İlham Əliyev: Enerji sahəsində AzərbaycanAvropa İttifaqı əməkdaşlığı bundan sonra da genişlənəcək
Siyasət 17 Fev 2023 16:02:00 226 0
Enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bundan sonra da genişlənəcək.
Bu xəbəri də oxu: İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi" mövzusunda dəyirmi masada bildirib.
Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan dövlətimizin başçısı bildirdi ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Prezident İlham Əliyev qeyd etdi ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlətimizin başçısı vurğuladı ki, enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bu sənədə uyğun olaraq bundan sonra da genişlənəcək.
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolunun olduğunu deyən Prezident İlham Əliyev ölkəmizin son dövrlər bu sahədə bir sıra vacib addımlar atdığını diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanda bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilir, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlər imzalanıb. Bu isə Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan verəcək ki, bu da orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək.
"Son zamanlar çəkilişlərdən çox, verilişlərdə ekspert qismində ot
Qobustan rayon Nərimankənd kənd sakini, 1980-cı il təvəllüdlü Rəsulov E
"Twitter" sosial şəbəkəsi öz platformasında marixuananın reklam
İranda molla rejiminin xalqa qarşı amansız rəftarı davam edir.
Bugünə qədər Azərbaycanda Türkiyədəki zəlzələ bölgələrinə 750 ton
Son.az axşam.az-a istinadən xalq artisti Aygün Kazımovanın arxiv fotosu yay
Hər ilin fevral ayında Almaniya Federativ Respublikasının ərazisinə görə
Son.az APA TV-yə istinadən videonu təqdim edir.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan
"Vardanyan layihəsi və Azərbaycan-Rusiya dialoqu müxtəlif sferada, o c
Türkiyədə fəlakət zonasında təmizlənəcək dağıntıların həcmi 100 m
Xəzər rayonu, Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon Polis
Məşhur müğənni Karsu Dönməz Niderlandda zəlzələ qurbanları üçün 88
Bakıdakı "Rus Evi"ndə Aleksandr Darqomıjskinin 210 illik yubileyin
Avtomobili özü idarə etmir, amma cərimələr ona gəlir. Sürücü Söhrab C