Bu qidalar asılılıq yaradır!
Digərləri 16 Fev 2023 22:45:00 316 0
Alimlər sübut edib ki, bəzi qidalar insanlarda asılılıq yaradır.
Bu xəbəri də oxu: COP29 bu tədbirdən sonra birgə işlərin davam etdirilməsinin başlanğıcı olacaq Gilad Şadmon FOTO
İnsan belə qidalardan hətta tox olduqda imtina edə bilmir. Əksər hallarda bu şirin və ya duzlu yağlı qidalar və şirin içkilərdir. Bu qidalar və içkilərin əksər hissəsi insan sağlamlığı üçün ziyanlıdır ki, piylənmə, ürək-damar sistemi xəstəlikləri, xərçəng xəstəliklərinin riskini artırır. Bu qidalar və içkilər arasında:
- Pizza. Sübut olunub ki, bu qida ən güclü asılılıq yaradır. Məhz bu səbəbdən bir çox xarici ölkələrdə pizza ənənəvi qidaya çevrilib və insanlar öz həyatını pizzasız təsəvvür edə bilmirlər.
Fast-fudlarda satılan pizza həddindən artıq kalorili və ziyanlı qidadır. Onun tərkibində çoxlu yağlar, emal olunmuş və kanserogen effektə (xərçəng əmələ gətirən) malik ət (kolbasa) var. Bu qidanı tez-tez yeyən insanlarda piylənmə, insult, infarkt, hətta xərçəng kimi xəstəliklərin riski artır.
- Şokolad növbəti qidalı "narkotik"dir. Şokolad konfetləri ziyanlı sayılır. Lakin təmiz acı şokolad (70% kakao) faydalı məhsuldur. Təmiz şokoladın az miqdarda qəbulu (plitkanın 1/3 hissəsi) insan orqanizminə müsbət təsir edir.
- Dondurma da çox kalorili məhsuldur. Yaxşı, keyfiyyətli, təbii dondurma faydalı məhsuldur. Belə dondurmanın az miqdarda qəbulu orqanizmə zərər yetirə bilməz. Lakin müasir dondurmanın istehsalı zamanı əsasən ucuz trans-yağlardan istifadə olunur.
- Kartof çipsləri çox ziyanlı qida sayılır. Onların müntəzəm qəbulu bədən çəkisinin artmasına səbəb olur və həmçinin xərçəngin riskini artırır.
- Kartof-fri bütün digər qızardılmış qidalar kimi kanserogen xüsusiyyətlərinə malikdir. Bu qidanın daim qəbulu mədə-bağırsaq xərçənginin riskini xeyli artırır. Bundan əlavə kartof-fri kalorili məhsuldur.
- Peçenye yağ və şəkərlə zəngindir. Dükanlarda satılan peçenye trans-yağlar əsasında hazırlanır. Trans-yağlar kanserogen xüsusiyyətlərinə malikdir.
- Şirin qazlı içkilər (limonadlar və s.) şəkərlə zəngindir. Həkimlər sübut edir ki, belə içkilərin daim qəbulu piylənmənin və hətta xərçəngin riskini artırır.
Türkiyənin Malatya vilayətinin Doğanşəhir rayonunda 4,7 bal gücündə zə
Elə görünür ki, din tibb və sairə kimi modern elmlərlə ziddiyyət təşk
"Məhkəmədə ekspertiza dindirildi. Seyfulla İsgəndərov ekpsert idi.
Ümumiyyətlə, bununla bağlı məlumatlar təsdiq olunduğundan preparatın t�
İnsan sağlamlığına bir çox faydası olan qarğıdalının saçağının da
Ötən gün Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən t
Azərbaycan Respublikasının Baş Prokurorluğu Yevlax rayon sakininin ölməsi
Türkiyədə baş verən dağıntılar altından çıxarılan 10 günlük körp�
İdeal münasibət üçün ən ideal vaxtı seçmək üçün bəzi nüanslar var
Vampir qan əmdiyi güman edilən xortdan mənasında işlədilən bir sözdür.
Müasir insanın həyatı stress və həyəcanla doludur. Xroniki stress çox zi
Sual: Həkimlər öz xəstələrini müalicə edirlər, amma tutalım ki, müali
1972-ci il mayın 10-u. Qəlb qıran bir şairin "Bir könül sındırmış
ABŞ-ın Yaxın Şərqdəki Hərbi Hava Qüvvələrinin komandanı İranın Amer
Qırmızı lobya zülal, lif mənbəyi olsa da, bir çox insanlara və bəzi xə