətraflı
Moskvadan təlimatla qaytarıldı: Vardanyana like
  • 18 Fev 20:02  
Siyasət Moskvadan təlimatla qaytarıldı: Vardanyana

Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

arrow Ətraflı
Arıqlamaq üçün ən sadə üsul. Ye və arıqla! like
  • 18 Fev 20:01  
Digərləri Arıqlamaq üçün ən sadə üsul. Ye və arıqla!

Amerika həkimləri maraqlı araşdırma aparıblar.

arrow Ətraflı
"Oğlumu öldürüblər, başqa cür ola bilməz" like
  • 18 Fev 19:58  
Dünya "Oğlumu öldürüblər, başqa cür ola bilməz"

Danıştay-a (Türkiyənin inzibati məhkəmə orqanı) hücumu təşkil edən v

arrow Ətraflı
Donuz qripi nə ilə təhlükəlidir? like
  • 18 Fev 19:30  
Digərləri Donuz qripi nə ilə təhlükəlidir?

Donuz qripi kimi tanınan qripp növü 1930-cu ildə amerika alimi Riçard Şoup

arrow Ətraflı
Avtomobilini zərərçəkənlərə yardım üçün satır like
  • 18 Fev 19:27  
Dünya Avtomobilini zərərçəkənlərə yardım üçün satır

Türkiyəli aktyor Ferdi Sancar da zəlzələdən zərərçəkənlərə yardım

arrow Ətraflı
Çəki artımının gizli SƏBƏBLƏRİ like
  • 18 Fev 19:23  
Digərləri Çəki artımının gizli SƏBƏBLƏRİ

Çəki artımına təkcə enerjinin qəbulu və xərclənməsi arasındakı fər

arrow Ətraflı
Xəbərdarlıq: Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq like
  • 18 Fev 19:21  
Digərləri Xəbərdarlıq: Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Fevralın 19-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olar

arrow Ətraflı
İslam dinində saqqal saxlamaq barədə nə deyilir? like
  • 18 Fev 19:20  
Digərləri İslam dinində saqqal saxlamaq barədə nə deyilir?

Allahın elçisi Məhəmməd peyğəmbərdən bu məsələ ilə əlaqədar olara

arrow Ətraflı
Prezident: "Sülh müqaviləsində Qarabağ haqqında hansısa iddianın olması qəbuledilməzdir" like
  • 18 Fev 19:19  
Siyasət Prezident: "Sülh müqaviləsində Qarabağ haqqında hansısa iddianın olması qəbuledilməzdir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Ant

arrow Ətraflı
Əliyev Yaxın Şərqə də nüfuz edir: Paşinyan isə Putinə arxa çevirdi, Blinkenə boyun əydi like
  • 18 Fev 19:18  
Siyasət Əliyev Yaxın Şərqə də nüfuz edir: Paşinyan isə Putinə arxa çevirdi, Blinkenə boyun əydi

Kremlin üçtərəfli görüş təkliflərini qəbul etməyən baş nazir Nikol

arrow Ətraflı