İsrail Azərbaycanın aqrar parklarında öz iştirakını genişləndirir
Digərləri 17 Fev 2023 09:54:00 308 0
Azərbaycanın aqrar parklarında İsrail şirkətləri ilə birgə əməkdaşlıq sazişləri imzalanıb.
Bu xəbəri də oxu: Azərbaycanda oyun mərkəzində YANĞIN
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun jurnalistlərə deyib.
Onun sözlərinə görə, xüsusən, kənd təsərrüfatı sektorunda böyük və maraqlı layihələrin reallaşdırılacağı gözlənilir.
"Azərbaycan bu layihələrin reallaşdırılması üçün nəhəng potensiala malikdir. İsrailin kənd təsərrüfatı sahəsindəki bütün şirkətlərinin Qarabağda işləyə biləcəklərindən əminəm, onların bir hissəsi öz istehsalatını Ələt Azad İqtisadi Zonasında qura bilər. Bu gün bura gətirdiyimiz bütün texnologiyalar Qarabağın bərpa olunması üçün tamamilə aktualdır", - Kaplun deyib.
Ticarət palatasının təsisçisi Azərbaycanın İsrailin su sahəsində layihələrlə məşğul olan ən iri şirkətlərindən biri ilə əməkdaşlıq sazişi bağladığını bildirib.
"Bundan başqa, danışıqlar davam edir və su təsərrüfatı sahəsində əməkdaşlıq sazişlərinin imzalanacağı gözlənilir. Heyvandarlıq sahəsində də layihələrimiz mövcuddur və yeni sazişlər imzalanacaq", - o deyib.
Kaplun, həmçinin, istər istixanalarda, istərsə də açıq ərazilərdə kulturaların yetişdirilməsi üzrə layihələrin mövcud olduğunu əlavə edib.
Son.az
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın
Fevralın 16-də Kiyevə səfər edən İsrailin xarici işlər naziri Eli Koen
NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzana bilər, bu səbəbdən
ABŞ Prezidenti Co Bayden 9 gün ərzində vurulan və biri Çinə aid hava şar
Türkiyənin Hatay şəhərinin Antakya rayonunun Odabaşı məhəlləsində tə
Rusiya Avstriyanın dörd diplomatını arzuolunmaz şəxsi elan edərək onlar�
Rusiya ötən ilin 24 fevralındakı səviyyədə Ukraynaya hücumu təkrarlaya
Moldova parlamenti keçmiş daxili işlər naziri, prezidentin milli təhlükəs
Ümid edirəm ki, Belarus Ukraynaya qarşı müharibəyə girməyəcək.
"Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tə