Elan saytlarında vətəndaşları aldadıb pullarını alan dələduz ələ keçdi
Kriminal 16 Fev 2023 12:45:00 345 0
Bu xəbəri də oxu: Gülnarə Xəlilova Ankarada "Əhməd Cavad" medalı ilə təltif olunub
Elan saytlarında vətəndaşları aldadıb pullarını alan dələduz saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, elan saytlarında vətəndaşların aldadılaraq dələduzluq yolu ilə pullarının mənimsənilməsi barədə daxil olan məlumatlarla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən paytaxt ərazisində yaşayan Bərdə rayon sakini, 32 yaşlı Xəyal Hüseynov müəyyən olunaraq saxlanılıb. O, ilkin ifadəsində onlarla şəxsə qarşı dələduzluq etdiyini etiraf edib.
Araşdırmalarla onun elan saytlarında müxtəlif adlarla 11 nəfəri aldadaraq ümumilikdə 4250 manatdan artıq vəsaitlərini mənimsəməsi məlum olub.
Saxlanılan şəxsin yaşadığı evə baxış zamanı bank kartları, müxtəlif mobil operatorlara məxsus çoxsaylı telefon nömrələri, mobil telefonlar və iş üçün zəruri olan digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Araşdırmalar davam etdirilir. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə DİN-in "102- Zəng Mərkəzi"nə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmələri xahiş olunur.
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr
Bir neçə gün əvvəl dövlət başçısına dublyaj sahəsində mövcud probl
İranın Yəmənə silah göndərməsi BMT qətnamələrinin pozulması deməkdi
Kimi gül satır, kimi toyuq-cücə, tikinti materialı təklif edən də var. A
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr
Ermənistanın baş naziri Nikol Paşinyan hakim "Mülki müqavilə" p
ABŞ Cənubi Qafqazda gərginliyin azaldılması üçün mümkün hər şeyi ed�
Türkiyədəki dəhşətli zəlzələdən sonra zərərçəkən insanlara kömə
Elm və Təhsil nazirliyində növbəti kadr dəyişikliyi olub.
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr
Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya t�
Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin müstəntiqi Nicat Acalov h
Məlumat verdiyimiz kimi bütün növ Birbank (həmçinin BirKart) kart sahiblə