“İqlim böhranı ilə mübarizə aparmaq üçün birgə olmalıyıq" COP29un meneceri
Digərləri 15 Noy 2024 16:58:00 122 0
Bakının ev sahibliyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində müxtəlif ölkələrin pavilyonları nümayiş olunur. Digər ölkələrin pavilyonu ilə yanaşı Azərbaycan pavilyonu maraqla qarşılanıb. Azərbaycan pavilyonunda ölkənin musiqisi, mədəniyyəti, iqlimi, insanları haqqında kitablar, video çarxlar, fotolar nümayiş olunur. İştirakçılar Azərbaycan çayına qonaq edilirlər. Azərbaycan pavilyonu haqqında Bizim.Media-ya açıqlama verən COP29-un dayanıqlı inkişaf üzrə meneceri Fatimə Fətəliyeva pavilyonda əsasən iqlim dəyişmələri üzrə öhdəliklər, ölkənin mədəniyyətini nümayiş olunduğunu bildirib: "Azərbaycanın ən böyük pavilyonu burada, Mavi Zonada yerləşir. Ümumi ərazisi 450 kvadratmetrdir, iki konfrans otağı var və 80-dən çox tədbir keçirilir. Əsas ideyası iqlim dəyişmələri öhdəlikləri və siyasətini nümayiş etdirməkdir. Pavilyonun əsas hissəsində Azərbaycan mədəniyyəti interaktiv şəkildə nümayiş olunur. Pavilyon "Həmrəylik məkanı" adlanır. Bu da o deməkdir ki, biz iqlim böhranı ilə mübarizə aparmaq üçün birgə olmalıyıq". O, qonaqların daha çox Azərbaycanın iqlim dəyişmələri öhdəlikləri və siyasəti ilə bağlı suallar verdiklərini qeyd edib.
Bu xəbəri də oxu: Azərbaycanda bu dərman apteklərdən yığışdırıldı
Bakının Qaradağ rayonunda tanışını qətlə yetirməkdə ittiham olunan 20
Azərbaycanda tələbə vəfat edib.
Müğənni Damla ilk dəfə efirlərə tək çıxmasının səbəbini açıqlay�
Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Antifriz azalıb, nə qədər xərcim çıxacaq?
COP29 iqlim maliyyələşdirilməsinə, təsirin azaldılmasına və uyğunlaşm
2024-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ko
Müğənni Nəfəsin oğluna həkimlər diaqnoz qoyublar.
Noyabrın 5-də keçirilən seçkilərdə ABŞ-da yenidən prezident seçilən D
Amerikalı alimlər Yuta ştatında ən qədim canlı orqanizmi aşkar ediblər.
Aparıcı Xoşqədəm Hidayətqızı keçirtdiyi ağır xəstəlikdən danışı
Noyabrın ikinci yarısı 3 bürc bürcünə yeni maliyyə perspektivləri gəti
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�