Azərbaycanda partlayıcı maddələr zavodu
Digərləri 16 Fev 2023 22:53:00 299 0
"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin törəmə cəmiyyəti olan "AzerBlast" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) sənaye əhəmiyyətli partlayıcı maddələr zavodunun inşasına başlanılması ilə əlaqədar brifinq keçirilib.
Bu xəbəri də oxu: Türkiyədə zəlzələ oldu
Qurumdan verilən məlumata görə, mətbuat nümayəndələri qarşısında çıxış edən "AzerBlast" MMC-nin icraçı direktoru Rizvan Baxşıyev layihə barədə ətraflı məlumat verib, sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalının ölkəmizdə ilk dəfə təşkil edildiyini diqqətə çatdırıb.
R.Baxşıyev bildirib ki, Gəncə şəhərində inşası həyata keçirilən müəssisənin yaradılmasında əsas məqsəd mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müəssisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda regionda yeni iş yerlərinin yaradılmasıdır.
Vurğulanıb ki, illik istehsal gücü 31 000 ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulub. Müasir istehsalat texnologiyaları əsasında qurulacaq müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri H-ANFO, ANFO-nun istehsalı həyata keçiriləcək.
Layihənin ümumi investisiya dəyərinin 14 milyon manat olduğunu qeyd edən R.Baxşıyev layihə çərçivəsində inşaat işlərinə təqribən 5.5 milyon manat, avadanlıqların alınması və quraşdırılmasına 4 milyon manat vəsait sərf olunacağını, digər vəsaitlərin əməliyyat xərclərinə yönəldiləcəyini bildirib.
Qeyd olunub ki, layihənin maliyyə modelində Xalis Cari Dəyər (NPV) 2.6 milyon manat, Daxili Gəlirlilik Dərəcəsi (IRR) isə 24.3% olaraq hesablanıb. Layihənin icrasına qoyulmuş investisiyanı müəssisənin tam gücü ilə fəaliyyəti nəticəsində 5.3 ilə qaytarmaq mümkün olacaq. Layihə üzrə fəaliyyətin ilk 6 ili üçün hesablanmış cəmi gəlir isə 90 milyon manat təşkil edir. Sonrakı illərdə də sənaye əhəmiyyətli partlayıcı maddələrə artan daxili və xarici tələbat fonunda istehsalın yüksək templə davam etdirilməsi nəticəsində satış gəlirlərinin daha da artırılacağı, müəssisənin uzunmüddətli, fasiləsiz və davamlı fəaliyyətinin təmin ediləcəyi mətbuat nümayəndələrinin diqqətinə çatdırılıb.
Qəbristanda yetişən şeyləri yemək olar. Yeyilməsi qadağan olan şeylər
Yutubun baş direktoru Susan Vodjicki vəzifəsindən getdiyini açıqlayıb.
Almaniyanın "Lufthansa" aviaşirkəti tətil səbəbilə Frankfurt v�
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda baş verən zəlz�
Alimlər sübut edib ki, bəzi qidalar insanlarda asılılıq yaradır.
Türkiyənin Malatya vilayətinin Doğanşəhir rayonunda 4,7 bal gücündə zə
Elə görünür ki, din tibb və sairə kimi modern elmlərlə ziddiyyət təşk
"Məhkəmədə ekspertiza dindirildi. Seyfulla İsgəndərov ekpsert idi.
Ümumiyyətlə, bununla bağlı məlumatlar təsdiq olunduğundan preparatın t�
İnsan sağlamlığına bir çox faydası olan qarğıdalının saçağının da
Ötən gün Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən t
Azərbaycan Respublikasının Baş Prokurorluğu Yevlax rayon sakininin ölməsi
Türkiyədə baş verən dağıntılar altından çıxarılan 10 günlük körp�
İdeal münasibət üçün ən ideal vaxtı seçmək üçün bəzi nüanslar var
Vampir qan əmdiyi güman edilən xortdan mənasında işlədilən bir sözdür.