Sumqayıtdan növbəti dəfə Türkiyəyə yardım yola salınıb FOTO
Siyasət 16 Fev 2023 13:43:00 299 0
Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın şəhər, rayon icra hakimiyyətləri tərəfindən hər gün qardaş ölkəyə humanitar yardımlar göndərilib.
Bu xəbəri də oxu: Paşinyanın dünənki açıqlaması beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət edir Nazir
Son.az Trend-ə istinadən bildirir ki, hazırda fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların isti sığınacaqlarla təmin edilməsi ən vacib məsələlərdən biridir. Bu məqsədlə Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyətləri tərəfindən Bakı şəhərində sifariş olunmuş 90 ədəd müasir modul tipli ev hazırlanaraq mərhələli şəkildə Türkiyəyə göndərilir.
Qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanmış 1 və 2 otaqlı belə evlərdə 10-12 nəfərin yaşaması üçün lazımi şərait yaradılıb.
Fevral ayının 13-də modul tipli evlərdən 4-ü Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən yola salınıb, fevralın 15-də isə Mingəçevir, Kürdəmir, Goranboy, Cəlilabad və Tərtər İH-lərinin sifarişi ilə hazırlanmış daha 20 ədəd ev qardaş ölkəyə yola salınıb.
Bu gün isə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən növbəti dəfə 4 ədəd modul tipli ev Türkiyəyə yola salınırb.
Həftənin sonunadək 90 ədəd müasir modul tipli evin hamısı təbii fəlakət bölgələrinə çatdırılacaqdır.
Həmçinin, İH-lər tərəfindən fəlakətin ilk günlərindən ziyan çəkmiş əhaliyə lazım olan isti paltar, yataq dəstləri, müxtəlif ərzaq və sənaye məhsulları, dərman preparatları, qızdırıcılar, generatorlar, çadırlar alınaraq qardaş ölkəyə göndərilir. İndiyədək 57 şəhər və rayon icra hakimiyyəti tərəfindən təşkil olunan humanitar yardım Türkiyə Respublikasının Kahramanmaraş, Malatya, Adıyaman və digər bölgələrinə yola salınıb.
Şəhər və rayon icra hakimiyyətləri tərəfindən təbii fəlakət bölgəsinə humanitar yardımların göndərilməsi bundan sonra da davam etdiriləcək.
Son.az
"Səhnə, efir elə bir şeydir ki, əgər ora çıxırsansa nə qədər pr
Təbiət hadisələri sosial çətinliklərlə yanaşı psixoloji təsirləri v�
"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan artıq Ankaradadır.
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr
Bir neçə gün əvvəl dövlət başçısına dublyaj sahəsində mövcud probl
İranın Yəmənə silah göndərməsi BMT qətnamələrinin pozulması deməkdi
Kimi gül satır, kimi toyuq-cücə, tikinti materialı təklif edən də var. A
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr
Ermənistanın baş naziri Nikol Paşinyan hakim "Mülki müqavilə" p
ABŞ Cənubi Qafqazda gərginliyin azaldılması üçün mümkün hər şeyi ed�
Türkiyədəki dəhşətli zəlzələdən sonra zərərçəkən insanlara kömə
Elm və Təhsil nazirliyində növbəti kadr dəyişikliyi olub.