IDEA və Clean Air Fund tərəfindən COP29 çərçivəsində panel müzakirələri təşkil edilib FOTO
Digərləri 15 Noy 2024 20:06:00 104 0
IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və "Clean Air Fund" (CAF) təşkilatının tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan pavilyonunda "Təmiz havanın uşaq və yeni doğulan körpələrin sağlamlığı üçün əhəmiyyəti" mövzusunda panel müzakirəsi təşkil edilib.
Bu xəbəri də oxu: Xəzərdə zəlzələ oldu
Son.az bildirir ki, tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qonaqları salamlayaraq aparılacaq müzakirələrin uşaqların rifahına verə biləcəyi töhfəni qeyd edib.
Hava çirklənməsi probleminin nəticəsi olaraq hər il milyonlarla insanın həyatını itirdiyini vurğulayan Leyla Əliyeva qeyd edib ki, adıçəkilən problemin aradan qaldırılması üçün qlobal həmrəylik və dayanıqlı texnologiyalardan istifadə əhəmiyyətli rol oynayır.
Daha sonra Leyla Əliyeva Azərbaycan Respublikası tərəfindən görülən tədbirlər, o cümlədən dayanıqlı ictimai nəqliyyat vasitələri, hibrid və elektroavtomobillərdən istifadənin genişləndirilməsi istiqamətində atılan addımlar barədə tədbir iştirakçılarına məlumat verdi.
Leyla Əliyeva IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən müxtəlif layihə və tədbirlər barədə danışaraq ötən 13 il ərzində təşkilatın təşəbbüsü ilə 5 milyondan çox ağacın əkildiyini qeyd etdi. Bununla bərabər, "Məktəb bağları" layihəsi çərçivəsində Bakı şəhəri və bölgələrdə yerləşən 300 məktəbin həyətində 20 mindən çox ağacın əkildiyi panel müzakirələri iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edək ki, sözügedən tədbirdə həmçinin Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, CAF-ın baş icraçı direktoru Jane Burston, BMT-nin Uşaq Fondunun (UNICEF) Sağlam Uşaqlar üçün Sağlam Ətraf Mühit Qlobal Proqramının rəhbəri Abheet Solomon, Botnar Fondunun vitse-prezidenti, "Partnership for Maternal, Newborn & Child Health" təşkilatının İdarə heyətinin üzvü Flavia Bustreo və gənc ətraf mühit fəalı Francisco Vera iştirak ediblər.
Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə mühakimə edilə
Aparıcı Kamilə Babayeva qızı Natella ilə birlikdə istirahətindən görü
Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefonla danı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Na
İş həyatında bürclərin rolu çox böyükdür.
Noyabrın 16-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Paytaxtda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndiril
Müğənni Ofeliya Şabanova maraqlı açıqlama verib.
Gəncədə qanunsuz tikintilərə qarşı monitorinqlər aparılır.
Avstraliyada dünyanın ən yaşlı rəqqasəsi Eylin Stellar Kramer vəfat edib
Bir müddət əvvəl Bakıda rüşvətə görə həbs edilmiş F.İsmayılovun a
Ağ düyü, tez-tez istifadə olunan bir qida olsa da, mütəxəssislər onun h�