Çəyirtkə yemək olar?
Digərləri 16 Fev 2023 21:50:00 254 0
Bütün məzhəblər çəyirtkə yeməyin halallığı məsələsində həmfikirdir. Amma çəyirtkənin təzkiyə edilib (kəsmək) edilməməsi məsələsində fikir ayrılığı yaranıb. Maliki məzhəbinə əsasən çəyirtkəni təzkiyə etməmiş yemək olmaz; başqa sözlə, Malikilərin fikrincə bu, caiz deyil. Təzkiyə isə çəyirtkənin ya başını qopartmaqla, ya diri-diri odda qızartmaq yaxud da suda qaynatmaqla olur. Yəni, ölü çəyirtkəni yemək olmaz. ((Səhnun, Əl-Müdəvvənə, II cild, s. 57.))
Bu xəbəri də oxu: Türkiyədə müxbir güllələndi FOTO
Digər məzhəblərdə isə belə bir şərt yoxdur. ((Şafii, Əl-Ümm, II cild, s. 366; Kəsani, Bədaius-sənai, V cild, s. 36; İbn Qüdamə, Əl-Muğni, XI cild, s. 42; İbn Həzm, Əl-Muhəlla, VI cild, s. 120.))
Çəyirtkənin yeyilməsi ilə əlaqədar olaraq peyğəmbərimizdən ( s. a. v.) belə bir rəvayət nəql edilib:
İbn Əbi Əvfa (öl. 86) belə demişdir: "Rəsulullahla birlikdə (altı ya da yeddi dəfə) qəzvəyə ((Peyğəmbərimizin (s. a. v.) özünün də iştirak etdiyi savaş, döyüş.)) çıxmışdıq. Qəzvə vaxtı çəyirtkə yedik". ((Buxari, Sayd (ov), 13; Müslim, Sayd, 52; Əbu Davud, Ətimə (yeməklər, yeməlilər), 22; Tirmizi, Ətimə, 22; Nəsai, Sayd, 37.))
Başqa bir hədisdə rəvayət edilir ki, peyğəmbərimiz çəyirtkələr haqqında: "Onlar Allahın ən gur ordusudur. Onu nə yeyərəm, nə də (kiməsə) haram edərəm", - deyib. ((İbn Macə, Sayd, 9; Əbu Davud, Ətimə, 35.)) Bu hədisi rəvayət edən Əbu Davud (öl. 275) bu hədisin mürsəl (əshabə ravisi sənəddən ayrılmış) bir hədis oluğunu bildirib.
Çəyirtkə yeməklə əlaqədar olaraq nəql edilən bütün hədislərin arasında ən mötəbər (səhih) hədis İbn Əbi Əvfadan nəql olunub. Buna görə də çəyirtkə yeməyin halallığı barəsində həmrəylik olduğu bildirilir. ((Əhməd Naim, Kamil Miras, Təcridi-sərih tərcüməsi və şərhi, XII cild, s. 18.))
"Tərtər işi" ilə bağlı həbs edilən - Rəşid Niftəliyev, Rami
Su insan orqanizminin əsas tərkib hissəsidir. Suyun kifayət miqdarda qəbulu
Azərbaycanla sülh və münasibətlərin qurulması ilə bağlı müqavilə lay
Türkiyədə zəlzələ baş verən gün məlumat aldıq ki, bacım oğlu Şahin
"Paşinyan və beynəlxalq aləmi hər dəfə başa salmaq lazımdır ki, Q
Cinlər insanın yuxusuna girə bilər. Çünki Allah Təala cin şeytanlarına
"Rusiya Şimal Donanmasındakı taktiki nüvə silahı olan gəmilərini Qa
Dazıotu çoxillik qayalarda bitən və günəşi sevən bitkidir.
Məhşur "Lancet Diabetes and Endocrinology" jurnalında maraqlı ara�
Rusiya Bioltexnoloji universitetin alimləri xüsusi sakitləşdirici otlarla z�
Süleyman Çələbinin Mövlud əsəri kimi kitablarda bu cür dualar var. Lakin
Çörək mayası dəriyə çox müsbət təsir edir - yumşaldır, cavanlaşdır
Sual: Cavanlar valideynlərindən xəbərsiz kəbin kəsdirirlər. Onlar müntə
Türkiyənin Kahramanmaraş şəhərində zəlzələnin 202-ci saatında dağın
Epilepsiya qədim tarixə malik və indiyədək tam müalicəsi tapılmayan xəs